18. Fiqh və üsuldan əlavə hövzənin digər sahələrində mütəxəssislərin elmi məqamını uca tutmaq
Belə olmasın ki, kimsə fiqhin müəyyən bir dərəcəsinə yüksələn kimi cəmiyyətdə möhtərəm sayılsın, amma fəlsəfədə ən üstün dərəcəyə yüksələn şəxsə onun qədər hörmət göstərilməsin. Belə deyil. Bu da elmdir, İslam elmidir, hövzənin ehtiyacı olan elmdir.
Mühüm işlərdən biri elmləri qruplara ayırmaqdır. Bəzi cənablar da bunu dedilər. Gəlin elmləri prioritet əsasında bölək, dərəcələrə bölək, dəyərləndirək, ehtiyaclarla ölçək... Mən üsul elminin müstəqil bir elm kimi ixtisaslaşmasının tərəfdarı deyiləm və bunu hövzəyə çox faydalı bilmirəm. Üsul fiqhin xidmətində durmalıdır. Fiqh və üsul alimlərinin özləri etiraf edirlər ki, üsulun bəzi mövzuları fiqhə heç bir xidmət göstərmir, fihqlə əlaqəsi də yoxdur. Üsul fiqhin kənarında olmalıdır. Həmçinin digər mühüm fənlərə, məsələn fəlsəfəyə, təfsirə və kəlama əhəmiyyətli yanaşmaq lazımdır.