Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Təkrar istehsalın iki növü vardır: sadə və geniş təkrar istehsal



Yüklə 0,65 Mb.
səhifə13/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   9   10   11   12   13   14   15   16   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Təkrar istehsalın iki növü vardır: sadə və geniş təkrar istehsal. Sadə təkrar istehsal zamanı istehsalın həcmi dəyişmir, istehsal əvvəlki miqyasda baş verir. Bu zaman yeni yaranmış əlavə dəyər bütövlükdə istehlak tələbatının ödənilməsinə sərf olunur.

Geniş təkrar istehsal zamanı istehsalın həcmi artır, genişlənir. Bu istehsal amillərinin kəmiyyətinin və keyfiyyətinin artması hesabına baş verir. Bu artımın maddi əsası yeni yaranmış dəyərdir. Yeni yaranmış dəyərin bir hissəsi yenidən istehsal amillərinin alınmasına, həm də əvvəlkindən çox miqdarda alınmasına yönəldilir və istehsala cəlb edilir.

Kapitalizmə qədərki cəmiyyətlərdə sadə təkrar istehsal olmuşdur. Kapitalizm geniş təkrar istehsal üçün yol açdı, iqtisadiyyat çox böyük sürətlə inkişaf etdi.

Sadə təkrar istehsal geniş təkrar istehsalın bir anıdır. İstehsal əvvəlki həcmdə bərpa olunmalıdır ki, onun bazasında genişlənə bilsin. Sadə təkrar istehsal olmasa geniş təkrar istehsal da olmaz.

Sadə və geniş təkrar istehsalın da hər birinə xas olan proporsiyalar vardır ki, onlar hökmən təmin olunmalıdır.

Bütövlükdə götürülən ictimai istehsalın iki bölmədən - I və II bölmə-lərdən, yəni istehsal vasitələri istehsal edən bölmə (I) və istehlak şeyləri istehsal edən bölmədən (II) ibarət olduğunun fərz edildiyi halda bu nisbətlər düzdür.

Sadə təkrar istehsalın baş verməsi üçün:

1. İstehsalın maddi amili olan istehsal vasitələri istehlak edilmiş istehsal vasitələrinin yerini doldurmalıdır, yəni ödəmə fonduna bərabər olmalıdır;

(C + V + m) = IC + IIC;

2. İstehsal edilmiş istehlak şeyləri bütün xalis məhsula bərabər olmalıdır;

(C + V + m) = I(V + m) + II(V + m);

3. Birinci bölmənin xalis məhsulu ikinci bölmənin ödəmə fonduna bərabər olmalıdır; I(V + m) = IIC.

Geniş təkrar istehsala xas olan proporsiyalar vardır. Belə ki, geniş təkrar istehsalın baş verməsi üçün cəmiyyətdə istehlak edildiyindən daha çox istehsal edilməlidir ki, cəmiyyətin həm istehlak tələbatlar ödənilsin və həm də geniş təkrar istehsalın baş verməsi üçün lazım olan qədər istehsal vasitələri olsun. Bunlar təkrar istehsalın baş verməsi üçün zəruri şərtlərdir. Lakin, hər dəfə istehsal vasitələri bərpa ediləndə və yenisi alınarkın elmin, texnikanın yeni nailiyyətləri nəzərə alınmalıdır.

Geniş miqyasda təkrar istehsalın baş verməsi üçün aşağıdakı proporsiyaların da olması zəruridir:

1. Yığımla istehlak arasında;

2. İstehsal vasitələri istehsalı ilə istehlak şeyləri istehsalı arasında;

3. İstehsal sferası ilə qeyri-istehsal sferası arasında;

4. Sənaye ilə kənd təsərrüfatı arasında;

5. İstehlak şeylərinin istehsalı ilə əhalinin pul gəlirləri arasında.

Bütün bu proporsiyalar istehsalın fasiləsizliyini təmin etməlidir.



İstənilən ölkənin qarşısına qoyduğu uzun müddətli vəzifələrdən biri uzun dövr üçün iqtisadi artıma nail olmaq, onun stabil və optimal tempinin saxlanılmasını stimullaşdırmaqdır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin