ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə7/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   2   3   4   5   6   7   8   9   10   ...   56

TOVHİDİN MƏRTƏBƏLƏRİ

Bütün ilahi dinlərin əsası tovhid və Allahın təkliyinə inam əsasında qurulmuşdur. Başqa sözlə, onların arasında olan müştərək inam tovhid və Allahın təkliyinə etiqad bəsləməkdir. Hətta bəzi inhirafçı və azğın dinlərin tabeçiləri də bu əqidəyə inanırlar. Yeri gəldikcə, Quran ayələri, Peyğəmbər hədisləri və əqli dəlillər əsasında tovhidin mərtəbələrini bəyan edəcəyik.



28-Cİ ƏSAS


Tovhidin ilkin mərhələsi, Allahın zatında tək və misilsiz olmasına inanmaqdır. Bu da öz növbəsində iki qismə bölünür:

1-Allahın zatı tək və misilsizdir, yəni heç vaxt Onun üçün oxşar təsəvvür edilə bilməz.

2-Allahın zatı bəsitdir. Onun zatının çoxluqdan təşkil olunması və xarici birləşmələrdən tərkib tapması qeyri-mümkündür.

Həzrət Əmirəl-möminin Əli (ə) yuxarıda qeyd olunan iki mənanı izah edərək belə buyurur:

º†ÁÔËӆ˫“ÕœÏ†‰ÈtGÓ†‰ÓÁÔ†bȆ«˘ÓgtÈ«“¡†gÓ»ÓÁÏ

“Allah təkdir və Onun üçün məxluqlar arasında heç bir misl və oxşar yoxdur.”

ËÓ†«ÓÊsÓÁÔ†ŸÓGsÓ†ËÓ†ÃÓ‰sÓ†√ÕœÈÓ†«‰ÂŸÊȆ‰«†ÈÊvGÂÔ†bȆËÔÃÔËœn†ËÓ†‰«“†ËÓÁtÂn†ËÓ†‰«“†ŸÓÓvt‰n

“Allah “Əhədiyyul-məna”dır. (Yəni Onun zatında hətta məna və məfhum baxımından belə, çoxluq təsəvvür oluna bilməz) Onun zatının nə vücudda, nə xəyalda, nə də əqldə birləşmələrdən tərkib tapması mümkün deyildir.”50

Müsəlmanların tovhid haqqında olan əqidələrini bəyan edən “Tovhid” surəsi, tovhidin hər iki mərhələsinə işarə edir:

“ËÓ†‰ÓÂt†ÈÓ„ÔÊt†‰sÓÁÔ†„ÔbÔ˫Ά«ÓÕÓœ” (Onun heç bir tayı-bərabəri, bənzəri

yoxdur) ayəsi birinci qismə, “vÔ‰t†ÁÔËÓ†«‹Ô†«ÓÕÓœ” ( De ki, Allah

birdir) ayəsi isə ikinci qismə işarədir.

Qeyd olunanlara əsasən, İslam nöqteyi-nəzərindən məsihiyyət dinində olan təslis (üçlük) əqidəsi (müqəddəs ata, oğul və Ruhul-qudus) batildir. Qurani-kərimin müxtəlif ayələrində bu əqidənin batil olması bəyan olunmuşdur. Həmçinin ilahiyyat kitablarında da bu mətləb geniş şəkildə araşdırılmışdır. Biz isə onu qısa şəkildə izah edirik:

Üç tanrı mənasını ifadə edən “təslis” əqidəsi iki cür təsəvvür oluna bilər:

1- Üç tanrının hər birinin vücudu ayrı-ayrılıqda, müstəqil şəxsiyyətdir, yəni hər biri Allah olmaq şərtlərinə malikdir. Belə olan təqdirdə bu əqidə Allahın, zatında tək olması mərhələsinin birinci qisminin (Onun tayı-bərabəri olmamasının) əksinə olacaqdır.

2- Bu üç tanrının üçü bir şəxsiyyətdir və hər biri onun bir hissəsini təşkil edir. Belə olduqda isə, Onun, başqa şeylərdən tərkib tapması lazım gələcək. Bu da Allahın zatında tək olması mərhələsinin ikinci qisminin (Allahın zatda bəsit olmasının) əksinə olacaq.



29-CU ƏSAS


Tovhid əqidəsinin ikinci mərhələsi, Allahın zati sifətlərinə inanmaqdır. Bildiyimiz kimi, Allah taala kamil sifətlərin hamısına malikdir. Həm əql, həm də vəhy Allah taalanın zatında olan kamal sifətlərinə dəlalət edir. Buna əsasən, Allahın alim, qadir, diri, eşidən, görən və s... kimi sifətləri təkcə məfhum nəzərindən müxtəlif olub bir-birindən fərqlənir. “Alim” kəlməsindən başa düşdüyümüz məna “qadir” kəlməsindən başa düşdüyümüz mənadan fərqlidir. Amma belə bir sual yaranır ki, görəsən kamal sifətləri məna baxımından bir-birləri ilə fərqləndiyi kimi, Allah taalanın zatında da fərqlənirlər, yoxsa hamısı bir şeyə qayıdır?

Bu sualın cavabında deyirik:

Kamal sifətlərinin Allahın zatı ilə fərqlənməsi, Allahın zatının mürəkkəb olmasını tələb etdiyindən qeyd olunan sifətlərin məfhum və məna nəzərindən bir-birindən fərqli olmasına baxmayaraq, əslində vahid bir şeydirlər. Başqa sözlə desək, Allahın zatı bəsit olmaqla yanaşı, bütün kamal sifətlərinə malikdir. Belə deyildir ki, Allahın zatının bir hissəsini elm, digər hissəsini qüdrət, üçüncü hissəsini dirilik və s. təşkil etmiş olsun.

Beləliklə, Allahın zati sifətləri qədim və əbədi olduğu üçün zatı ilə eyniyyət təşkil edir. Allahın sifətlərinin qədim və əbədi olduğunu qəbul edən, lakin bu sifətlərin zatdan ayrı olduğuna inanan şəxslərin əqidəsi düz deyildir. Bu nəzəriyyə həqiqətdə Allahın sifətlərinin insanın sifətlərinə oxşadılmasından və onunla müqayisə edilməsindən meydana gəlmişdir; insanın sifətlərinin onun zatından ayrı olduğu üçün, onlar Allahda da belə olduğunu güman etmişlər .

İmam Sadiq (ə) buyurur:

º†‰ÓÂt†ÈG‰†«‹†ŸÓGsÓ†ËÓ†ÃÓ‰sÓ†—Ó»sÓÊ«“†ËÓ†«‰Ÿ‰tÂÔ†–«“ ÔÁÔ†ËÓ ‰«“†ÂÔŸt‰ÔËÂÓ†ËÓ†«‰GsÓÂtŸÔ†–«“ ÔÁÔ†ËÓ ‰«“†ÂÓGtÂÔËŸÓ†ËÓ†«‰t»ÓgÓ—Ô†–«“ ÔÁÔ†ËÓ ‰«“

†ÂÔ»tg—Ó†ËÓ†«‰tvÔœt—Ó:Ô†–«“ ÔÁÔ†ËÓ†‰«“†ÂÓvtœÔË—Ó†;

“Allah taala qədimdən bizim Rəbbimiz olmuşdur. Heç bir məlum, eşidilən, görünən qüdrətin tətbiq olunduğu şey olmazdan öncə, Onun elmi, eşitməsi, görməsi və qüdrəti olub və bunlar Onun zatı ilə eynidir.”51

Həzrət Əmirəl-möminin Əli (ə) Allahın kamal sifətlərinin Onun zatı ilə eyni olmasını bəyan edərək buyurur:

º†ËÓ†„Ó«“‰Ô†«˘Œt‰«“g†‰ÓÁÔ†ÊÓbtÈÔ†«‰gsb«“ †ŸÓÊtÁÔ†‰gÓÁ«“œÓ:†„Ô‰s†gbÓ:n†«ÓÊsÓÁ«“†⁄ÓÈt—Ô†«‰tÂÔËgÔËb†ËÓ†gÓÁ«“œÓ:Ô

“Xalis tovhid odur ki, Allahın zatına əlavə olunan sifətləri Ondan uzaq bilək. Çünki, hər bir sifət, özünün sifətləndirdiyi şeylə fərqlənməsini və hər bir sifətlənmiş şey ilə zidd olmasını göstərir.”52

30-CU ƏSAS


Tovhidin üçüncü mərtəbəsi, xaliqiyyətdə (xəlq etməkdə) tovhiddir. Yəni yeganə Allahdan başqa heç bir xaliq yoxdur və bütün yaranmışlar Allahın məxluqudur. Qurani-kərim tovhidin bu qisminə təkid edərək buyurur:

“De ki, Allah hər şeyin xaliqidir. O, hər şeyə qalib olan tək bir Allahdır.”53

º†–«“‰„Ó†«‹Ô†—Ó»sÔ„ÔÂt†Œ«“‰vÔ†„Ô‰s†gÓÈt¡n†‰«“†√‰ˆˆÁÓ†«˙”†ÁÔËÓ†;

“Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir məbud yoxdur.”54

Vəhydən əlavə, əql də xaliqiyyətdə tovhidə dəlalət edir. Çünki, Allahdan başqa, bütün varlıqlar möhtacdır. Təbiidir ki, məxluqların ehtiyac və istəklərinin aradan qaldırılması, yalnız Allah tərəfindən olmalıdır.

Xaliqiyyətdə tovhidin mənası, varlıq aləmində səbəb-nəticə qanununu inkar etmək deyildir. Çünki, vücudu özündən olmayan (mümkünül-vücud) varlıqların bir-birinə qarşılıqlı təsirləri məhz Allahın izninə bağlıdır. Səbəbin varlığı, habelə əşyalar arasındakı səbəbiyyət, Allahın iradəsinin zahir olduğu yerlər sayılır. Günəşə istilik, Aya parlaqlıq verən Allahdır. İradə etdiyi vaxt, bu təsirləri onlardan alıb qüvvədən sala bilər. Məhz buna görə də O, misilsiz və yeganə xaliqdir.

Səkkizinci əsasda qeyd olunduğu kimi, Qurani-kərim səbəb-nəticə qanununu təsdiq edir:

º†√Ó‹Ô†«‰sÓ–ȆÈÔ—tG‰Ô†«‰—sÈ«“ÕÓ†bÓ ÔÀÈ—Ô†GÓÕ«“»«Î†bÓÈÓ»tGÔ◊ÔÁÔ†bȆ«‰GsÓ«“¡†„ÓÈbÓ†ÈÓg«“¡Ô†;

“Buludları hərəkətə gətirən, küləkləri göndərib onları yer üzündə istədiyi kimi yayan Allahdır.”55

Bu ayə aşkar şəkildə küləklərin buludları hərəkətə gətirməkdə göstərdiyi təsiri bəyan edir.

Allahın xaliqiyyətinin bütün varlıqlara şamil olmasından, insanların pis əməllərinin Allaha aid edilməsi irəli gəlir. Çünki, hər hansı bir varlıq, vücudunun mümkün olması hökmünə əsasən, Allahın ümumi iradə və qüdrəti olmadan varlıq libasını geyə bilməz. Lakin insan barədə bunu da əlavə etmək lazımdır ki, o, azad və ixtiyar sahibi olduğu üçün öz işlərində Allahın izni ilə müəyyən qərara gələ bilər. Amma itaət və ya günah etmək baxımından gördüyü işlər, onun iradə və qərarının necəliyinə bağlıdır. Başqa sözlə desək, Allah varlıq bəxş edəndir və mütləq varlığın gözəllik baxımından heç bir çatışmamazlıq və nöqsanı yoxdur. Qurani-kərim bu barədə buyurur:

º†√Ó‰sÓ–Ȇ√ÓÕtGÓÊÓ†„Ô‰sÔ†gÓÈt¡n†ŒÓ‰ÓvÓÁÔ†;

“O, yaratdığı hər bir şeyi gözəl yaradıbdı.”56

Əql və şəriət baxımından insanın gördüyü əməllərin düzgün olub-olmaması onun öz iradəsinə bağlıdır.

İzah: İnsanın “yemək” və “içmək” kimi işlərini nəzərə alaq. Bu iki iş varlığa malik olduğu üçün Allaha istinad edilir. Amma varlıq onlarda “yemək” və “içmək” qalibində olduğu üçün və insan öz əzasının ixtiyari fəaliyyəti ilə onu bu hala gətirib çıxardığı üçün bu iş failə istinad edilir. Çünki həmin iki iş bu qalib daxilində heç bir vəchlə Allaha aid edilə bilməz. Deməli Allah taala vücud və varlıq bəxş edən, insan isə yeyən, içən və sair işləri görəndir.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin