İsmayılova Bahar Əlzaid qızı Xam pambığın anbarlarda saxlanması zamanı özü-özünə qızışma prosesinin proqnozlaşdırılması


Xam pambığın qəbul edilməsində həyata keçirilən tədbirlər



Yüklə 4,13 Mb.
səhifə25/31
tarix10.01.2022
ölçüsü4,13 Mb.
#109530
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
2.3 Xam pambığın qəbul edilməsində həyata keçirilən tədbirlər

Xam pambığın qəbul edilməsi kondision kütləsində cədvəl 2-də göstərilən normalara müvafiq olaraq nəmliliyə və zibilliyinə görə həyata keçirilir. Müxtəlif rayonlarda xam pambığın salanılması üçün qapalı anbar sahələri(anbaralr) tamaçılmamış və yaxud açıq anbarlar(talvar) və açıq meydançalardan istifadə olunur.Xam pambığın yaxşı mühafizə edilməsi, onun saxlanmasının düzgün təşkil edilməsi üçün (xam pambığın komplektlləşdirilməsi və onun tayakara yerləşdirilməsi tələblərə müvafiq olaraq xam pambığın nəmliliyi və tayanın hündürlüyü nəzərə alınmaqla texnoloji reqlamnet tövsiyyələrinə əsasən) həyata keçirilir.


Xam pambığın qəbul edilməsində zibilləmə və nəmlik göstəriciləri

Cədvəl 2.





Xam pambığın növü

Zibillənmə,%

Nəmlik,%

hesablanmış

son

hesablanmış

son

I

0,6

3,0

9,0

10,0

II

1,0

3,0

11,0

11,0

III

1,9

8,0

12,0

12.0

IV

3,6

16,0

14,0

14,0

Xam pambığın meydançada tayalanması, quru havada həyata keçirilir. Bir meydançaya gündə 14 metrdən çox olmataraq xam pambığın yerləşdirilməsi tövsiyyə olunur. Xam pambığın tayalanması zamanı döyəclənməsi taya qırağından 1,5-2,0 m. Məsafədə həyata keçirilməlidir. Tayanın orta hissəsi taylarda işləyənlərin və xam pambığın ağırlığının təsiri altında sıxlaşdırılır.Tayanın sabitliyi künclərin düzgün və sıx yığılmasından asılıdır.

Yığmanın sonunda taya 2-2,5 m hündürlüyündə xam oambıqdan ibarət günbəzvari papaqla tamamlanır.

Xam pambıq tayasının hündürlüyü 12-16 gündən sonra 0,8-1.4 –m-ə qədər azalır.

Xam pambığın I və 22 növləri üçün 10% , III və IV növlərindən yuxarı nəmliliyində saxlanması zamanı tez-tez onun öz-özünə qızarması baş verir. Bu prosesin göstərdiyi kimi iki ardıcıl ölçmələr arasında xam pambığın temperaturu artır. Temperaturun dəyişməsinə nəzarət qüvvədə olan metodika üzrə termometr yardımı ilə həyata keçirilir.

Tayalarda temperaturun ölçülməsi 6 nöqtədə 3 metr dərinliyində (künc tərəfindən 3 nöqtə və tayanın yan və ön tərəfdən 3 nöqtə), anbar sahələrində isə yanalrı tərəfindən bir nöqtədə və saxlanılan xam pambığın yuxarıdan 4-6 nöqtəsində həyata keçirilir.

Anbara yığılmış pambığın normal vəziyyəti onun plan ölçülməsi zamanı temperaturun sabitliyi olur. Saxlanılan pambığın partiyalarında temperaturun dəyişməsi zamanı müəyyən rtdikdə məsələn eyni nöqtələrdə əvvəlki ölçmələrdən sonra 3-40C dəyişdikdə rütubətli havanın tayadan sorulması yolu ilə onun məcburi soyudulmasına dair tədbirlər görülür.

Pambıq tədarükü məntəqələrində xam pambıq aşağıdakı qaydada yerləşdirilir: 15% nəmlikdən yuxarı olduqda quruducu-təmizləyici sexində,nəmliliyi 15%-dən az olduqda isə təmizləyici sexində komplektləşdirilir. İstisna kimi, nəmliliyi 19% olan xam pambıq partiyalarının pambıq zavodunun təmizləyici sexin zonasında komplektləşdirilməsinə və 2-4 gündən sonra isə sexdə emal olunmasında icazə verilir.

Nəmliliyi 20% və çox olan xam pambıq təmizləyici süxin yaxınlığında anbara yığılmaslı və təcili qurudulmalıdır(tədarük məntəqəsinə daxil olunduğu gündən etibarən bir həftə gec olmadan).


Yüklə 4,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin