Vaqif qasimov informasiya təhlükəsizliyinin əsasları Dərslik Azərbaycan Respublikası Milli Təhlükə­sizlik Nazirliyinin Heydər Əliyev adma Akademiyasının Elmi Şurasının 29 aprel 2009-cu IL tarixli iclasının qərarı ilə



Yüklə 0,6 Mb.
səhifə24/56
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#110356
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   56
Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az

S=Ek(T).

Sonra S şifrmətnini B abonentinə göndərir. Şifrinətni alan B abonenti k sekretinin köməyi ilə Ek funksiyasım inversiya edir və T ilkin məlumatım hesablayır.

T=Dk(S).

k sekreti yalnız B abonentinə məlum olduğu üçün S şifrmətnini ondan başqa heç kəs aça bilməz.

Qeyd olunmalıdır ki, effektivliyə və davamlılığa görə asimmetrik şifrləmə üsullarına nisbətən simmetrik şifrlə­mə üsulları üstünlüyə malikdir. Belə ki, eyni uzunluqlu açara görə simmetrik şifrləmə üsulları asimmetrik şifrləmə üsulları ilə müqayisədə daha sürətlə işləyir və məxfiliyi daha yüksək təmin edir. Ona görə də praktikada asimmet­rik şifrləmə üsulları müstəqil deyil, simmetrik şifrləmə üsulları ilə kompleksdə istifadə olunur.

Belə kompleks istifadəyə nümunə kimi aşağıdakı yanaşmanı göstərmək olar. Tutaq ki, Z2 - simmetrik şifr­ləmə alqoritmi, Z2 isə asimmetrik şifrləmə alqoritmidir. Onda məlumatların şifrlənməsini aşağıdakı kimi həyata keçirmək mümkündür.

  • Z7 alqoritmi üçün təsadüfi açarı generasiya edilir;

  • açarının köməyi ilə məlumatlar şifrlənir: s^z^rj^y

  • ki açarı Z2 alqoritmi vasitəsilə göndərənin ke açıq açarım istifadə etməklə şifrlənir: S" = zykx,ke);

-göndərilən şifrmətn S = cütlüyündən ibarət olur.

Burada ke açarı məlumat göndərilən tərəfin açıq aça­ndır. Alınmış S = (S'.S") şifrlənmiş məlumatın açılması üçün alan tərəf S" şifrmətninə görə açarını bərpa edir, onun köməyi ilə S' şifrmətnini açır və ilkin mətni bərpa edir, kj açarının uzunluğu məlumatın uzunluğuna nisbətən çox kiçik olduğuna görə bu cür şifrləmə sxeminin sürəti əhəmiyyətli dərəcədə yüksək olur.

  1. Əvəzetmə üsulları

Əvəzetmə üsulları özündə açıq mətnin fraqmentlərinin (ayrı-ayn simvollarının və ya bloklarının) şifrmətndə başqa simvollarla və bloklarla əvəz edilməsinə əsaslanır.

Ən sadə əvəzetmə üsulu birəlifbah əvəzetmə üsuludur. Bu üsulu çox vaxt sadə əvəzetmə adlandırırlar. Bu üsulda şifrləmə açan açıq mətnin T əlifbasının şifrmətnin S əlifbasına qarşılıqlı birqiymətli F inikasından ibarətdir.

F\T S .

Tutaq ki, qeyd olunmuş S və T əlifbalarında simvolların nömrələr aşağıdakı kimi təsbit olunmuşdur:

T = {tl,t2,...,tn}S = {sps2,...,5,,}.

Onda F inikası faktiki olaraq n - \T\ = [Sj ölçülü n yerdəyişməsi ilə verilir, n yerdəyişməsi şifrləmə zamanı açıq mətnin 57 simvolunu şifrmətnin simvolu ilə əvəz edir. Bu əvəzetmə ya cədvəllə, ya da hər hansı düsturun köməyi ilə verilə bilər. İkinci halda ır(i) parametrinin qiyməti z-dən asılı olan riyazi ifadə şəklində təqdim olunur.

Əvəzetmə üsullarına bariz nümunə kimi Sezar şifrini göstərmək olar. Bu şifrə əsasən açıq mətnin hər bir hərfi əlifbada ondan bir neçə (məsələn, 3) mövqe soma dayanan hərflə dəyişdirilir. Bu zaman əlifba dairəvi yazılmış hesab olunur, yəni mətndə əlifbanın sonuncu hərfləri rast gəlin­dikdə dairəvi prinsiplə əlifbanın əvvəlində olan hərflərlə əvəz olunur. Məsələn, Sezar şifrinə əsasən (sürüşmə - 3) “kriptoqrafiya” sözü “mtqşvrotçhqbç” şifrinə çevrilir.

Ümumi halda Sezar şifrini düstur şəklində də vermək olar. Bunun üçün əlifbanın hərfləri ardıcıl nömrələnir. Məsələn, Azərbaycan əlifbası üçün: a=0, b=l, c=2, ..., z=31. Onda Sezar əvəzetməsini aşağıdakı kimi yazmaq olar:

si = (fi + m°d 32,

burada - ilkin mətnin simvolunun nömrəsi, s, şifrmətnin müvafiq simvolunun nömrəsi, k - əlifbada sürüşməni (neçə mövqe sonrakı hərfin götürüləcəyini) göstərən sabit, “mod 32” isə 32-yə (32 - Azərbaycan əlifbasında olan simvolların sayıdır) bölmədə qalığın hesablanması əməliy­yatıdır. Burada şifrin açarı k ədədidir.

Yuxarıdakı nümunədə “t” hərfini şifrləmək üçün onun nömrəsinin (?,=16) üzərinə sürüşməni (k=3) əlavə edərək şifrmətndəki hərfin nömrəsini alırıq:


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin