Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) ədəbi-bədii irsi. Onun ədəbiyyatın müxtəlif janr və formalarına müraciət etməsi. “Müxəmməs” adlı əsərindən etibarən ədəbiyyatla sıx bağlılığın yaranması və davam etməsi. Məhəmməd Əmin Rəsulzadənin şeirləri, dramları, nəsr əsərləri, tərcümələrinin istiqlal məfkurəsinin zəminidə yaranması və gerçəkləşməsi.
Əli bəy Hüseynzadə (1864-1940) və XX əsr Azərbaycan romantizmi. Milli romantizmin idеologiyasındakı Avropaçılığın təməlinin onun yaradıcılığında qoyulması. Əli bəy Hüseynzadə və “Füyuzat” dərgisi. Əli bəy Hüseynzadə romantizmində millət və türkçülük anlayışları. “Siyasəti- fürusət” əsərində nəsr təhkiyəsinin bədii simvollarla işlənməsi.