Kulturoloji funksiya: müəllimlərin pedaqoji mədəniyyətinin formalaşdırılması.
Pedaqogikanın əsas vəzifələri bunlardır:
təlim, tərbiyə, təhsil və inkişafın fəlsəfi - metodoloji problemlərinin, sosial və konkret - pedaqoji məqsədlərin, qanunauyğunluq və texnologiyalarının işlənilib hazırlanması;
praktik və təcrübi fəaliyyətin öyrənilməsi və ümumiləşdirilməsi; insanlarla işin sosial-iqtisadi və pedaqoji tərəflərinin proqnozlaşdırılması;
pedaqoji prosesdə şəxsiyyətin inkişaf perspektivlərinin müəyyən edilməsi;
təlim, tərbiyə və inkişafın vəhdəti əsasında pedaqoji əməyin differensiasiyası və fərdiləşdirilməsi vasitələrinin əsaslandırılması, insanın sosial həyata hazırlanması;
metodoloji problemlərin və pedaqoji tədqiqat üsullarının işlənilib hazırlanması;
elmi dünyagörüşünün, mənəvi mədəniyyətin və insan kamilliyinin təmin edilməsinin optimal yollarının tapılması;
ümumi və peşə təhsilinin fundamental əsaslarının, məzmununun, tədris plan və proqramlarının, dərsliklərin, didaktik materialların, təlim-tərbiyənin metod, forma və vasitələrinin hazırlanması;
pedaqoji prosesin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi yollarının əsaslandırılması;
fasiləsiz təhsil sisteminin təkmilləşdirilməsi;
təhsilin idarəedilməsi problemlərinin araşdırılması, pedaqoji kadr hazırlığının səviyyəsinin yüksəldilməsi;
pedaqoji fikir tarixinin öyrənilməsi.
Bütün bu vəzifələrin həlli bir ümumi məqsədə xidmət edir: tələbələrin yüksək ixtisaslı peşəkarlar kimi yetişdirilməsi, ölkədə pedaqogikanın nailiyyətlərini öz fəaliyyətində tətbiq edə bilən pedaqoji baxımdan qabiliyyətli və səlahiyyətli mütəxəssislər hazırlamaq.
- respublikamızın müxtəlif tədris müəssisələrində təhsilin məzmununu müəyyənləşdirməkdə iştirak etmək, təlimin səmərəliliyini təmin edən şərtləri üzə çıxarmaq.
- Pedaqoji prosesin qanunauyğunluqlarını öyrənmək, baş verən səbəb nəticə əlaqələrini aşmaq.
- Təlim, tərbiyə, təhsil və psixoloji inkişaf sahəsində qabaqcıl təcrübələri vatında öyrənmək, ümumiləşdirmək və müəllimlər, tərbiyəçilər arasında geniş təbliğ etmək.
- Psixologiya, fiziologiya, fəlsəfə və s. elm sahələrində təlim, tərbiyə, təhsil və psixoloji inkişaf üçün faydalı olan cəhətləri seçmək və onlardan səmərəli istifadənin yollarını göstərmək.
- Pedaqoji bilikləri xalq arasında təbliğ etmək.
İxtisas: Təhsildə social psixoloji xidmət
Kurs: I
Fənn: Pedaqogika
Mövzu: II mövzu: PEDAQOGİKANIN İNKİŞAF TARİXİ VƏ TƏDQİQAT METODLARI
Ədəbiyyat siyahısı:
Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.
İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh
Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.
Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.
Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
Pеdaqоgikanın inkişaf tarixi.
Pedaqoji elmlər sistemi.
Pedaqaqogikanın mənbələri
Pedaqogikanın başqa elmlərlə əlaqəsi.
Elmi-pedaqoji tədqiqat metodları.
|