İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Mübadilə. Tər vəzilərinin iştirakı ilə su - duz mübadiləsində iştirak edir; qan üçün depo vəzifəsini yerinə yetirir; Ekskretor



Yüklə 222,39 Kb.
səhifə119/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   119
Mübadilə. Tər vəzilərinin iştirakı ilə su - duz mübadiləsində iştirak edir; qan üçün depo vəzifəsini yerinə yetirir;

Ekskretor funksiyanı dəri törəmələri – tər və piy vəziləri ekzokrin sekresiya ilə yerinə yetirirlər.

Dərinin quruluşu. Dəri 2 qatdan ibarətdir: çoxqatlı yastı buynuzlaşan epiteldən ibarət epidermis və lifli birləşdirici toxumadan təşkil olan derma. Bədənin müxtəlif sahələrində dəri müxtəlif struktur quruluşuna və qalınlığa malikdir. Göz qapağı dərisi və kirpiklər zərif, nazik, yumşaq olduğu halda ona yaxın yerləşən qaşlar nisbətən qalın dəriyə, sıx və cod tüklərə malikdir; alnın dərisi piy ifraz etdiyi halda çənə dərisində piy sekresiyası çox azdır, lakin tüklərlə zəngindir. Qalın dəriyə malik olan ovuc və ayaqaltında tüklər olmasa da tər vəzilərinin ən çox rast gəlindiyi nahiyədir. Ayaq və əl barmaqları dərisinin səthi yaxşı inkişaf edərək dərinlik və hündürlüklərdən ibarət olub, ilgəklər, qövslər, əyriliklər formalaşdıraraq dermatoqlifiya (dermatoglyphs - barmaq izi) adlanır. Bu fetal dövrdə əmələ gəlib fərdi xarakterli olub, bütün ömür boyu dəyişilməz qalır. Dərinin bu xüsusiyyətindən məhkəmə təbabətində şəxsiyyətin təsdiqlənməsi (identifikasiyası) üçün istifadə olunur.

Ektodermal mənşəli çoxqatlı yastı buynuzlaşan epiteldən təşkil olmuş epidermis 4 növ hüceyrə populyasiyasından ibarətdir .

Dəri törəmələrinə tər (ekkrin və apokrin) və piy vəziləri, süd vəziləri, tüklər və dırnaqlar aiddir. Bütün dəri boyunca yayılan, sayı 3-4 milyona çatan, 0,4mm diametrli sadə borulu şaxələnməyən qıvrılmış ekkrin tər vəziləri doğuşdan sonra fəaliyyətə başlayır. Bu vəzilər həm termotənzimə, həm də dərinin qanla təchizinə təsir edir. Dermanın torlu qatının dərinliyində hipodermisə yaxın yerləşən sekretor şöbəsi 3 tip (tünd, açıq və mioepitel) hüceyrədən təşkil olunmuş ekkrin tər vəzilərinin nazik axacağı derma və epidermisdən keçərək tər dəlikləri səviyyəsində dəri səthinə açılır. Sutkada 10 litrə qədər tər ifraz edə bilən bu vəzilər simpatik sinir sisteminin postqanqlionar lifləri ilə innervasiya olunur.

İnnervasiyası. Dərinin bütün qatlarında hissi sinir ucları yerləşir ki, bu da əsasən mielinli sinir liflərindən ibarət olur. Bu sinir lifləri həm tük və dəri vəzilərinə, həm də sinir kələflərinə başlanğıc verir. Epidermisdə yayılmış sərbəst sinir ucları mexanoreseptorlar, termoreseptorlar və ağrı reseptorlarını əmələ gətirir.

Dərinin rəngi onun epidermis qatında yerləşən melanin piqmentinin və dəri damarlarındakı qanın miqdarından miqdarından asılıdır. Dərinin ağ, sarı və qara rəngdə olması piqmentin az və ya çox olmasından asılıdır. Günəşin təsirindən piqmentin miqdarı çoxalır və dərinin rəngi qaralır. Bəzən dəridə bu piqmentin olmaması müşahidə edilir ki, buna albinizm deyilir (dəri rənginin ağlığı).



Dərinin gigiyenası. Çirkli dərinin hər kvadrat santimetrində minlərlə mikrobakteriosir olur. Buna görə dəriyə vaxtında vanna etməli, təmizlənməlidir. Uşaqların dərisi zərif olduğu üçün paltarlar düzgün seçilməlidir. Dəriyə hava keçməli və sürtünmə olmamalıdır.
Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin