DƏRİ HİSSİYYATI ANALİZATORU
Dəri orqanizmdə çox mühüm funksiyaları yerinə yetirir. Xarici mühitlə orqanizm arasında əlaqə yaradır. Orqanizmi xaricdən örtərək, ətraf mühitin təsirlərinə qarşı qoruyur.
Dəridə bir çox törəmələr yerləşir. Bunlara tər, süd, piy vəziləri, tüklər, dırnaqlar və s. aiddir.
Fizioloji cəhətdən dəri duyğu üzvləri iki qrupa bölünür:
Mühafizə duyğusu – buraya ağrı, təzyiq, istilik, soyuqluq duyğuları aiddir.
Fərdləndirmə duyğusu – toxunma, əşyanın formasını və xarakterini təyin etmə duyğuları aiddir.
Dostları ilə paylaş: |