İfrazat sistemi.Bu sistem böyrəklərdən və sidik çıxarıcı yollardan təşkil olunmuşdur. Sidik çıxarıcı yollara böyrək kasacıqları, ləyən, sidik axarları, sidik kisəsi və sidik kanalı daxildir. Böyrəklər həmçinin su-duz mübadiləsində, orqanizmin hemeostazının saxlanılmasında iştirak edirlər. İfrazat üzvlərinə həmçinin tər vəziləri, piy vəziləri, ağciyərlər və düz bağırsaq daxildir.