2.1 Bələdiyyə mülkiyyətinin idarə edilməsi və bu sahədə xarici təcrübədən istifadə
2.2 Bələdiyyə mülkiyyətinin formalaşmasının iqtisadi əsasları
2.3 Bələdiyyə mülkiyyətində büdcədənkənar fondlar və onların təyinatı
Ədəbiyyat siyahısı
1.Azərbaycan Respublikasının Konstitusiyası
2.Azərbaycan Respublikasının Mülki Məcəlləsi
3.Azərbaycan Respublikasının Vergi Məcəlləsi
4.Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
5.‘‘Bələdiyyələrin maliyyəsinin əsasları haqqında’’ Azərbaycan Respublikasının Qanunu
6.‘‘Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında’’ Azərbaycan Respublikasının Qanunu
7.‘‘Bələdiyyələrin statusu haqqında’’ Azərbaycan Respublikasının Qanunu
8. Azərbaycan Respublikasının statistik göstəriciləri
9.‘‘Azərbaycan’’ qəzeti, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti, 11 dekabr 1999-cu il
10.‘‘Yerli özünüidarə haqqında’’ Avropa Xartiyası
11. www.e-qanun.az www.belediyye.org www.kitabxana.org
12. Azərbaycan Respublikasında Bələdiyyələrin Formalaşmasının Sosial-iqtisadi Problemləri.A.A.İsmayılova
13. Məmmədov A.B. «Azərbaycanın keçid iqtisadiyyatında yeni mülkiyyət münasibətlərinin formalaşması və reallaşması problemləri» Bakı Universiteti nəşriyyatı, 1998
14. N.A.Novruzov, X.Ə.Hüseynov. Maliyyə.Ali məktəblər üçün dərslik.Bakı, 2007
15. Yerli Özünüidarənin Demokratik Əsasları, Bakı 2003
16. ‘‘Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında’’ Azərbaycan Respublikasının Qanunu
17.‘‘Büdcə sistemi haqqında ’’Azərbaycan Respublikasının Qanunu
18. ‘‘Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında’’ Azərbaycan Respublikasının Qanunu
GİRİŞ
XX əsrin son on illiyində Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu və xalqımız müstəqil inkişaf dövrünü başladı, bu dövr ölkəmizin bazar iqtisadiyyatı qurma dövrü, yeni iqtisadi sistemə keçid dövrü oldu və proses davam edir.
Bu dövrdə özəlləşdirmə, torpaq islahatı, ticarətin liberallaşdırılması, xarici investisiyaların cəlb edilməsi yolu ilə Azərbaycan iqtisadiyyatının ardıcıl inkişaf etdirilməsinə şərait yaradıldı. Bu dövrdə mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi əsasında mülkiyyətin müxtəlif formaları yaradıldı və bunlara əsaslanan yeni iqtisadi münasibətlər formalaşdı.
90-cı illərdə ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr içərisində yerli hakimiyyət islahatları mühüm yer tutur.Bu islahatların başlıca məqsədi yerlərdə hakimiyyətin təşkilində və həyata keçirilməsində özünüidarə və bələdiyyə demokratiyası prinsiplərinitəsdiq etməkdir.Keçid dövründə yerli özünüidarənin qanunvericiliklə tənzimlənməsi sahəsində və bələdiyyə quruculuğu praktikasında mühüm dəyişikliklər olmuşdur.Yerli özünüidarənin AR Konstitusiyası, yerli özünüidarə haqqında Avropa Xartiyası və Respublika qanunları ilə təsbit olunan ümumi prinsiplərinin reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikasında bələdiyyələrin səmərəli idarə olunmasını təmin edən təşkilati, iqtisadi, sosial və hüquqi xarakterli tədbirlər həyata keçirilmişdir.Son illərdə bələdiyyə quruculuğu sürətlə inkişaf edir, bələdiyyələrin mülkiyyətinin yaradılması və idarə olunması istiqamətlərində struktur islahatları aparılır.
Hər bir ölkədə demokratik cəmiyyət quruculuğunun mühüm əlamətlərindən biri də güclü və səmərəli yerli özünüidarəetmə institutlarının formalaşdırılmasıdır.Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkəmizdə yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə ölkə Konstitusiyasının müəyyən etdiyi ( 144-cü maddənin II hissəsinə uyğun olaraq ) qaydada dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.Yerli özünüidarəni bələdiyyələr həyata keçirir.
Bələdiyyələrin yaranmasının zəruriliyi və əhəmiyyəti haqqında ümummilli liderimiz Heydər Əliyev göstərmişdir ki1, “ bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, fəaliyyəti bizim cəmiyyət üçün, dövlətimiz üçün, hər bir vətəndaş üçün çox vacibdir.Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılması deməkdir.Bələdiyyələr bizim ölkəmizin inkişafında çox böyük rol oynamalıdır ”
Yerli özünüidarə institutlarının inkişaf səviyyəsi onlara verilən səlahiyyətlərdən ( yəni, cəmiyyətin səmərəli idarə olunması sistemində bunlara ayrılan mövqe və funksiyalardan ) onların maliyyə təminatı səviyyəsindən birbaşa asılıdır.Hər bir təşkilat kimi bələdiyyələrin də fəaliyyət göstərməsi və yerli özünüidarəetmənin təmin edilməsi onların predmetinə aid olan vəzifə və funksiyaların reallaşdırılması üçün maliyyə əsasları formalaşdırılır.
Dostları ilə paylaş: |