Müəllim tədris etdiyi fənni dərindən bilməklə yanaşı professionallıq baxımından əhəmiyyətli olan bir sıra keyfiyyətlərə də yiyələnməlidir. Müasir dövrdə şəxsiyyətin keyfiyyətlərini müəyyən edən çoxsaylı professioqramlar mövcuddur. Pedaqoji professioqramlara pedaqoqun təkcə pedaqoji-psixoloji deyil, həmçinin onun şəxsiyyətinin əxlaqi-etik keyfiyyətləri də daxil edilməlidir. Müəllimin əxlaqi-pedaqoji keyfiyyətlərinə bunlar daxildir:
müəllimin öz peşəsinə əxlaqi seçimi və münasibəti;
müəllimin şagirdlərə və pedaqoji prosesin digər iştirakçılarına əxlaqi münasibəti;
müəllimin sosial mühitə və ictimai həyata əxlaqi münasibəti.
Pedaqoqun professionallıq baxımından əhəmiyyətli şəxsi keyfiyyətləri bunlardır:
İntellektual parametrlər:
Pedaqoqların özləri isə belə hesab edirlər ki, müəllimin professional pedaqoji fəaliyyətinin əsas göstəricisi onun elmi fəaliyyəti və elmi nailiyyətidir.