ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə29/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

87-Cİ ƏSAS

Ötən hədislərdən göründüyü kimi Həzrət Peyğəmbər (s), özündən sonrakı çanişin və xəlifəni bəzən ümumi şəkildə, bəzən də fərdi şəkildə açıq-aşkar bəyan etmişdir. “u hədislərin hər biri həqiqət axtaran və insaflı şəxslər üçün höccəti tamamlayır. O Həzrət həm də bu xəbərləri yaxında və ya uzaqda olan bütün müsəlmanlara çatdırdı. Hər növ şəkk-şübhəni aradan qaldırsın deyə, ömrünün son anlarında, “Vida həccindən (sonuncu həcc mərasimindən) qayıdarkən, “Qədir ïum” adlı bir məntəqədə dayanıb və hamını bir yerə yığışmağa dəvət etdi. Günorta vaxtı, səhranın qızmar havasında camaatla zöhr namazını qıldı. Sonra ayağa qalxıb xütbə oxudu. Əvvəldə Allaha həmd və səna etdi. Bir qədər mövizə və nəsihət etdikdən sonra belə buyurdu: “Mənə Allah tərəfindən əmr olunub ki, Allahdan mənə nazil olan böyük bir vəzifəni sizə çatdırım. Əgər bu böyük İlahi vəzifəni yerinə yetirməsəm, elə bil ki, öz peyğəmbərlik risalətimi yerinə yetirməmişəm.”

º†È«“†√ÓÈsÔÁÓ«†«‰—sÓGÔˉԆ»Ó‰s⁄t†Â«“†√ÔÊtG‰Ó†«‰ÓÈt„Ó†ÂÊt†—Ó»s„Ó†ËÓ†«Êt†‰ÓÂt† ÓbtŸÓ‰t†bÓ«“†»Ó‰sÓ⁄t Ó†—G«“‰Ó ÓÁÔ†ËÓ†«‹Ô†ÈÓŸtgÂÔ„Ó

ÂÊÓ†«‰Ês«“—†;

“Ey Peyğəmbər, Allahdan sənə nazil olanı (xalqa) çatdır və təbliğ et. Əgər bu əmri xalqa çatdırmasan, sanki peyğəmbərliyini təbliğ etməmisən. (Yəni iyirmi üç illik zəhmətin zay olur) Allah səni xalqdan (və onların şərindən) qoruyacaqdır.”194

Daha sonra xalqa belə buyurdu:

“Mənim Allah tərəfindən dəvət olunmağım və o dəvətə cavab verəcəyim vaxt yaxınlaşıb. (Yəni dünyadan köçmə vaxtımdır.) Şübhəsiz həm mən, həm də siz məs”uluq (və qiyamət günü sorğu-suala tutulacağıq). İndi nə deyirsiniz?”

Müsəlmanlar dedilər: “Biz şəhadət veririk ki, sən Allahın əmrlərini layiqincə yerinə yetirdin, xeyirxahlıq etdin, çoxlu zəhmətlər çəkdin və müsəlmanlara mövizə və nəsihət etdin. Allah sənə xeyir versin.!”

Sonra Peyğəmbər (s) buyurdu: “Siz yeganə Allahın varlığın; Peyğəmbərin Onun elçisi və bəndəsi olmasına, qiyamət gününün haqq olmasına şəhadət verirsinizmi?”

Dedilər: “Bəli! Biz bunların hamısına şəhadət veririk.”

Peyğəmbər (s) buyurdu: “Mən sizdən qabaq “Kövsər” hövuzunun kənarında hazır olacağam və siz behişt hovuzunda mənim yanıma gələcəksiniz. O zaman mən sizdən iki ağır və qiymətli əmanət haqqında sual edəcəyəm ki, məndən sonra onlarla necə rəftar etdiniz?”

Müsəlmanlardan biri səsləndi: Ey Allahın Peyğəmbəri! O iki ağır və qiymətli əmanət nədir?

Peyğəmbər (s) cavabında buyurdu: “Onların biri Allahın kitabı (Quran)-dır, ikincisi əmanət isə, mənim itrətim olan Əhli-beytimdir. Mehriban və hər bir şeydən xəbərdar olan Allah mənə xəbər verib ki, o iki qiymətli şey (Quran və Əhli-byet) kovsər hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Ey camaat! Onlardan qabağa keçsəniz və ya geri qalsanız, həlak olarsınız. Heç vaxt onlara bir şey öyrətməyə təşəbbüs göstərməyin.”

Bu zaman Həzrət Əlinin (ə) əlindən tutub yuxarı qaldırdı, sonra buyurdu:

º†«ÊsÓ†«‹Ó†ÂÓËt‰«“ÈÓ†ËÓ†√ÓÊÓ«†ÂÓËt‰ÈÓ†«‰tÂÔƒtÂÊÈÊÓ†ËÓ†√ÓÊÓ«†√ÓËt‰È”†»ÁÂt†ÂÊt†√ÓÊtbÔGÁÂt†;

“Həqiqətən, Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam. Mən hər hansı bir möminə, onun özündən artıq ixtiyar sahibiyəm.”

Daha sonra üç dəfə buyurdu:

º†bÓÂÓÊt†„ÓÊt Ô†ÂÓËt‰«“ÁÔ†bÓŸÓ‰ÈtφÂÓËt‰«“ÁÔ†;

“Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.”

Sonra belə dua etdi:

º†√Ó‰‰sˆˆÁÔÂsӆ˫“‰†ÂÓÊt†Ë”«‰«“ÁÔ†ËÓ †Ÿ«“œ†ÂÓÊt†Ÿ«“œ«“ÁÔ†ËÓ†«ÓÕ»sÓ†ÂÓÊt†√ÓÕÓ»sÓÁÔ†ËÓ†√Ó»t⁄÷t†ÂÓÊt†√Ó»t⁄Ó÷ÓÁÔ†ËÓ†«ÊtgÔ—t†ÂÓÊt†

ÊÓgÓ—ÓÁÔ†ËÓ†«Œt–Ô‰t†ÂÓÊt†ŒÓ–Ó‰ÓÁÔ†ËÓ†√Óœt—†«‰tÕÓvsÓ†ÂÓŸÓÁÔ†ÕÓÈtÀÔ†œ«“—Ó†√Ó‰«“†bÓ‰tÈÔ»Ó‰s⁄†«‰gs«“ÁœÔ†«‰t⁄«“∆»Ó†;

“İlahi! Hər kim Əli ilə dost olsa, ëən də o şəxslə dost ol və hər kim Əli ilə düşmən olsa, ëən də o şəxslə düşmən ol, ona kömək edənlərə ëən də kömək et! Onu yalqız qoyub tərk edəni, ëən də yalqız və köməksiz qoy, onu xar və zəlil etmək istəyəni, ëən xar və zəlil et! Burada hazır olanlar qaiblərə xəbər versin.”

88-Cİ ƏSAS

Qədir ïum hədisi, İslami hədislər arasında mütəvatir və məşhur hədislərdən biridir. “u hədisi 110 nəfər səhabə, 89 nəfər tabein (səhabələri görənlər), həmçinin, 3500 nəfər İslam hədisçiləri və alimləri öz kitablarında nəql etmişlər. Onun səhih və düzgün olmasında heç bir şəkk-şübhə yoxdur. “ir qrup alim Qədir hədisi barədə böyük kitablar yazmışlar. Bu kitabların içərisində ən geniş yazılanı və hədisinin sənədlərini tamamilə nəql olunanı Əllamə Əbdülhüseyn Əmininin “Əl-qədir” kitabıdır.

İndi görək ki, Peyğəmbərin (s) və Əlinin (ə) mövla olması dedikdə məqsəd nədir?

Bir çox dəlillər şəhadət verir ki, bu ifadədən məqsəd, ümmətə dini siyasi rəhbərlikdir. Aşağıda onların bəzilərini qeyd edirirk:

1-Qədir ïum hədisində qeyd olunur ki, Həzrət Peyğəmbər (s) hacıların karvanını susuz bir məntəqədə və qızmar bir gündə dayandırdı. Hava o qədər isti idi ki, hacılar əbalarının bir ucunu başlarına atmış, digər bir ucunu isə yerə sərib, üstündə əyləşmişdilər. Bu müqəddimələrə diqqətlə nəzər yetirdikdə məlum olur ki, onların taleyində mühüm rol oynayan, İlahi və böyük bir vəzifə haqqında söhbət edəcək. Doğrudan da dinin qorunmasına, müsəlmanların vəhdətinə səbəb olan İlahi rəhbər və canişinin təyin olunması müsəlmanların taleyini həml etməkdə mühüm rol oynadı.

2-Həzrət Peyğəmbər (s) xalqa Həzrət Əlinin (ə) rəhbərliyini çatdırmamışdan qabaq, tovhid, nübüvvət və məaddan söhbət etdi, xalqı da onlara şəhadət verməyə dəvət etdi. Sonra isə ilahi xəbəri bəyan etdi. Əvvəl dinin əsaslarından söhbət etmək, sonra isə xalqdan iltizam almaq həmin xəbərin əhəmiyyətli olmasını göstərir. “u Peyğəmbərin fövqəl-adə və böyük bir toplanış təşkil etməkdə əsas hədəfi, xüsusi bir fərdlə “dostluq” etməyi sifariş etməsi kimi adi bir iş deyildir, əksinə, bu iş ən böyük və ağır vəzifələrdən biri idi.

3-Həzrət Peyğəmbər (s) xütbənin başlanğıcında öz vəfatının yaxınlaşmasından xəbər verdi. Bu da onu göstərir ki, o özündən sonra ümmətin taleyi barədə nigaran və narahatdır. “una görə də ümmətin gələcəkdə təhlükəyə və ixtilafa düşməməsi üçün rəhbər təyin etmək hər işdən mühüm idi.

4-Peyğəmbər (s) Əli (ə) barədə ilahi xəbəri bəyan etməzdən qabaq, özünün hamıdan üstün və onların ixtiyar sahibi olmasından söhbət edərək buyurdu: “Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və hər bir möminə onun özündən artıq ixtiyar sahibiyəm.” Bu mətləblər onu göstərir ki, Əlinin (ə) “mövla olması” Peyğəmbərin mövla olması ilə eyni bir səviyyədədir O Həzrət Allahın əmri ilə bu üstünlüyü Əli (ə) üçün də isbat etdi.

5-Həzrət Peyğəmbər (s) ilahi xəbəri bəyan etdikdən sonra, orada hazır olanlardan istədi ki, bu sözü (Əlinin rəhbər və imam olmasını) qaib olanlara da çatdırsınlar.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin