ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə32/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

96-CI ƏSAS

Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləmək Quran və sünnətin təkid etdiyi işlərdən biridir. Quranda buyurulur:

º†vÔ‰t†‰«“†«ÓGt∆Ó‰Ô„ÔÂt†ŸÓ‰ÓÈtÁ†«ÓÃt—«Î†«˙”†«‰tÂÓËÓœsÓ:Ó†bȆ«‰tvÔ—t»È”†;

“(Ey Peyğəmbər! Ümmətə) de ki, peyğəmbərliyin müqabilində sizdən, Əhli-beytimə məhəbbətdən başqa bir əcr (mükafat) istəmirəm».211

Ayədəki (vÔ—t»È”) qurba -yaxınlar-sözündən məqsəd o HəzrətinƏhli-beyti və ən yaxın adamlarıdır. Çünki bu istəyiPeyğəmbərin (s) özü tələb edir. Əhli-beytə (ə) məhəbbət bəsləmək, böyük məqamlara çatmağa, onlarla birgə olub əxlaqi səciyyələrini kəsb etməyə, habelə pis və rəzil xüsusiyyətlərdən uzaq olmağa səbəb olur.

Həzrət Mühəmməddən (s) nəql olunan mötəbər hədislərə əsasən, o Həzrətin Əhli-beytini (ə) sevmək iman, onlarla düşmənçilik etmək isə küfr və nifaq (münafiqlik) əlamətidir. Onları sevən şəxs, həqiqətdə Allahı və Peyğəmbəri (s) sevmiş, onlarla düşmənçilik edənlər isə həqiqətdə Allah və Onun Peyğəmbəri (s) ilə düşmənçilik etmiş olur.

Ümumiyyətlə, Peyğəmbərin Əhli-beytinə (ə) məhəbbət bəsləmək İslam dininin zəruri məsələlərindən sayılır və bütün müsəlmanlar da bu əqidədədir. Bu əqidə ilə müxalif olanlar yalnız nasibilər firqəsidir. onlar da bu cəhətdən İslam dinini inkar edənlərdən sayılır.


ON İKİNCİ İMAM

QEYB VƏ ZÜHUR

Bu kitabda on iki imamın (ə) hər biri haqda ətraflı məlumat vermək mümkün olmadığından, indiyədək diri olub nə vaxtsa Allahın izni ilə zühur edərək bütün dünyada ədaləti bərqərar edən on ikinci imam Həzrət Məhdi (ə) haqqında bir neçə mühüm mətləbi qeyd etməyimiz zəruri nəzərə çarpır.



95-Cİ ƏSAS


Yer üzü zülm və fəsadla dolduqdan sonra Peyğəmbərin (s) Əhli-beytindən bir nəfərin zühur edib bütün dünyada ədalətli hökumət qurması, İslam dininin əsaslarından biridir. Bütün müsəlmanların bu əqidəyə etiqadlı olması çox aydın bir məsələdir və bu haqda kifayət qədər hədis mövcuddur. Təhqiqatçıların hesablamalarına görə, bu haqda 657 rəvayət nəql olunmuşdur. Burada onların yalnız birini - sünnü alimi Əhməd ibni Hənbəlin “Müsnəd» kitabında nəql etdiyi hədisi diqqətinizə çatdırırıq:

Həzrət Mühəmməd (s) buyurur:

º†‰ÓËt†‰ÓÂt†ÈÓ»tvÓ†ÂÊÓ†«‰œsÔÊtÈ«“†«˙”†ÈÓËtÂφ˫“ÕœÏ†‰Ó◊ÓËsÓ‰Ó†«‹Ô†–†”‰„Ó†«‰tÈÓËtÂÓ†ÕÓ tÈ”†ÈÓŒt—ÔÃÓ†—ÓÃԉφÂÊt†ËÔ‰tœȆbÓÈÓÂt‰Ó√ÔÁ«“

†ŸÓœt‰«Î†ËÓ†vGt◊«Î†„Ó«“†ÂÔ‰∆Ó t†ÿÔ‰t«ΆËÓ†ÃÓËt—«Î;

“Əgər dünyanın axırına yanız bircə gün qalmış olsa da, Allah-taala o günü uzadacaq və mənim övladlarımdan olan bir kişi qiyam edərək dünyanı, zülm və haqsızlıq ilə dolduğu kimi, ədalətlə dolduracaqdır».212

Deməli, dünyanın axırında Peyğəmbərin (s) Əhli-beytindən (ə) bir nəfərin mütləq zühur etməsi həm şiə,həm də sünnü müsəlmanlarının əsas əqidələrindən biri sayılır.



96-CI ƏSAS


İslami (həm sünnü, həm də şiə məzhəbində) rəvayətlərdə On ikinci imamın (ə)qeyd olunan xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1-Həzrət Mühəmmədin (s) Əhli-beytindən olması (bu barədə 389 rəvayət vardır);

2-Həzrət Əlinin (ə) övladlarından olması (bu barədə 214 rəvayət vardır);

3-Həzrət Fatimeyi Zəhranın (s) övladlarından olması (bu barədə 192 rəvayət vardır);

4-İmam Hüseynin (ə) nəslindən olan doqquzuncu övlad olması(bu barədə 148 rəvayət vardır);

5-İmam Zeynul-abidinin (ə) övladlarından olması(bu barədə 185 rəvayət vardır);

6-İmam Həsən Əskərinin (ə) övladı olması (bu barədə 146 rəvayət vardır).;

7-Əhli-beytdən (ə)on ikinci imam olması (bu barədə 136 rəvayət vardır);

8-O Həzrətin (ə) təvəllüdündən xəbər verilməsi (bu barədə 214 rəvayət vardır).

9-O Həzrətin ömrünün uzun olması (bu barədə 318 rəvayət vardır).

10-O Həzrətin (ə) uzun müddət qeybdə olması(bu barədə 91 rəvayət vardır).

11-O Həzrət zühur etdikdən sonra İslamın bütün dünyaya hakim olması (bu barədə 27 rəvayət vardır).

12-O Həzrətin yer üzünü ədalətlə doldurması (bu barədə 132 rəvayət vardır).

Bu rəvayətlərə əsasən, dünya islahatçısı olan Həzrət Məhdinin (ə) gəlişi inkaredilməz məsələlərdən sayılır. Bu haqda heç bir ixtilaf yoxdur. İxtilaflı olan məsələ yanız bundan ibarətdir ki, görəsən o Həzrət dünyaya gəlmiş və indiyədək sağdır, yoxsa gələcəkdə doğulacaqdır? Şiələrin və bir dəstə sünnü tədqiqatçısının əqidəsinə görə o Həzrət hicri-qəməri tarixi ilə 255-ci ildə anadan olmuş və hal-hazırda (insanlar nəzərindən gizli halda) həyat sürməkdədir. Lakin bəzi sünnü alimlərinin nəzərinə əsasən, o Həzrət hələ anadan olmamışdır və gələcəkdə dünyaya qədəm qoyacaqdır. Biz şiələr o Həzrətin doğulub və həyat sürməsinə əqidə inandığımız üçün, burada həmin məsələ barəsində bəzi mətləbləri qeyd edəcəyik.



97-Cİ ƏSAS


Qurani-kərimin nəzərinə əsasən, ilahi övliyalar iki növdür: zahiri və gözə görünən; qaib və gözə görünməyən. Allahın gözə görünməyən övliyaları xalq arasında olub onlardan xəbərdar olsa da, xalqın nəzərlərindən gizlidirlər.

“Kəhf» surəsində hər iki növdən olan övliyaya işarə olunmuşdur. Onlardan biri Musa ibni İmran (ə), digəri isə onun dəniz və quru sayəhətindəki müvəqqəti yoldaşı Həzrət Xızr (ə) idi. Həzrət Musa (ə) ilahi övliya olan Xızrı tanımır. Yalnız Allahın göstərişi ilə onunla tanış olub elmindən istifadə edir. Qurani-kərimdə buyurulur:

º†bÓËÓÃÓœ«“†ŸÓ»tœ«Î†ÂÊt†Ÿ»«“œÊ«“†¬ ÓÈtÊ«“ÁÔ†—ÓÕÂÓ:ΆÂÊt†ŸÊtœÊ«“†ËÓ†ŸÓ‰sÓÂtÊ«“ÁÔ†ÂÊt†‰ÓœÔÊsÓ«†Ÿ‰t«Î;†v«“‰Ó†‰ÓÁÔ†ÂÔËGÈ”†ÁÓ‰t

†«Ó sÓ»ŸÔ„Ó†ŸÓ‰ÓȆ«ÓÊt† ÔŸÓ‰sÂÓÊȆÂÓÂsÓ«†ŸÔ‰sÂt Ó†—Ôgtœ«Î†;

“Musa və onun yoldaşı (dəniz sahilində) Mənim bəndələrimdən biri ilə tanış oldular. Biz o bəndəmizə Öz rəhmətimizdən vermiş və ona bəzi elmləri öyrətmişdik. Musa ona dedi: Öz tərəqqi verən biliyindən mənə öyrədəsən deyə, səninlə yoldaş olmağıma icazə verirsənmi?»213

Qurani-kərim daha sonra o qeybdə olan ilahi övlilayanın xeyirxah işlərini şərh verir. Bu əhvalatlardan xalqın onu tanımaması və eyni halda, onun xalq üçün faydalı olması başa düşülür.214

On ikinci imam Həzrət Məhdi (ə) də Həzrət Musanın (ə) adı və özü gizli olan yoldaşı kimi, xalq üçün tanınmamışdır, lakin eyni halda o, bir çox xeyir-bərəkətlərin mənşəyidir.

O Həzrətin qeybə çəkilməsi, heç də cəmiyyətdən tamamilə ayrılması demək deyil. Rəvayətlərdə nəql olunduğu kimi, o Həzrət qeybdə olduğu müddət ərzində gözə görünməyən, amma bulud arxasından işıq və hərarət verən günəş kimidir.215

Bundan əlavə, tarix boyu o Həzrətlə (ə) görüşmək iftixarına nail olan təqvalı və pərhizkar şəxslər, imam Məhdi (ə) ilə görüşmüş, o Həzrətdən bəhrələnmiş və başqalarını da o Həzrətin bəhrələndirmişlər.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin