İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə5/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   2   3   4   5   6   7   8   9   ...   53
Qətran Təbrizi Azərbaycan ədəbiyyatı tarixinə farsca şeirlər yazan ilk sənətkar kimi daxil olmuşdur. Əsl intibah şairi kimi o, təbiəti, insanın məhəbbət duyğularını məharətlə əks etdirə bilmişdir.

Q. Təbrizi 1012-ci ildə Təbrizin yaxınlığındakı Şadiabad kəndində kəndli ailəsində doğulmuşdur. O, yaradıcılığa erkən başlamış, saraylarda müvəffəqiyyət qazanmışdır. O, Arran hökmdarı Əbülhəsən Əli Ləşkərinin (1033-1050) hakimiyyəti illərində Gəncəyə gəlmişdir. Müəyyən müddətdən sonra Gəncədən Təbrizə qayıdan şair 1042-ci ildə baş verən Təbriz zəlzələsinin şahidi olur və ona bir qəsidə həsr edir. Bir neçə il Təbrizdə hörmətlə qarşılanan şair qoca yaşlarında yenidən Gəncəyə gedir. Ehtimal ki, bir müddətdən sonra Təbrizə qayıdan şair orda da vəfat etmişdir.

Şairin ədəbi irsi lirik şeirlər toplusu olan divandan ibarətdir. Eləcə də „Ət-təfair“ adlı farsca lüğət yartmışdır. Saraylarda xoş güzaran keçirən şairin bəzən qəlbini ağrıdan fikirlərin ifadəsinə həsr etdiyi şeirlərinə də rast gəlinir.
Gəzmə, ey bağrı qan, bu bağda sən bar,

Bu söyüd bağında iki qapı var.

Bağban pusudadır, əbəs danışma,

Torpaq tək aram ol, yel kimi qacar.


Şairə görə mövcud həyat, zaman iki qapısı olan bir söyüdlükdür. Olum və ölüm adlı bu qapıların biri insanı həyata gətirir, digəri oradan kənara aparır. Qətran şəri görürü, onunla barışmadığını göstərir. Şairin yaradıcılığında şəxsi kədərlə, ictimai kədər birləşir, özü kimilərin dərdindən söz açır.
Bədən yarı oxdur, yarı kamandır,

Ürək yarı qoca, yarı cavandır.

Çoxlu əzab çəkdim süd bulağıyçün

Ordan süd yerinə ancaq cıxdı qır.


Bu rübaidə də sənətkarın ürək ağrıları əks olunur, qəsidələrinin təntənəli sədası altında eşidilməyən ətiraz səsləri gizlənir. O, qəsidələrində hökmdarlara etiraz səsini gizlətmir.

Mən əyanlar və böyüklərlə çox oturub durdum,

Onları gizlində və aşkarda çox sınaqdan çıxartdım.

Mənb onlardan vəzirlik gözləsəm də, ancaq

Bəxşişlərindən peşmanlıqdan başqa bir şey görməmişəm.
Yüksək istedad Qətranı hər yerdə tanıtmışdır. Lakin hakim dairələr humanist sənətkarın yüksək insane ideallarına yad idi.

Qətranın yaradıcılığında mədhiyyəçilik mühüm yer tutur. Naxçıvanda, təbrizdə, Gəncədə hakimiyyət sürən hökmdarların saray əyanlarının tərifi zamanın özündən doğurdu. Onlar elm və şeirin inkişafına maraq göstərir. Bu yolda qızıl-cəvahiratı əsirgəmirdilər.

Qətran mədhiyyələrində ara-sıra özündən, dövründən, insane və həyat haqqındakı düşüncələrindən də söz açır. Kədərdən qaçmaqı məsləhət görür. İnsanlrı nikbin düşüncələrə çağırır. Şairin nəsihətlərində dərin bir fəlsəfə vardır.

Şair deyir:


Keçən günün qəmi dəyməz bu yolda fikrə. Qəmə,

Gələn günün qəmi dəyməz deyək ki, qeydinə qal.

Həmişə nəğmə, qəzəllər sədası altında

Mey istə. ərləri daim unutma, xarirə sal.


Bu şadlığa, sevincə çağırış fəlsəfəsi Qətran poeziyasının aparıcı keyfiyyətidir.

Q. Təbrizinin yaradıcılığında məhəbbət mövzusu mühüm yer tutur. Şair insana, həyata məhəbbətlə necə yanaşırsa, bu onun aşiqanə-lirik şeirlərində də özünü göstərir. Onun sevgisi səmimi olduğu kimi, sevgilisi də Təbrizdə. Gəncədə, naxçıvanda rast gəldiyi gözöllərdir. Qəsidələrin, tərkibbəndlərin girişlərində, bəzi qitələrdə, rübailərin çoxunda məhəbbət mövzusu real. Yaşanılmış hisslər kimi qələmə alınməşdır.


Ey türk, hardan düşdün Gəncəyə söylə,

Ruhumda bir sevinc oyatdın böylə.

Sərxoş olan dəmdə bir busə verdin,

Ey türk, görüm daim sərxoşluq eylə.


Rübaidə gözölə olan səmimi münasibət göz qabağındadır. Şair üçün məhəbbət mühitin zülmlərinə dözmək üçün bir təsəllidir. Lirik qəhrəmanı nikbin, dözümlü edən bu məhəbbət həyatdakı şərdən daha güclüdür.

Ümumiyyətlə, Q. Təbrizini poeziyası Azərbaycan ədəbiyyatında humanist şeirin ilk nailiyyətlərindən biridir.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin