Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 58,99 Kb.
səhifə9/12
tarix07.11.2022
ölçüsü58,99 Kb.
#119065
1   ...   4   5   6   7   8   9   10   11   12
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş

Göytəpə su anbarı — Azərbaycan Respublikasının cənub bölgəsində Cəlilabad rayonu ərazisində Göytəpəçayın məcrasında yerləşir.Su anbarının işçi layihəsi 1985-1986-cı illərdə tərtib olunmuş və tikintisinə başlanmışdır.1990-cı illərdə Azərbaycan Respublikasında çətin vaxtlar yaşanırdı, iqtisadiyyatın tənəzzül dövrü idi. Bununla əlaqədar olaraq su anbarının tikintisi yarımçıq qalmış, torpaq bəndin və qapalı suvarma şəbəkəsinin tikintisi qismən yerinə yetirilmişdir.Lakin sonrakı dövrlərdə (20 ildən sonra) Göytəpə su anbarının bərpasına böyük ehtiyac olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 01 fevral 33s saylı sərəncamına əsasən həmin obyektin layihələndirilməsinə və tikintisinə vəsait ayrılmışdır. Layihə sənədləri “Azdövsutəslayihə” institutu tərəfindən hazırlanmış və tikinti işləri 2010-cu ildə başa çatmışdır.30 aprel 2010-cu ildə tikintisi başa çatmış, Prezident İlham Əliyevin iştirakı ilə Göytəpə su anbarının açılış mərasimi keçirilmışdir.Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 550m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. Suvarılacaq sahə 500 hektardır.
Xanbulançay su anbarı — Azərbaycan Respublikasın Lənkəran rayonunda su anbarı. Çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə tikilmişdir.Anbarın ümumi həcmi 52 mln m³, sahəsi 3742253 m²-dir. Anbarın uzunluğu 4755 m, eni 2260 m- dir. Orta dərinliyi isə 18 m-dir. Anbara Bəşirçay tökülür. Anbardan axan çay isə Qamışevkadır.1976-cı ildə istismara verilmişdir.Ümumi su tutumu 52 mln m³-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə Azərbaycanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m³/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m³/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.
Sirab su anbarı — Naxçıvan Muxtar respublikasının Babək rayonu ərazisində, Naxçıvan şəhərindən şimal-şərqdə yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1979-cu ildə istismara verilmişdir. Su anbarı Naxçıvançaydan qidalanır. Bu çaydan su götürülərək kanal vasitəsi ilə su anbarına verilir.Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2650m və su anbarının ümumi həcmi 12.7mln.m³-dur. Suvarma sahəsi 2700ha-dır.

Yüklə 58,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin