Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir



Yüklə 0,56 Mb.
səhifə16/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   ...   12   13   14   15   16   17   18   19   ...   38
Qeyri-təkmil rəqabət bazarı. Bazarın bu forması özündə xalis inhisarçılığı, inhisarçı rəqabəti, oliqopoliyanı birləşdirir.

Xalis (mütləq) inhisar o halda mövcud olur ki, bir firma məhsulun yeganə istehsalçısı kimi çıxış edir və bazarda həmin məhsul heç bir yaxın əvəzçiliyə malik olmur. Xalis inhisar modeli özlüyündə aşağıdakı dörd xarakterik cəhəti birləşdirir.

-bazarda məhsul vahid satıcı tərəfindən təklif edilir;

-realizə olunan məhsul unikal xarakter daşıyır. Mahiyyət etibarilə həmin məhsuldan keyfiyyətli məhsul və ona yaxın əvəzləyicisi yoxdur;

-inhisarçı bazar hakimiyyətinə malik olur və qiymətlərin səviyyəsinə mütəmadi olaraq nəzarət edir;

-bazara daxil olmaq üçün inhisarçı tərəfindən müəyyən süni baryerlər yaradılır.

Təbiidir ki, birinci halda söhbət təbii inhisarçılıqdan gedir. Bu müəssisələr əsas etibarı ilə ictimai istifadəçilərə xidmət edir. Təbii inhisara – elektrik və qaz şirkətləri, su təchizatı, rabitə xətti və nəqliyyat müəssisələri aid edilir. Həqiqətən metropolitenlə rəqabət aparan hər hansı müəssisənin mövcud olduğunu demək olduqca çətindir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçmiş ölkələrdə təbii inhisar müəssisələri əsas etibarı ilə dövlət mülkiyyətində saxlanılır və ya dövlətin ciddi nəzarəti altında fəaliyyət göstərir. Bu sahəyə süni maneələr, patentlər və lisenziyalar aid edilir.



Sxem 1


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin