Novatorlar və ilkin ardıcıllar qrupuna adətən gəlirləri gecikmiş çoxluqdan və gecikənlərdən çox olan gənc insanlar daxildir. Onlar yeni məhsulların alınmasına daha çox meylli olurlar. Kənar insanların fikirlərinin təsirinə daha az məruz qalırlar və nadir hallarda nəticələr barədə düşünərək yeni məhsulları rahatlıqla alırlar.
Yeni məhsulun qəbul edilməsi tempinə onun beş xüsusiyyəti təsir göstərir:
Müqayisəli üstünlük — yeni məhsulun artıq mövcud olan məhsulla müqayisədə nə dərəcədə üstün olması.
Uyğunluq — yeni məhsulun potensial alıcıların həyat tərzinə və təcrübəsinə uyğun olması dərəcəsi.
Mürəkkəblik — yeni məhsuldan istifadə etməyin nə dərəcədə mürəkkəb olması.
Bölünmə — məhsuldan məhdud miqyaslarda istifadə etmək imkanı.
Nümayiş imkanı — yeni məhsulu digər insanlara nümayiş elətdirmək və onun barəsində tanışlara danışmaq mümkündürmü.
Yeni məhsulun qəbuletmə tempinə həmçinin digər xarakteristikalar da təsir göstərir: ilkin və sonrakı xərclər, risk və qeyri-müəyyənlik dərəcəsi, cəmiyyət tərəfindən bəyənmə. Yeni məhsulun bazara çıxarılması ilə məşğul olan marketoloq bütün sadalanan amilləri öyrənməli, malın və marketinq proqramının işlənib hazırlanması zamanı onları nəzərə almalıdır.
Alıcıların xarakteristikaları