Kimya kafedrasi kimya fəNNİNDƏn laboratoriya iŞLƏRİ Bakı 2014 laboratoriya iŞİ №1. Sinkin ekvivalentinin təyini Ekvivalentlər qanunu


Qazların molekul kütləsini hidrogen və ya havaya görə sıxlıqlarına əsasən hesablamaq olar: M = 2∙ D



Yüklə 331,7 Kb.
səhifə4/21
tarix11.12.2022
ölçüsü331,7 Kb.
#120862
1   2   3   4   5   6   7   8   9   ...   21
Laboratoriya işləri1-5 yeni

2. Qazların molekul kütləsini hidrogen və ya havaya görə sıxlıqlarına əsasən hesablamaq olar: M = 2∙ DH2 ; M = 29∙ Dhava
Qazların bir molunda olan hissəciklərin (molekul, atom , ion) sayı, eləcə də onun bir mol atomunda olan atomların sayı eyni olub, 6,0231023-ə bəra­bər­dir ki, bu ədədə Avoqadro ədədi deyilir və NA ilə işarə olunur. NA=6,0231023.
Avoqadro ədədini müxtəlif üsullarla hesablamaq müm­kün­dür.
Fransız alimi J.Perren 1908-1910-cu illərdə apardığı təd­qi­qat­lar nəticəsində molekulların mövcudluğunu sübut etməklə, qazın 1 molunda olan molekulların sayını da hesablamağa müvəffəq oldu.
Deməli, hər hansı maddənin bir molunda 6,021023 atom və ya molekul olduğundan, maddənin miqdar ölçüsü kimi mol anlayı­şından istifadə olunur.


Qaz halında olan maddələrin molekul kütləsinin təyini

Hər hansı qaz halında olan maddələrin molekul kütləsini he­sablamaq üçün onun müəyyən miqdarının çəkisini, həcmi­ni, temperatur və təzyiqini bilmək lazımdır.


Göstərilən məlumatlara əsasən qazın molekul kütləsini aşağıdakı üsullarla təyin etmək olar.

  1. qazın başqa qaza görə sıxlığına əsasən;

  2. qazın qram-molekul həcminə əsasən;

  3. Mendeleyev-Klapeyron tənliyinə əsasən.

Avoqadro qanunundan məlumdur ki, eyni şəraitdə qazla­rın bərabər həcmlərində bərabər sayda molekul olur. Buradan belə nəticə çıxır ki, eyni həcmdə verilmiş iki müxtəlif qazın kütləsinin nisbəti onların molekul kütləsinin nisbəti kimidir:


,

burada, m­1, m2uyğun olaraq birinci, ikinci qazın kütləsi; M1 və M2 isə onların molekul kütləsidir.


1. Eyni şəraitdə bərabər həcmdə götürülmüş bir qazın küt­lə­­si­nin digər qazın kütləsinə olan nisbəti, birinci qazın ikinci qaza görə nisbi sıxlığı adlanır və D ilə işarə olunur: . Buna görə də, yazmaq olar. Buradan M1 = DM2 olar. Bu düs­tura əsasən demək olar ki, qazın molekul kütləsi onun hər hansı başqa qaza görə sıxlığı ilə ikinci qazın molekul kütləsi hasilinə bərabərdir.
Qazın nisbi sıxlığı ən yüngül qaz olan hidrogenə, bir çox hal­larda isə havaya görə təyin edilir. Hidrogenin molekul küt­ləsi 2, havanın molekul kütləsi isə 29 olduğundan hid­ro­genin və havanın sıxlığına əsasən qazın molekul kütləsi aşağıdakı düsturlara əsasən hesablanır:



Yüklə 331,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin