YeriN İSTİLİYİ Yerin istiliyi iki yolla alınır: xarici



Yüklə 139,37 Kb.
Pdf görüntüsü
tarix26.04.2023
ölçüsü139,37 Kb.
#125927
Yerin istiliyi



YERİN İSTİLİYİ 
 
Yerin istiliyi iki yolla alınır: 
xarici 
– Günəş şüalarından alınan, 
daxili
–Yerin 
özünün daxili istiliyi hesabına. 
Xarici istilik. 
Yer səthinin hər bir nöqtəsində istiliyin miqdarı həmin yerin 
coğrafi enindən asılıdır. İstiliyin miqdarı daim dəyişir. Burada günlük və illik 
dəyişmə dövrlərini göstərmək olar. Sadalanan bütün amilləri nəzərə alaraq hər bir 
nöqtə üçün bir il ərzində Günəşdən alınan istiliyin orta miqdarını əldə etmək olar. 
Bu istiliyə 
orta illik temperatur
deyilir. Məs. Şimal y/kürəsinin orta illik 
temperaturu 15,5
0
, cənub y/kürəsininki 13,6
0
təşkil edir. Bunun səbəbi, qurunun 
çox hissəsinin şimal y/kürəsində yerləşməsindədir və şimal y/kürəsində yay 
cənuba nisbətən 8 gün çoxdur. 
Daxili istilik. 
Günəş şüaları süxurların istilikkeçirmə qabiliyyəti nəticəsində 
dərinliyə keçir və burada temperaturun gündəlik dəyişməsi hiss olunmur. Bu 
dərinlikdə temperatur sabit qalır. Ona görə də bu dərinlik 
sabit temperatur 
zonası
adlanır. Sabit temperatur zonası hər bir ərazi üçün müxtəlif ola bilər. Paris 
rəsədxanasında 28 m dərinlikdə olan termometr 100 il ərzində 11,83
0
C göstərir.
Sabit temperatur zonasından aşağı getdikcə temperaturun artması müşahidə 
edilir. 
Müxtəlif yerlərdə və dərinliklərdə aparılan çoxlu sayda müşahidələr 
temperaturun orta hesabla hər 33 m-də 1
0
C artdığını göstərmişdir. Temperaturun 
belə artdığı dərinliyə 
geotermik pillə
deyilir. Yerin dərinliyinə getdikcə hər 100 
m-də temperaturun dəyişməsinə 
geotermik qradiyent
deyilir.
Lakin geotermik pillə sabit bir kəmiyyət olmayıb, müxtəlif şərtlərdə dəyişə 
bilər. Odur ki, geotermik pillə, temperaturun 1
0
C artması üçün lazım olan metrlər 
sayına deyilir. Məsələn, Azərbaycan üçün geotermik pillə 25 m-dir. 
Geotermik pilləyə əsasən Yer nüvəsində istiliyin bir neçə yüz min olduğunu 
söyləmək olar. Lakin əslində 2900m dərinlikdə temperatur 2,0-2,5 min dərəcədən 
artıq deyildir. Dərinlik artdıqca geotermik pillə çoxalır, yəni daha böyük 
məsafələrdə dəyişir və nəhayət dəyişməz qalır. 
Geotermik pillənin böyüklüyünə təsir edən bir neçə amili qeyd edək: 
1) Süxurların müxtəlif dərəcədə istilik keçirmə qabiliyyətinin olması; 
2) Layların yatım xarakteri –quyu və ya şaxtanın keçdiyi süxurların 
horizontal, maili və ya şaquli yatımı; 
3) Müxtəlif temperaturlu yeraltı suların yaxınlıqda olması; 
4) Yerin relyefinin dağlıq-düzənlik olması; 
5) Dərinlikdə radioaktiv elementlərin olması. 


 
 
 
 
 

Yüklə 139,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin