Səməd Vurğun (1906-1956) yaradıcılığının ilk dövrü və milli şeir üslubu uğrunda mübarizəsi. Səməd Vurğunun poeziyasında milli qürur hisslərinin, Azərbaycançılıq ideyasının tərənnümü. “Komsomol poeması”nda şairin öz daxili aləminə sadiqliyi, fərdi həyat materialına və müşahidələrinə söykənməsi. Səməd Vurğunun mənzum pyesləri: “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan”. Tarixi mövzu və onun müasirlik baxımından bədii həlli. Tarixi mövzulara həsr olunmuş poemaları. ”İnsan” pyesində müharibə və sülh problemləri barədə fəlsəfi düşüncələrin əks olunması. “Vaqif” dramı və xalqımızın xarici istilaçılara qarşı mübarizə mövzusu. Şairin müxtəlif illərdə yazdığı poemalarının mövzu-problematikası. Səməd Vurğunun əfsanəvi mövzulara həsr olunmuş poemaları (“Bulaq əfsanəsi”, “Qız qayası”, “Aslan qayası”, “Ayın əfsanəsi”, “Hörmüz və Əhrimən” ) və sovet həyatını əks edən poemaları.(“Zamanın bayraqdarı”, “Dar ağacı”, “26-lar”, “Üsyan”, “Macəra”). “Aygün” mənzum romanı.