Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları



Yüklə 135,59 Kb.
səhifə60/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   56   57   58   59   60   61   62   63   ...   79
İstehlak məhsulları son istehlakçılar (əhali) tərəfindən fərdi və ya kollektiv istifadə, istehlak üçün alınan məhsullardır. Bu məhsullar da öz növbəsində, istifadə tezliyindən və satınalma qərarlarının xarakterindən asılı olaraq gündəlik tələbat məhsullarına, ilkin seçim məhsullarına və xüsusi tələbat məhsullarına bölünürlər.

İsethsal təyinatlı məhsullar istehsalçı müəssisələr, yəni işgüzar istehlakçılar tərəfindən öz istehsal fəaliyyətini həyata keçirmək və ya özlərinin tələbatlarını ödəmək məqsədilə aldıqları və yenidən emal prosesinə məruz qalan məhsullardır. Bu məhsullar istehsal prosesində oynadığı rola görə təsnifləşdirilir və bu əlamətə görə onlar əsas və köməkçi xammal və materiallara, yarımfabrikatlara, dəstləşdirici məmulatlara, əsas və köməkçi avadanlıqlara bölünürlər.

Xidmətlər bir neçə əlamətə: mülkiyyət for­ma­sı­na, istehlakçıların tipologiyasına və istehlakçılarla ünsiyyətin səviy­yə­sinə görə təsnifləşdirilir.

Istehsalçılar tərəfindən satış üçün təqdim olunan bütün məhsullar keyfiyyətinin səviyyəsinə görə 4 qrupa ayırmaq olar.



  1. Əla keyfiyyətli məhsullar əksər əmtəələrdən üstün məhsullar hesab olunur.

  2. Rəqabət qabiliyyətli məhsullar bir çox hallarda bazarda orta keyfiyyət səviyyəsində olurlar. Belə vəziyyətdə marketinq tədbirlərinin səmərəliliyi rəqabət qabiliyyətinin digər amillərindən : qiymət, texniki servis, reklam və s. asılı olur.

  3. Keyfiyyəti aşağı olan məhsullar bütövlükdə çox aşağı istehlak xassələrinə malik olurlar.

  4. Keyfiyyət səviyyəsinin rəqabət qabiliyyəti olmayan məhsulların ümumiyyətlə alıcısı olmur.

Müəssisənin məhsul siyasətinin hazırlanmasında onun həyat dövranının mərhələlərinin və konkret məhsulun özünün həyat dövranının hansı mərhələsində olduğunun öyrənilməsi mühüm rol oynayır və əhəmiyyət kəsb edir. Məhsulun həyat dövranı onun bazarda olma müddətini əhatə edir və bazara çıxma (bazara tətbiq edilmə), artım (inkişaf), yetkinlik (stabillik) və böhran mərhələlərinə bölünür.


Yüklə 135,59 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin