Bu gün də İslam dünyasının elm mərkəzi Qum şəhəridir. Həmin dövrdə olduğu kimi, Qum bu gün də bütün İslam ümmətinə elm, agahlıq və oyanış qanı köçürə edə bilən və köçürməli olan fəal qəlbdir.
Keçmişdə Qumun mövqeyi
O zaman şiələrin və Əhli-beyt (ə) davamçılarının ilk fiqh və etiqad kitabları Qumda nəşr olunurdu, fəqih, alim və hədisşünasların etimad və istinad etdiyi əsas kitablar Qum şəhərində Qum hövzəsi tərəfindən yazılırdı. Məhəmməd ibn Əhməd ibn Yəhyanın "Nəvadir əl-hikmə" kitabı, Səffarın "Bəsair əd-dərəcat" kitabı, Əli ibn Babuyə Quminin "əş-Şərai" kitabı, Bərqinin "əl-Məhasin" kitabı, Əhməd ibn Məhəmməd ibn İsanın kitabları və onlarla, yüzlərlə digər kitab bu elm mərkəzində yarandı və istehsal olundu.
Burada elə şəxsiyyətlər yetişdi ki, İslam dünyasının hər hansı bir tərəfinə səfər edəndə onların məclisi faydalı məclis olurdu. Bu əzəmətli hərəkətin üçüncü-dördüncü nəslinin nümayəndəsi olan Şeyx Səduq şiəliyin və hədis elminin mərkəzi olan Bağdad şəhərinə gedəndə alim və tələbələr onun söhbətlərinə gedir, ondan bəhrələnirdilər. Buna əsasən, Qum mərkəz oldu. Bu gün də Qum mərkəzdir. Uzun illər boyu burada on minlərlə aşiq tələbə pərvanə kimi Əhli-beyt (ə) təlimlərinin şamı ətrafında fırlanıb elm öyrənirlər, çoxlu problemlərə dözərək bilik əldə edirlər, ali və mənəvi məqsədləri nəzərə alıb problemlərə diqqət yetirmir və inkişaf edirlər. Bəlkə də dünyada belə bir şəhər azdır, yaxud yoxdur ki, orada bu qədər böyük toplum – din elmini, mənəviyyatı və ictimai rəftarı öyrənmək istəyən insanlar, qadın və kişilər işləyib-çalışsınlar, gecə-gündüz mənəvi, elmi və mədəni fəaliyyətlərlə məşğul olsunlar. Bu gün Qum şəhərinin belə dəyərli beynəlxalq mövqeyi var. Onun keçmişi də bəllidir; şiəliyin ilk mühüm hövzəsi bu şəhərdə təşkil olunmuşdur, Şeyx Küleyni, Şeyx Səduq və digər böyük alimlər bu feyz bulağından bəhrələnmişlər. Onların əsərləri uzun əsrlər boyu Əhli-beyt (ə) maarifini qorumuşdur.
Dostları ilə paylaş: |