3. BUĞDANIN ƏRŞƏ ÇƏKİLMƏSİ Buğdanın dənəsinin iriliyi fındıx boyda idi, Allah-tala vermişdi. Əkəndə buğda elə bir məhsul verirdi ki... İndi hektara otuz sentiner alanda sevinirik. Amma o vaxdı hektara bəlkə yüz sentiner məhsul verirdi. Qarğıdalı dənəsinnən də iri idi. O qədər bollaşmışdı ki, insannar çörəyin hörmətini gözdəmirdilər.
Bir qadın da saja yuxa yayırdı. Uşax da böyründə iməkliyirdi. Uşax çölə gedəndə yuxanın birin götürdü, uşağı sildi. Onda göy insannara yaxın idi, neçə mərtəbə qalxdı yuxarı. Urzanın bərəkəti çəkildi.
4. AYNAN GÜNƏŞ Aynan Günəş sevgilidi. Əgər olar bir-birini tapsa, dünyanın altı üsdünə çevriləjəh.
Anası Ayı buyuruf filan işi filan elə. O da anasının sözünə baxmıyıf. Anası da sajı küllüyürmüş. Duruf elə əli küllü-küllü vuruf ona, onnan üzü ləkəli qalıf.
5. MƏKKƏ YOLU İndi bala, avtobusnan gedillər ora, ziyarata. Nənəmin maması-nın yoldaşı vardı. Deyirdi bala, göy üzündəki ağappax zolax yolu görürsən? Zəvvarlar gəlirdi, bizi yığıf aparırdılar, üç ay yol gedir-dih bax oraynan. O yolu tutuf gedərdih Məkkəyə. Ona görə ona Məkkə yolu deyillər.