ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə34/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

104-CÜ ƏSAS

İslam alimləri aixrət aləminin isbat edilməsi üçün müxtəlif dəlillər qeyd etmişlər. Onlar bu dəlillərdə Quran ayələrindən də ilham almışlar. Bu barədə olan bəzi Quran dəlillərini diqqətinizə çatdırırıq:

1-Allahın işləri qəti şəkildə haqq olub. Deməli, bəşəriyyətin həyatı əbədi və hədəfli olmazsa, bu həyat əbəs və puç bir şey olacaqdır. Qurani-kərimdə buyurulur:

º†«ÓbÓÕÓG»t ÔÂt†«ÓÊsÓ«“†ŒÓ‰ÓvtÊ«“„ÔÂt†ŸÓ»ÓÀ«Î†ËÓ†«ÓÊsÓ„ÔÂt†«‰ÓÈtÊÓ«†‰«“† Ô—tÃÓŸÔËÊÓ†;

“Belə güman etdiniz ki, əbəs yerə yaradılmısınız və Bizə tərəf qaytarılmayacaqsınız?»220

2-İlahi ədalət tələb edir ki, Allah-taala əməllərə mükafat və cəza vermək məqamında yaxşı və pis əməllərin sahibləri ilə eyni rəftar etməsin.

Yaşadığımız bu dünya elə bir şəraitdədir ki, ilahi ədalətin yaxşı və pis insanlar haqqında lazımi qədər icra olunması qeyri-mümkündür. Bu isə dünya həyatının özünə məxsus gedişatından irəli gəlir. Bu dünyada yaxşı və pis əməl sahiblərinin müqəddəratı bir-birinə bağlıdır. Onları bir-birindən ayırmaq isə mümkün deyildir.

Digər tərəfdən, bəzi yaxşı və əməllərə verilən mükafat və ya pis əməllərə verilən cəza bu dünya miqyasına sığmır. Məsələn: bəzi şəxslər bir ömür Allaha bəndəçilik, cihad və mübarizədən sonra canını əldən verir, bəziləri isə ömrü boyu saysız-hesabsız günahsız insanların nahaq yerə qanını tökür. Elə buna əsasən, elə hallarda ilahi ədalətin lazımınca icra olunması üçün ayrı bir aləmə (axirət aləminə) ehtiyac duyulur. Qurani-kərimdə buyurulur:

º«ÓÂt†ÊÓÃtŸÓ‰Ô†«‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†ËÓ†ŸÓÂ‰ÔË«†«‰gs«“‰Õ«“ †„Ó«‰tÂÔbtGœÈÊÓ†bȆ˘Ó—t÷†«ÓÂt†ÊÓÃtŸÓ‰Ô†«‰tÂÔ sÓvÈÊÓ††„Ó«‰tbÔÃs«“—;

“Yoxsa saleh əməl edib iman gətirənləri yer üzündə fəsad törədənlər kimi qərar verəcəyik və ya pərhizkarları günahkarlar kimi qərar verəcəyikmi?»221

Həmçinin buyurulur:

º†«‰ÓÈtÁ†ÂÓ—tÃŸÔ„ÔÂt†ËÓŸtœÓ†«‹†ÕÓvt«Î†«ÊsÓÁÔ†ÈÔ»tœ¡Ô†«‰tŒÓ‰tvÓ†ÀÔÂsÓ†ÈÔŸÈœÔÁÔ†‰ÈÓÃtGÈÓ††«‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†ËÓ†ŸÓÂ‰ÔË«††«‰g«“‰Õ«“ 

»«‰tvGt◊†ËÓ†«‰sÓ–ÈÊÓ†„ÓbÓ—ÔË«†‰ÓÁÔÂt†gÓ—«»Ï†ÂÊt†ÕÓÂÈÂn†ËÓ†ŸÓ–«“»Ï†«Ó‰ÈÂφ»«“†„«“ÊÔË«†ÈÓ„tbÔ—ÔËÊÓ†;

“Sizin qayıdışınız yalnız Allaha tərəfdir və Allahın vədəsi haqdır. Allah insanları yaradır, (onu öldükdən) sonra bir daha dirildir ki, iman gətirib saleh əməl edənlərə və ədlətli olanlara mükafat versin. Kafirlər üçün isə, kafir olduqları üçün cəhənnəmin qaynar suyundan şərab və dərdli əzab vardır».222

3-İnsanın xilqəti bir damcı sudan (nütfədən) başlayaraq, tədriclə böyüyüb kamala yetişir və elə bir mərhələyə çatır ki, onun bədəninə ruh verilir. Qurani-kərim bu mərhələdən sonra Allahı “Əhsənul-xaliqin» (yaradanların ən yaxşısı) adlandırır. İnsanın əcəli yetişdikdə bu dünyadan ayrı bir aləmə köçür ki, bu da onun təkamülüdür. Qurani-kərim bu mərhələlərə belə işarə edir:

ºÀÔÂsÓ†«ÓÊtg√”tÊ«“ÁÔ†ŒÓ‰tv«Î†¬ŒÓ—Ó†bÓ Ó»«“—Ó„Ó†«‹†«ÓÕtGÓÊÔ†«‰tŒ«“‰vÈÊÓ†ÀÔÂsÓ†«ÊsÓ„ÔÂt†»ÓŸtœÓ†–‰„Ó†‰ÓÂÓÍs ÔËÊÓ†ÀÔÂsÓ†≈Ês„ÓÔÂt†ÈÓËtÂÓ†

«‰tvÈ«“ÂÓ:† Ô»tŸÓÀÔËÊÓ†;

“Sonra ona ayrı bir həyat (xilqət) bəxş etdik. Yaradanların ən yaxşısı olan Allah təzimə (və sitayişə) məxsusdur. Bundan sonra siz öləcək və daha sonra isə qiyamət günündə diriləcəksiniz».223

Ayədən başa düşülür ki, insanın bir damcı nütfədən yaradılması ilə qiyamət günü yenidən dirilməsi arasında müəyyən bağlılıq vardır.

105-Cİ ƏSAS


Quran nazil olan zaman, axirət aləmini inkar edənlər bu haqda bir sıra şübhələr yaradırdılar. Qurani-kərim də bu şübhələri aradan qaldırmaqla yanaşı, axirət aləminin olacağı haqda dəlilləri bəyan edirdi. Onlardan bəzisini diqqətinizə çatdırırıq:

1-Bəzən Allah-taalanın sonsuz qüdrətinə istinad edərək buyurulur:

º†«‰ÈÓ†«‹†ÂÓ—tÃŸÔ„ÔÂt†ËÓ†ÁÔËÓ†ŸÓ‰È”†„Ô‰s†gÓÈ¡n†vÓœÈ—Ï;

“Sizin qayıdışınız yalnız Allaha tərəfdir və O, hər bir şeyə qadirdir.»224

2-Bəzi vaxtlar xatırladılır ki, sizi ilk dəfə (yoxdan) xəlq edən Allah, bir daha yaratmağa əsla aciz deyildir. Məsələn: Axirət aləmini inkar edənlərdən belə nəql edir:

ºbÓGÓÍÓvÔˉÔËÊÓ†ÂÓÊt†ÍÔŸÍœÔÊ«“;

“Deyirlər ki, kim bir daha bizi yeni həyata qaytaracaq?»

Allah-taala onların cavabında buyurur:

º†vÔ‰†«‰sÓ–ȆbÓ◊Ó—Ó„ÔÂt†«ÓËsÓ‰Ó†ÂÓ—sÓ:n†;

“De ki, sizi ilk dəfə yaradan Allah (sizi bir daha yeni həyata qaytaracaqdır).»225

3-Bəzi ayələrdə insanların dirilməsini, təbiətin qış yuxusundan sonra bahar fəslində oyanmasına oxşadaraq buyurur: “Solmuş yerə su göndərir, onu hərəkətə gətirir və ondan gözəl otlar (və bitkilər) baş qaldırır.» Təbiətin daim təkrar olan bu xasiyyətinə işarə etdikdən sonra məaddan söz açaraq buyurur:

º†ËÓ†«ÓÊsÓÁÔ†ÈÔÕtÍÈ†«‰tÂÓËt Í”;

“Və o Allah (ölünü də belə diriltməyə) qadirdir».226

“Qaf» surəsinin 9-11-ci ayələrində də bu məsələ qeyd olunmuşdur.

4-Bəzi inadkarlar axirət aləmini inkar edərək belə deyirdilər: “İnsan öldükdən, bədəni torpaqlar altında çürüyüb dağıldıqdan sonra neçə bir daha əvvəlki şəklinə düşüb (çürümüş hissələri tapılacaq) diriləcəkdir?»

Allah-taala bu sualın cavabında əvvəlcə buyurur:

º†»Ó‰È”†ËÓ†ÁÔËÓ†«‰tŒÓ‰s«“vÔ†«‰tŸÓ‰ÈÂÔ†;

“Bəli O, (bu işə qadirdir, çünki) hər işi bilən xaliqdir».

Başqa bir ayədə isə belə buyurur:

º†vÓœt†ŸÓ‰ÂtÊÓ«†Â«“† ÓÊtvÔgÔ†«˘Ó—t÷Ô†ÂÊtÁÔÂt†ËÓ†ŸÊtœÓÊÓ«†„ «“»Ï†ÕÓbÈÿφ;

“Biz yerin azaltdığı şeylərdən agahlıq və bizim yanımızda hər bir şey yazılmış və qeyd olunmuş kitab vardır».227

5-Bəzi vaxtlar belə təsəvvür edilir ki, insan, öləndən sonra çürüyüb torpağa çevrilən yalnız bədən üzvlərindən ibarət olan bir varlıqdır. Buna görə də deyirlər ki, dirildikdən sonra necə bilmək olar ki, bu insan, elə əvvəlki insandır? Başqa sözlə, bu iki bədəni qoruyub saxlayan nədir? Qurani-kərim kafirlərin dedikləri bu sözü belə nəql edir ki:

º†¡Ó†«–«“†÷Ó‰Ó‰tÊÓ«†bȆ«˘Ó—t÷†¡Ó†«ÊsÓ«†‰ÓbȆŒÓ‰tvn†ÃÓœȜΆ;

“Yerin altında itib-batdıqdan sonra, necə bir daha təzədən yaradılacağıq?»

Allah-taala onların cavabında buyurur:

º†vÔ‰t†ÈÓ ÓËÓbsÓ«„ÔÂt†ÂÓ‰Ó„Ô†«‰tÂÓËt †«‰sÓ–ȆËÔ„s‰Ó†»„ÔÂt†ÀÔÂsÓ†«‰ÈÓ†—Ó»s„ÔÂt† Ô—ÃÓŸÔËÊÓ†;

“Ey Peyğəmbər! Onlara) de ki, sizin üçün təyin olunmuş ölüm mələyi ruhunuzu alacaq və daha sonra Allaha tərəf qaytarılacaqsınız.»228

Bu ayədəki “ ÓËÓbtÈ”» (təvəffa) kəlməsi almaq mənasını daşıyır. Bu kəlmədən başa düşülür ki, insanın yerdə qalıb torpaqlar altında dəfn olunan bədənindən başqa, ölüm mələkləri vasitəsi ilə alınan -ruh adlı ayrı bir həqiqəti də vardır.

Deməli, ayənin verilən suala cavabı budur ki, torpaqlar altında çürüyüb aradan gedən birinci insanla bir daha dirilən ikinci insanın arasında olan bağlılıq onun ruhudur ki, ölüm mələyinin vasitəsi ilə alınır. Bu da onun ilk dəfə olduğu kimi yaranışına səbəb olur.

Bu kimi ayələrdən məlum olur ki, qiyamətdə olan insan, dünyada olan insanın özüdür və Allah-taalanın verdiyi mükafat və ya cəza yalnız bunlara layiq olan insanlara çatacaqdır. Ayrı bir ayədə bu bağlılıq barədə buyurur:

º†vÔ‰t†ÈÔÕtÈÈÁÓ«†«‰sÓ–Ȇ«ÓÊtg√”ÓÁÓ«†«ÓËsÓ‰Ó†ÂÓ—sÓ:n†ËÓ†ÁÔËÓ†»„Ô‰s†ŒÓ‰tvn†ŸÓ‰ÈÂφ;

“(Ey Peyğəmbər! Onlara) de ki, (insanı) ilk dəfə xəlq edən Allah onu (çürümüş sümükləri) bir daha dirildəcək və O, hər bir şeyi yaratmağa agahdır.»229




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin