Mirzə Fətəli Axundzadə maarifçi-realist sənətkar kimi.
Mirzə Fətəli Axundovun dramaturgiyası. Komediyalarının mövzusu və əsas ideyası. “Hekayəti-Molla İbrahimxəlil kimyagər” Azərbaycan ədəbiyyatında dramatik növün ilk nümunəsi kimi. Əsərin əsas gülüş hədəfi. “Hekayəti-Müsyo Jordan – həkimi nəbatat və dərviş Məstəlişah cadugini-məşhur komediyasında maarifçilik ideyalarının təbliği, cadugərliyin ifşası, “Hekayəti-vəziri-xani Lənkəran” komediyasında cəmiyyəti idarə üsulunun tənqidi, komediyanın bədii quruluşu və surətləri. “Hekayəti-xırs-quldurbasan” əsərinin janr xüsusiyyətləri. “Sərgüzəşti-mərdi-xəsis”komediyasının orijinallığı. Hacı Qara obrazının dünya ədəbiyyatında yaradılmış xəsis surətlərindən fərqi. “Mürafiə vəkillərinin hekayəti” komediyasında mənəvi-əxlaqi naqisliyin tənqidi.
Azərbaycan ədəbiyyatında bədii nəsrin inkişafı tarixində “Aldanmış kəvakib”in rolu. Povestin mövzusu və ideyası. Şah Abbas və Yusif Sərrac obrazları. Povestin dili.
“Kəmalüddövlə məktubları” fəlsəfi traktatı. Əsərin quruluşu, məzmunu və ideyası. Müəllifin tənqid hədəfləri.
Dostları ilə paylaş: |