Yeniliyin hövzənin rəftar və əxlaq sisteminə uyğunlaşdırılması
Sonrakı məsələ hövzələrin rəftar və əxlaq sistemi məsələsidir. Əgər yenilik baş verəcəksə, bu yenilik bu cəhətə də malik olmalıdır. Burada bir neçə mövzu var. Mən onları qeyd etmişəm:
Hövzələrin rəftar və əxlaq sistemi müəllimlərə hörmət istiqamətində olmalıdır; müəllimə hörmət, dəyərli kadrlara hörmət, xüsusən təqlid müctəhidlərini uca tutmaq. Heç kəs asanlıqla təqlid müctəhidliyi həddinə çatmır; bunun üçün çoxlu səlahiyyətlər lazımdır. Təqlid müctəhidləri əksərən elmi hövzələrin elmi zirvələri sayılırlar. Buna görə təqlid müctəhidlərinin hörməti qorunmalı, onlar uca tutulmalıdırlar.