Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə26/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

1102) Miokard infarktlı xəstələrdə kəskin ürək çatışmazlığı zamanı furosemidin yeridilməsindən sonra onun diuretik təsirinin başlanması üçün təxminən neçə dəqiqə tələb olunur?
A) 10

B) 40


C) 60

D) 30


E) 50
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
1103) Miokard infarktlı xəstələrdə kəskin ürək çatışmazlığı zamanı furosemidin vena daxilinə yeridilməsindən sonra peroral qəbuluna ehtiyac olarsa, onda onun sutkalıq dozasını göstərin?
A) 400 - 600 mq 2 dəfə

B) 20 - 30 mq bir dəfə

C) 40 - 80 mq bir dəfə

D) 100 - 200 mq 2 dəfə

E) 200 - 300 mq 2 dəfə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
1104) Hansı effekt nitroqliserinə aid deyil?
A) venaların nəzərəçarpan dilatasiyası

B) kiçik qan dövranında durğunluq əlamətlərinin azalması

C) önyüklənmənin azalması

D) sol mədəciyin dolma təzyiqinin azalması

E) koronar perfuziyanın azalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
1105) Hansı effekt nitroqliserinə aid deyil?
A) damarların arteriolyar tonusunun azalması

B) koronar perfuziyanın artması

C) sol mədəcikdə sonyüklənmənin artması

D) koronar damarların tonusunun azalması

E) ümumi periferik damar müqavimətinin azalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565
1106) Yanaşı arterial hipertoniyalı ağ ciyər ödemi ilə fəsadlaşmış miokard infarktlı xəstələrdə hansı preparatın təyini məqsədə uyğundur?
A) natrium nitropussidin

B) furosemidin

C) nitroqliserinin

D) prednizolonun

E) propranalolun
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 565.
1107) Dobutamin hansı effektə malik deyil?
A) Ümumi periferik damar müqavimətini və ağciyər damar müqavimətini azaldıcı

B) Sol mədəciyin dolma təzyiqini azaldıcı

C) Nəzərəçarpan inotrop

D) β1 - adrenerqik reseptorları selektiv stimulyasiya edici

E) Damar tonusuna təsir etmə (α - adrenoreseptorlara)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 566
1108) Dopamin hansı effektə malik deyil?
A) Dəqiqəlik həcmi və vurğularının sayını artırıcı

B) β1 - adrenerqik reseptorların selektiv stimulyasiya edici

C) Miokardın yığılma qabiliyyətini artırıcı

D) Nəzərəcarpan xronotrop təsir edici

E) Ümumi periferik damar müqavimətini və arterial təzyiqi artırıcı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 566.
1109) Sol mədəcik çatışmazlığı və kardiogen şok zamanı dopaminin vena daxilinə yeridilmə sürətini göstərin (mkq/kq/dəq.)
A) 5 - 10

B) 15 - 20

C) 30 - 35

D) 20 - 25

E) 1, 5 - 2, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 566
1110) Hansı effekt noradrenalinə aid deyil? (ÜPDM - ümumi periferik damar müqaviməti).
A) Miokardın işemik zonasını və aritmiyaların baş vermə riskini azaldıcı

B) ÜPDM və sistem arterial təzyiqi artırıcı (aritmiyanın baş vermə riskini artırır)

C) α1 - , α2 - və β1 - adrenoreseptorlara təsir edici

D) Mezenterial (bağırsaq) damarlarda qan təhcizatını azaldıcı

E) Böyrək damarlarında qan təhcizatını azaldıcı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 566.
1111) Miokard infarktlı xəstələrdə hipovolemik şokun başlanğıc mərhələsində hansı preparatın istifadəsi məsləhətdir?
A) furosemidin

B) dekstran 40

C) nitroqliserinin

D) natrium nitropursidin

E) morfinin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 567
1112) Nəzərə alsaq ki, xəstələrdə SQ - nın kəskin dilatasiyası (50 mm qədər) və onun əsasən SM - nın dilatasiyası ilə birliyi zamanı sinus ritminin bərpası ehtimalı çox aşağıdır (səyriyici aritmiyanın residivləşmə ehtimalı isə çox yüksəkdir), onda hansı qrup preparatla taxisistolik səyriyici aritmiyanı normasistoliyə çevirmək olar? (SQ - sol qulaqcıq, SM - sol mədəcik)
A) kalsium kanalları blokatorlarıyla

B) natrium kanalları blokatorlarıyla

C) β - adrenoblokatorlarla

D) qlikozidlərlə

E) kalium kanalları blokatorlarıyla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
1113) Mədəciküstü taxikardiya paroksizmləri zamanı adenozini hansı dozada (mq) sürətlə bolyusda venaya yeritməyi başlamaq lazımdır?
A) 1 - 2

B) 2 - 4


C) 6 - 12

D) 14 - 20

E) 12 - 14
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
1114) Aşağıda verilən hansı tip dislipoproteinemiya aterogenezdə daha çox əhəmiyyət kəsb edir?
A) I, III, V

B) I, IIa, IV

C) II, ІІІ, ІV

D) IIb, III, V

E) I, IV, V
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007, стр.331

1115) Aşağıda göstərilən hansı lipoproteidlər antiaterogen rol oynayır?

A) Aşağı sıxlıqlı lipoproteidlər

B) Yüksək sıxlıqlı lipoproteidlər

C) Çox aşağı sıxlıqlı lipoproteidlər

D) Xilomikronlar

E) "Remnant” hissəciklər


Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
116) Ailəvi kombinə olunmuş hiperlipidemiya aşağıda göstərilənlərdən hansının artıqlığı ilə müşahidə olunur?
A) Triqliseridlər və cox aşağı sıxlıqlı lipoprtoteidlərin

B) Orta sıxlıqlı lipoproteidlər və ümumi xolesterinin

C) Aşağı sıxlıqlı lipoprtoteidlər və ümumi xolesterinin

D) Xilomikron və çox aşağı sıxlıqlı lipoprtoteidlərin

E) Yüksək sıxlıqlı lipoprtoteidlərin və apo-B-ın
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
1117) Birincili ailəvi hiperxilomikronemiyanın diaqnostikasında aşağıda göstərilən hansı əlamətlər daha çox əhəmiyyət kəsb edir?

A) Buynuz qişanın lipoid ləkələri və hiperqlikemiya

B) Ovucun ksantomatozu, kəskin pankreatit

C) Buynuz qişanın lipoid qövsü, ksantomatoz səpkilər, hepatosplenomeqaliya, abdominal ağrı sindromu

D) Qaraciyər və dalağın böyüməsi, nefrotik sindrom

E) Axilles vətərinin ödemi və sifətin şişməsi


Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007

1118) II tip dislipoproteidemiyası olan xəstələr üçün nə xarakterikdir?

A) Qəfləti ürək ölümü

B) Hipotireoz

C) Pankreatit

D) Uremiya

E) Qaraciyər və dalağın böyüməsi


Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
1119) Nikotin turşusunun qəbulu zamanı qan plazmasında hansı lipidlərin səviyyəsi artır?

A) Ümumi xolesterinin

B) Triqliseridlər və çox aşağı sıxlıqlı lipoproteidlərin

C) Lipoproteid (α) - ın

D) Aşağı sıxlıqlı lipoproteidlərin

E) Yüksək sıxlıqlı lipoproteidlərin


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 366, Диагностика и коррекция нарушений липидного обмена с целью профилактики и лечения атеросклероза. Российские рекомендации. Москва 2004.
1120) Nikotin turşusunun əlavə təsiri nə ilə əlaqədardır?
A) hipovitaminozla

B) serotoninin artmasıyla

C) vazodilatasiya

D) hipervitaminozla

E) vazokonstriksiya
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 366, В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1121) Aşağıdakılardan hansı daha aterogen lipoproteid hesab edilir?
A) Xilomikronlar

B) Yüksək sıxlıqlı lipoproteidlər

C) Triqliseridlər

D) Çox aşağı sıxlıqlı lipoproteidlər

E) Aşağı sıxlıqlı lipoproteidlər
Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000

1122) Hansı göstəricilər zamanı UIX yaranma ehtimalı azdır ?

A) Triqliseridlərin miqdarı 1,6 mmol/l azdır

B) Ümumi xolesterin 6,5 mmol/l çoxdur

C) YSLP XS 1,2 mmol/l azdır

D) Aterogenlik koeffisiyenti 3,0-3,5 vahiddən çoxdur

E) Yuxarıda göstərilən parametrlərin hamısı


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1123) Aşağıda göstərilən kliniki əlamətlərin hansı metabolik sindroma aiddir ?

A) Təngnəfəslik

B) Anginal ağrı

C) Aritmiya

D) Aşağı ətraflarda ödem

E) Hiperinsulinemiya


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1124) Bronxoobstruktiv sindromla müşahidə edilən stabil gərginlik stenokardiya və qulaqçıq ekstrasistoliyası zamanı hansı preparatın təyini məqsədə uyğundur?

A) Karvedilol

B) Nitrosorbit

C) Amlodipin

D) Bisopralol

E) Verapamil


Ədəbiyyat: Г.Е. Ройтберг " Внутренние болезни . Сердечно-сосудистая система." М.Бином,2007.
1125) Əgər stenokardiya arterial hipertenziya ilə müşahidə olursa aşağıdaki dərmanlardan seçim preparatı hansıdır ?

A) Kalsium antaqonistləri

B) Anqiotenzin II reseptorlarının blokatoru

C) Molsidomin

D) AÇF inhibitorları

E) Nitratlar (monoterapiya kimi)


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1126) Supraventrikulyar aritmiyalar zaman antianqial preparatların seçimi hansıdır ?

A) Nitratlar

B) Metopralol, atenolol

C) Amlodipin

D) Verapamil, diltiazem

E) Molsidomin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1127) Stenokardiya xəstələrində nitroqliserinin effektiv birdəfəlik dozası hansıdır ?

A) 10-20 mq

B) 5 mq

C) 0,25-0,5 mq



D) 40-50 mq

E) 20-40 mq


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1128) Stenokardiya xəstələrində izosorbid mononitratın effektiv birdəfədlik dozası hansıdır ?

A) 10-20 mq

B) 0,25-0,5 mq

C) 120-180 mq

D) 20-40 mq

E) 5 mq
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.


1129) Miokard infarktı zamanı qanda troponinlərin miqdarı necə saatdan sonra maksimal artır ?

A) 3 saatdan sonra

B) 24-48 saatdan sonra

C) 2 saatdan sonra

D) 5-6 satdan sonra

E) 2-3 saatdn sonra


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1130) Sol mədəciyin ön divarının yayılmış transmural miokard infarktının EKQ kriteriləri hansı aparmalarda qeyd edilir?

A) II, III, AVF, V7, V8, V9

B) I, AVL, V5, V6

C) I, AVL, V3-V6

D) I, II, III, AVL, AVF, V3-V6

E) I, AVL, V1-V6


Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004.
1131) Əgər tənəffüs çatışmazlığı ilə gedən kəskin koronar sindrom ağrılarda seçim preparatı hansıdır ?

A) Droperidol

B) Promedol

C) Fentanil

D) Baralqin

E) Analqin


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1132) Kəskin koronar sindromun əvvəlində istifadə olunan, ağrı sindromunu götürən və insan ömrünü uzadan preparatı və onun istifadəsini göstərin?

A) Metoprololun venadaxili qəbulu 100-200 mq dozada

B) Nitroqliserinin yaxud nitrosorbidin nəzarət edilən (AT, UDS) infuziyası

C) Dihidropiridin kalsium antaqonistləri ilə monoterapiya

D) Verapamilin venadaxili təyini

E) Izosorbid 5 mononitratın təyini


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1133) Kəskin koronar sindromla müşahidə edilən xəstələrdə hansı β - blokatorlarla müalicənin effekti təsdiq edilib?

A) Oksprenolol

B) Sotalol

C) Labetalol

D) Asetobutalol

E) Metoprolol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1134) Kəskin koronar sindrom zamanı β-blokatorların təyinatına göstəriş hansıdır ?

A) Nəzərə çarpan periferik simptomlar

B) Bradisistolik formalı səyrici aritmiya

C) Arterial hipotoniya

D) Reflektor sinus taxikardiyası

E) Kəskin ürək çatışmazlığı


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1135) Kəskin miokard infarkt zamanı trombolitiklərlə terapiyanın tam əks göstərişlərinə hansılar aiddir?

A) Tam atrioventrikulyar blokada idioventrikulyar ritmlə

B) Ağ ciyərlərin ödemi

C) Səyrici aritmiya

D) Hipotoniya

E) Insult, aortanın laylanan anevrizması


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1136) Miokard infarktı və atrioventrikulyar ritmlə müşahidə edilən tam AV blokada zamanı xəstələrdə terapiya seçimi hansıdır?

A) α –adrenostimulyatorların təyini

B) Digidropiridin grup kalsium antagonistlərinin təyini

C) Fenilalkilamin grup kalsium antagonistlərinin təyini

D) Xolinolitiklərin təyini

E) β–blokatorların təyini


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1137) Miokard infarktı və mədəcik daxili blokadası olan xəstələrdə terapiya seçimi hansıdır?

A) Kalsium antaqonistlərinin təyini

B) Əsas xəstəliyin müalicəsi

C) β–blokatorların təyini

D) Ürək qlikozidlərinin təyini

E) Xolinolitiklərin təyini


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1138) Hansı preparat qeyri düz antikoaqulyantlara aiddir?

A) Heparin

B) Varfarin

C) Fraksiparin

D) Fondaparinuks

E) Streptokinaza


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
1139) Miokard infarktı və mədəcik ekstrasistoliyası olan xəstələrdə preparat seçimi

A) Novokainamid

B) Adenozintrifosfat

C) Nitrosorbit

D) Amlodipin

E) Amiodaron


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1140) Aterosklerozun erkən morfoloji əlamətləri hasıdır?

A) Kalsifikasiya

B) Piyli zolaq

C) Lipid nüvə

D) Divar ətrafı tromb

E) Fibroz pilək


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сГ.Е. Ройтберг Внутренние болезни. Сердечно-с
1141) Aortanın aterosklerozuna hansı əlamət aiddir?

A) Aortanın anevrizması

B) Barmaqların qanqrenası

C) Aritmiya

D) Bağırsağın infarktı

E) Qəfləti ölüm


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1142) Hiperlipidemiyaların hansı tipi aterogen sayılır?

A) IV tip

B) VII tip

C) VI tip

D) V tip

E) I tip
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007


1143) Hansı ürək damar xəstəlikləri zamanı gərginlik stenokardiyası rast gəlir?

A) Aorta dəliyinin stenozu

B) Trikuspidal stenoz

C) Dilyatasion kardiomiopatiya

D) Mitral qapağın çatmamazlığı

E) Xroniki miokardit


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1144) III funksional sinif stabil gərginlik stenokardiyası zamanı ağrı nə vaxt əmələ gəlir?

A) Sakitlikdə

B) I mərtəbəyə qalxarkən və yaxud 500 metr-dən çox piyada gedərkən

C) Düz yolda100-300 metr piyada gedərkən və I mərtəbəni qalxarkən

D) II mərtəbəyə qalxarkən

E) Nəzərə çarpan fiziki iş zamanı


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
1145) Stenokardiyanı sübut edən EKQ əlamətləri hansıdır?

A) QRS kompleksini davamiyətinin 0,12-n çox artması

B) Patoloji Q dişçiyinin qeyd edilməsi

C) ST seqmentinin I-III, V2-V6 aparmalarında qalxması və anqinal ağrı

D) ST seqmentinin ətraf və döş aparmaların birində 1,0 mm çox olan depressiyası və anginal ağrı

E) QR kompleksinin EKQ voltajının azalması


Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004
1146) Uzunmüddətli təsirə malik olan kalsium kanallarının antaqonistlərinə hansı aiddir?

A) İzoptin

B) Verapamil

C) Nifedipin

D) Diltiazem

E) Amlodipin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2007
1147) Sinus bradikardiyası və atrioventrikulyar blokadaların müalicəsində antianqinal preparatın seçimi

A) Kalsium antaqonistlərin dihidropiridin qrup preparatları

B) Nitrosorbid

C) Verapamil, diltiazem

D) Metoprolol, atenolol

E) Propranalol, nadolol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2002
1148) II funksional sinif gərginlik stenokardiyasının əlamətlərınə aşağıdakılardan hansı aiddir?

A) Stenokardiya tutmaları yaranır 500 m çox düz yerdə piyada yol gedərkən və II mərtəbəyə çıxarkan

B) Sakitlik zamanı stenokardik tutma

C) Stenokardiya tutmaları nadir rast gəlir

D) Adi fiziki aktivlik məhdudlaşmır

E) Adi fiziki yükə nəzərə çarpan məhdudlaşma


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1149) Avropa və Amerika kardioloji cəmiyyətlərin birləşmiş komitəsi tərəfindən Q dişli miokard infarktının diaqnostikasının kliniki kriteriləri hansıdır?

A) EKQ-də patoloji Q dişçiyinin qeyd edilməsi,qanda protrombinin artması

B) Sidikdə mikroalbuminuriya

C) ST seqmentinin depressiyası və kardiospesifik fermentlərin yüksəlməsi

D) Xolesterinin qanda artması

E) Döş qəfəsində anginal ağrı və diskomfort, EKQ–də ST seqmentinin qalxması və patolji Q dişçiyinin əmələ gəlməsi


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1150) Miokard infarktı zamanı qanda troponinin normallaşmasının müddəti nə qədərdir?

A) 2-3 gündən sonra

B) 5-6 gündən sonra

C) 2 həftədən sonra

D) 3 həftədən sonra

E) 8-12 gündən sonra


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
1151) Sirkulyar miokard infarktının EKQ əlamətlərinə hansılar aiddir?

A) I, AVL, V1, V2, V3, V4, V5, V6

B) I, II, III, AVL, AVF, V1, V2

C) I, II, III, AVL, AVF, V3, V4,V5,V6

D) II, III, AVF, V7, V8, V9

E) I, AVL, V1-V4


Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004.
1152) Sol mədəciyin ST seqmentinin qalxması olmayan miokard infarktının EKQ kriteriləri hansıdır?

A) Patoloji Q dişçiyinin qeyd edilməsi

B) ST seqmenti izoxətdə və müsbət koronar T dişçiyinin qeyd edilməsi

C) ST seqmentinin izoxətdən 2 mm çox yuxarı qalxmsı və mənfi T dişçiyinin qeyd edilməsi

D) ST seqmenti izoxətdə, mənfi koronar T dişçiyi və ST seqmentinin izoxətdən aşağı enməsi, koronar mənfi T dişçiyinin qeyd edilməsi

E) ST seqmentinin izoxətdən 2 mm çox yuxarı qalxması və müsbət T dişçiyinin qeyd edilməsi


Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004
1153) Kəskin koronar sindrom fonunda əgər ağ ciyərlərin ödemi ağrı sindromu ilə müşahidə edilirsə preparat seçimi hansıdır?

A) Diklofenak

B) Fentanil

C) Analqin

D) Promedol

E) Morfin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1154) Sağ mədəcik infarktı zamanı ağrı sindromunu götürmək üçün preparat seçimi hansıdır?

A) Fentanil

B) Morfin

C) Promedol

D) Diklofenak

E) Analqin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1155) Miokard infarktının kəskin mərhələsində streptokinazanın optimal dozası hansıdır?

A) 3 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhluluda 30-60 dəqiqə ərzində

B) 500 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

C) 750 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

D) 300 min V, sonra 1,2 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində

E) 1,5 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1156) ST seqmentinin qalxması olmayan kəskin koronar sindrom zamanı aspirinlə hansı preparatın terapiyası məqsədə uyğundur?

A) Trombolitik

B) Klopidoqrel

C) Aşağı molekulyar heparin və yaxud fondaparinuks

D) Heparin

E) Qeyri düz antikoaqulyant


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
1157) Dopaminin infuziyasının maksimal sürəti kardiogen şok olan xəstələrdə nə qədərdir?

A) 15 mkq/kq/dəqiqə

B) 7,5 mkq/kq/dəqiqə

C) 20 mkq/kq/dəqiqə

D) 30 mkq/kq/dəqiqə

E) 25 mkq/kq/dəqiqə


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin