1.3. Dünya ticarətində birjaların yeri və rolu
Birja ticarətinin inkişafı, müasir beynəlxalq əmtəə birjalarının formalaşması
Ticarətdə bu və ya digər birja məhsulunun satışını həyata keçirilən birjanın əsas funksiyaları
Konkret mal üzrə satıcının və alıcının nümunəsində alış və satış əməliyyatlarının heclənməsi
Opsion əməliyyatı, onun birja malı üzrə satıcı və alıcının maraqlarının qorunması üzrə imkanları
Beynəlxalq qiymətli kağızlar bazarının təşkili
Fond və valyuta birjalarının fəaliyyətinin əsas məsələləri
Beynəlxalq ticarətin aparılmasının əsas mərhələləri
Beynəlxalq əmtəə hərracların keçirilməsi əsas mərhələləri
Dünya təsərrüfat əlaqələrinin inkişafı daim fəaliyyət göstərən kütləvi tələbatlı xammal və kənd təsərrüfatı mallarının, habelə qiymətli kağızlar və valyuta bazarlarının yaranmasına gətirib çıxarmışdır. Müasir dünya ticarətində bu mallar ilə ticarətdə beynəlxalq birjaların rolu böyükdür.
Beynəlxalq birjalar əmtəə, valyuta və fond birjalarına bölünür.
Əmtəə birjası - müəyyən qaydalara əsasən keyfiyyətcə həmcins və asan qarşılıqlı dəyişdirilən mallar üzrə təmiz rəqabət şəraitində daim fəaliyyət göstərən topdansatış bazarıdır. [38, s.316]
ABŞ-da ilk birjalar XIX əsrin əvvəllərində yaranmışdır. Kapitalizmin inkişaf etdiyi dövrdə birjalar da sürətlə inkişaf edirdi. Belə ki, təkcə ABŞ-da onların sayı 500-ə yaxın olmuşdur. Lakin bazar iqtisadiyyatı inkişaf etdikcə nəqliyyatın təkmilləşdirilməsi, müasir rabitə vasitələrinin yaradılması ilə əmtəə birjalarının sayı azalırdı. Eyni zamanda birjalarda alınan və satılan malların növləri də azalırdı. Əgər birjaların çiçəkləndiyi dövrdə onların payına 200 növ mal düşürdüsə, hazırda isə bu rəqəm təxminən 70-dir. Beynəlxalq ticarətin 15-20% -i onların payına düşür. Şərti olaraq birja əmtəəsini aşağıdakı qruplar üzrə birləşdirə bilərik:
|