MüƏLLİM: Hüseynov İlham TƏLƏBƏ: Musayev Vüsal


maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması



Yüklə 22,13 Kb.
səhifə2/2
tarix01.01.2022
ölçüsü22,13 Kb.
#107390
1   2
Gömrük işi sərbəst iş №1 (2)

maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması – gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması kimi gömrük nəzarəti formalarından biridir.

Icrasına, nəzarətinin gömrük orqanlarına həvalə olunduğu Az R-sı Qanunvericiliyinin və Az-nın iştirakçısı olduğu beynəlxalq müqavilələrin şərtlərinin riayət edilmədiyini güman etməyə kifayət qədər esas olduqda maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasından istifadə olunur.

Qanunvericilik maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı gömrük orqannının vəzifəli şəxslərinə aşağıdakı səlahiyyətləri verir:


    • gömrük işinə və gömrük orqanlarının funksiyalarına aid olan xarici iqtisadi və digər təsərrüfat fəaliyyəti barədə istənilən sənədlər (bank sənədləri daxil olmaqla) və məlumatın əvəzsiz təqdim edilməsini tələb etmək və onlarla tanış olmaq;

    • vəzifəli şəxslərdən və digərlərindən arayış yazılı və şifahi izahat almaq;

    • müəyyən edilmiş formada tətbiq edilən akt əsasında sənədləri - əgər onların yoxlanılması başqa bir yerdə həyata keçiriləcəksə - götürmək.

Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və şəxsləri, habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin formasını

müəyyən edir. (maddə 101) gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətdiqi qaydaları və formaları Az P-nın DGK tərəfindən müəyyən olunur.

Risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, DGK-si gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında ilkin elektron məlumatlar alırlar.

Beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə, informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi gömrük orqanlarına riskləri daha səmərəli idarə etmək, beynəlxalq ticarət-təchizat zənciri haqqında daha dolğun və ətraflı informasiya əldə etmək imkanı verir.





  1. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti . (maddə 83).

Gömrük nəzarəti predmeti mal və nəqliyyat vasitələrinin istənilən növü ola bilər. Mallar – istənilən daşınan əmlak, o cümlədən, valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri və s. ola bilər.

Sərnişin və malların beynəlxalq daşımalarından istifadə olunan, konteyner və digər nəqliyyat avadanlığı da daxil olmaqla bütün vasitələr – nəqliyyat vasitəsi sifətində gömrük nəzarəti obyekti olur.

Digər məqsədlə üçün gömrük sərhədindən kecirilən nəqliyya vasitələri əmtəə kimi gömrük nəzarətinə cəlb edilir.

Bir qayda olaraq mal və nəqliyyat vasitələri gömrük nəzarətinin başlandığı andan onun seçilmiş gömrük proseduruna uyğun olaraq bitməsinə qədər gömrük nəzarəti altında yerləşir. Başqa sözlə mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında yerləşməsi müddəti bilavasitə seçilmiş gömrük prosedurundan asılıdır.

Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar:


  • sərbəst dövriyyəyə buraxılanadək;



  • məhv edilənədək;



  • dövlətin xeyrinə imtina olunanadək;



  • malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud Gömrük Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək;

  • mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək.

İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin Gömrük Məcəllənin 154-cü maddəsinə (gömrük bəyannaməsinin ləğvi) uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar.

Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar Gömrük Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olurlar.

Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə Gömrük Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Əvvəllər gömrük ərazisindən çıxarılmış malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq qaydada geri qaytarılması nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının geri gətirilməsinə dair öhdəliklərin şəxslər tərəfindən Gömrük Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər.

Mal və nəqliyyat vasitələrinin gətirilməsi zamanı gömrük nəzarətinin başlanğıcı onların Az R-nın gömrük sərhədindən kecdiyi an hesab edilir.

Mal və nəqliyyat vasitələrinin ölkədən çıxarılması zamanı gömrük nəzarəti – gömrük bəyanaməsinin təqdim edildiyi andan başlanır. Az R-nın gömrük sərhədindən kənara aparılan mallar və nəqliyyat vasitələri buraxılarkən, onlar Az r-nın hömrük sərhədini kecdiyi andan gömrük nəzarəti başa catır.

Gömrük nəzarəti altında malların yerləşdirilməsinin minimum müddətlərinin müəyyən edilməsi DGK-nin səlahiyyətinə daxildir.

Təqdim edilmiş gömrük bəyannaməsinin, mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti üçün tələb olunan digər sənədlərin yoxlanılması üçün mövcüd qanunvericilik maksimum müddət olaraq 10 gün müəyyən edir. Bu müddəti başlanğıcı olaraq gömrük bəyannaməsinin qəbul edildiyi və lazımi sənədlərin təqdim olunduğu gün hesab edilir.

Bu müddətin azadılması gömrük əməkdaşlarının hazırlıq səviyyəsindən və tətbiq edlən müasır texniki nəzarət vasitələrinin effektivliyindən asılıdır.

Belə vasitələrdən ən səmərəli inspeksiya-müayinə kompleksidir (İMK). İMK-lar gömrük zonalarında ayrıca yerləşmiş bina-boks ola bilər. İMK konteynər yük maşınları boşaltmadan az müddətdə şüalandırmaqla daxilini “görməyə” imkan verir. Müasir avadanlıq telemonitorunda müxtəli elektron-rəngləmə vasitələri ilə üzvi (narkotiklər, partlayıcı maddələr) və qeyri-üzvi materialları bir-birindən ayırmaga, şübhəli əşyaları və boşlqları aşkara çıxarmağa imkan verir.


  1. Gömrük nəzarətinin müəyyən formalardan azadetmə Gömrük Məcəllə, gömrük işi üzrədigər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəəyən olunur. (maddə 84)

Diplomatik (konsul) kuryerin şəxsi baqajı gömrük baxışından azad edilir. Lakin, baqajda kuryerin şəxsi istifadə üçün nəzərdə tutlmayan mallar, yaxud gətirilməsi (aparılması) mövcüd qanunvericiliklə qadağan edilən malların olması gümanına əsas varsa, o zaman kuryerin baqajı müayinə edilə bilər.

Ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrlə gömrük güzəştləri əsasən aşağıdakı təşkilatların və onların təmsilçiliklərinin heyətinə, həmçinin onların ailə üzvlərinənəzərdə tutulur:



  • Birləşmiş Millətlər Təşkilatı;

  • Beynəlxalq Valyuta Fondu;

  • Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankı;

  • Beynəlxalq Qırmızı Xac Komitəs;i

  • Beynəlxalq Miqrasiya Təşkilatı;

  • Digər beynəlxalq təşkilatlar.

Xarici dövlətlərin Az R-nın ərazisində olan diplomatik nümayendəlikləri Az R-nın gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayər edilməsi şərtilə, gömrük rüsumlarından, vergilərindən və digər gömrük ödənişlərindən azd edilməklə nümayendəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları Az R-nın ərazisinə gətirə və Az R-nın ərazisindən apara bilərlər.
Yüklə 22,13 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin