Yarım oynaqlar və ya simfizlər-bu birləşmələrdə hərəkət məhduddur və onlar sümükarası bağlar vasitəsilə möhkəmlənirlər. Bu birləşmələrə qasıq bitişməsi aid edilir.
Fasiləli (hərəkətli) və ya sinovial birləşmələr və ya oynaqlar – hərəkətli birləşmələrdir. Hər bir oynaq sümüyünün oynaq səthləri, oynaq qığırdaqları, oynaq kisəsi (kapsulu), içində az miqdarda sinovial maye olan oynaq boşluğu olur.
Oynaqlar iki cür olur-sadə və mürəkkəb. Sadə oynaqlarda iki, mürəkkəb oynaqlarda isə üç və daha çox oynaq səthi yəni sümüklər iştirak edir.
Oynaqda keçirilən oxların miqdarına görə biroxlu, ikioxlu, üçoxlu və çoxoxlu oynaqlar ayırd edilir.
Oynaq səthlərinin formasına görə - silindrəbənzər, blokabənzər, vintəbənzər, ellipsəbənzər, yəhərəbənzər, kondilusabənzər, kürəyəbənzər və yastı oynaqlar vardır.
Biroxlu - silindrəbənzər, blokabənzər vintəbənzər - çarxabənzər – proksimal və distal mil-dirsək oynaqları, orta atlas – ox fəqərə oynağı; blokabənzər – falanqaarası oynaqlar; vintəbənzər – dirsək oynağı.
Ikioxlu - ellipsəbənzər, yəhərəbənzər, kondilusabənzər- ellipsəbənzər (atlas-ənsə oynağı, mil-bilək oynağı, diz oynağı) və yəhərəbənzər oynaqlar (birinci əl daraq sümüyü ilə trapesiyaşəkilli sümüyün birləşməsi) aiddir.
Dostları ilə paylaş: |