Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Şəkil 3. Makroiqtisadi tarazlıq səviyyəsinin qrafik təsviri



Yüklə 0,65 Mb.
səhifə30/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   26   27   28   29   30   31   32   33   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Şəkil 3. Makroiqtisadi tarazlıq səviyyəsinin qrafik təsviri

Fərz edək ki, ümumi milli məhsulun optimal həcmi aşağıdakı kimi pozulmuşdur:



I. ÜMM-un həcmi optimal həcmə nəzərən azalmışdır. Tarazlıq nöqtəsi E-dən E2 - yə düşmüşdür. Bu zaman məhsulların qiymətləri artır, çünki məhsulların təklifi azalmış olur. Nəticədə məhsul qıtlığı əmələ gəlir, inflyasiya prosesləri sürətlənir.

II. ÜMM-un həcmi optimal həcmə nəzərən artmışdır. Bu zaman tarazlıq nöqtəsi E-dən E1-ə dəyişmişdir. Bu zaman inflyasiya prosesləri sürətlənir və hiperinflyasiya təhlükəsi güclənir. Birinci halda inflyasiya prosesləri məcmu tələbin təsiri altında baş vermiş olur. Bu zaman əhalinin alıcılıq qabiliyyəti yüksəkdir, onun ala biləcəyi məhsullar azlıq təşkil edir. İkinci halda inflyasiya prosesləri məcmu təklifin təsiri altında baş vermiş olur. Bu zaman məhsulların təklif həcmi əhalinin alıcılıq qabiliyyətini üstələmiş olur. Hər iki halda məqsəd ümumi milli məhsulun optimal həcminin, yəni makroiqtisadi tarazlığın təmin edilməsidir. Makroiqtisadi tarazlığın təmin edilməsi isə kortəbii surətdə deyil, dövlətin iqtisadiyyata fəal surətdə müdaxilə etməsi hesabına baş verir. Ümumiləşdirilmiş halda demək olar ki, dövlət makroiqtisadi tarazlığa birinci halda vergiləri azaltmaq, pul kütləsini çoxaltmaq və dövlət xərclərini artırmaqla, yeni iş yerlərini yaratmaq yolu ilə nail olursa, ikinci halda isə makroiqtisadi tarazlığa dövlət vergi dərəcələrini artırmaqla, pul kütləsini və dövlət xərclərini azaltmaq yolu ilə nail olur.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin