Hövzənin davranış sisteminə inqilabçı təmayüllərin hakim olmasının zəruriliyi
Hövzənin davranış və əxlaq sistemi barədə başqa bir amil hövzədə inqilabi təmayül və hisslərdir. Mənim əzizlərim! Ölkədə inqilabi mühitin inadkar və kinli düşmənləri var. Onlar inqilabi ab-havanın hakim olmasına qarşıdırlar, onu yox etmək istəyirlər. Gördünüz ki, bir zaman şəhadəti şübhə altına saldılar, cihadı şübhə altına saldılar, şəhidi şübhə altına saldılar, imamın nəzərlərini şübhə altına saldılar, peyğəmbərləri şübhə altına saldılar. Problem bu deyil ki, kimsə bu məfhumlarla müxalifdir; problem budur ki, bu müxalifət cəmiyyətdə düşmən baxışından irəli sürülməli, yeni ab-hava yaranmalı və inqilab ab-havası yox olmalıdır. Elmi hövzədə və həmçinin cəmiyyətdə hamı bu məsələyə diqqət yetirməlidir. Təbii ki, elmi hövzələrdə də belədir. Bilirlər ki, siz ruhani yalnız bir fərd deyilsiniz; sizi dinləyənlər, sevənlər var, öz ətrafınıza təsir göstərirsiniz. Onlar inqilabi ab-havanı korlamaq, inqilabçı ruhanini təcrid etmək istəyirlər. Əgər Allah eləməmiş, hövzənin harasındasa Bəsic üzvünü təhqir etmək, şəhidi və şəhadəti təhqir etmək, bu xalqın uzunmüddətli cihadını sual altına qoymaq halları yaransa, faciədir. Hövzənin böyükləri ehtiyatlı olmalı və bunun qarşısını almalıdırlar.