Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Roma biremas. Prinestadakı Fortuna Primiqeniya məbədindən tapılmış barelyef (təqribən e.ə. 120-ci il)



Yüklə 6,76 Mb.
səhifə9/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   5   6   7   8   9   10   11   12   ...   87
Roma biremas. Prinestadakı Fortuna Primiqeniya məbədindən tapılmış barelyef (təqribən e.ə. 120-ci il)
Döyüş gəmilərinə nisbətən dar gövdələri səbəbiylə, yəni eni ilə uzunluğu arasındakı nisbətinin 1: 6 və ya daha çox olduğu üçün "uzun gəmilər" (naves rostrae ) deyilirdi. Onlar tarançılara və adi gəmilərə bölünürdü. Bu sırada nəqliyyat gəmilərini də xüsusi qeyd etmək lazımdır. Gəmilər açıq (naves apertae) və bağlı göyərtəli (naves constratae) olmasına görə fərqlənirdilər. Başqa bir fərq isə avarlarla təminat və avarçəkənlərin yrləşmdirilmə qaydasında idi. Bu baxımdan aşağıdakı gəmi tiplərinin olduğu məlumdur:

Uniremalar (yun. moneralar)

Biremalar (yun. Dieralar)

Tiremalar (yun. Trieralar)

Kvadriremalar (yun. Tetreralar)

Kvinkviremalar (yun. Penteralar)

Sekseralar (yun. Gekseralar) və s. (Зорич А., 2017a).

Artıq qeyd edildiyi kimi, yunan və Karfagen gəmilərindən daha böyük olan Roma gəmiləri bəzən gövdəsinə tunc lövhələr bərkidilməklə zirehli gəmiyə çevrilirdilər. Sökülüb-yığılan dor ağaclarına sahib idilər. Döyüş zamanı dor ağacları sökülər, yelkənlər isə yığılaraq və dürmələnərək xüsusi qılaflara qoyulardı. Döyüşdən öncə yandırıcı mərmilərdən qorunmaq məqsədilə gəminin gövdəsindən yaş öküz dərləri sərilərdi.

Gəmilər çox tez tikilirdi. Doğrudur, onların tikiləcəyi material əvvəlcədən hazırlanırdı, taxtaların da qurumasını bir müddət gözləmək lazım gəlirdi. Bütün bunlar hazır olduqdan sonra bir kvinkviremanın tikilməsi 40-60 gün vaxt aparırdı. A. Zoriçin fikrincə, I Pun savaşı zamanı (e.ə. 264-241) romalı gəmiqayıranlar qısa müddətdə mindən artıq gəmi hazırlayaraq ordunun istifadəsinə verməyi bacarmışdılar ki, onların Romaya 25-40 il xidmət etdiyini düşünmək olar (Зорич А., 2017b).



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin