Mühazirə Fənn: Politalogiya Müəllim Sərvərov Bəxtiyar



Yüklə 164,33 Kb.
səhifə32/39
tarix10.01.2022
ölçüsü164,33 Kb.
#107939
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
Fəal siyasi mədəniyyət sistemində cəmiyyət üzvləri nəinki hakimiyyətin fəaliyyəti ilə öz mənafeləri arasında əlaqəni dərk edir, habelə özünün siyasi sistemdə yerini və rolunu da yaxından anlayır. Buna görə də, fərdlər həm siyasi sistemə yüksək maraq nümayiş etdirir, həm də siyasi proseslərdə fəal iştirak etməyi zəruri hesab edir. Sadalanan üç xalis siyasi mədəniyyət tipini göstərməklə bərabər Q.Almond və S.Verba qeyd edirdilər ki, tarixdə heç bir siyasi mədəniyyət tipi xalis şəkildə mövcud ola bilməz. Bir qayda olaraq yuxarıda göstərilən siyasi mədəniyyətlərin qovuşmasından əmələ gələn qarışıq siyasi mədəniyyət tipləri real həyatda üstünlük təşkil edir. Bu baxımdan onlar siyasi mədəniyyətin aşağıdakı üç qarışıq tipini fərqləndirmişlər: 1) patriarxal-təbəəçi; 2) təbəəçi-fəal; 3) patriarxal-fəal.

Q.Almond və S.Verba tərəfindən siyasi mədəniyyətin təsnifatının əsasında insanların siyasi meyil və mövqelərində, hakimiyyəti qavraması və ona münasibətini ifadə etməsində özünü göstərən spesifiklik durur. Amerika Birləşmiş Ştatlarında və İngiltərədə mövcud olan siyasi mədəniyyət ən yüksək siyasi mədəniyyət tipi hesab edilir, çünki burada insanların fərdi azadlığı ilə siyasi sistemin sabitliyi arasında üzvi əlaqə qərarlaşmışdır. Siyasi sistemin fəaliyyətinin milli mənafelərin və fərdi mənafelərin maksimum nəzərə alınması istiqamətinə yönəlməsi siyasi təsisatarla fərdlər arasında qarşılıqlı anlamlıq halının meydana gəlib möhkəmlənməsinə səbəb olmuşdur. Obyektiv olaraq mövcud siyasi sistemin üzvləri, iştirakçıları olan insanlar özünün bu sistemə mənsub olduğunu dərk edir və qəbul edir. Eyni zamanda, özünün sistemə münasibətini onun səmərəli fəaliyyətinin həlledici şərti sayır. Fərdlərin milli mənsubluq hissi bütövlükdə siyasi sistemin, o cümlədən milli elitanın fəaliyyətini legitimləşdirir, dövlət hakimiyyətinin ümumxalq iradəsinin ifadəsi kimi çıxış etməsinin əsasın təşkil edir.

İngilis siyasi mədəniyyətinin əsas dəyərlərini Q.Almond və S.Verba aşağıdakılarda görürdülər: ümumi rifah və azadlıq naminə fəaliyyət göstərən hökumət, mərkəzləşmiş rəhbərlik, hökumətin fəaliyyətinin məhdudlaşdırılması, kollegiallıq, xalqın rifahı və cəmiyyətin sabitliyi. İngilis-amerikan siyasi mədəniyyətini səciyyələndirən cəhətlər sırasında onun homogenliyi (yekcinsliyi) xüsusi seçilir. Ümummilli məqsəd və mənafelərin həyata keçirilməsində cəmiyyətin başlıca ictimai-siyasi qüvvələrinin birliyi, siyasi fəaliyyətdə kompromis və konsensus ünsürlərinin üstünlüyü cəmiyyətin siyasi mədəniyyətinin homogenliyini təmin edir. Q.Almond və S.Verba ABŞ və İngiltərədən başqa digər inkişaf etmiş ölkələrdə qərarlaşmış siyasi mədəniyyəti "təbəəçilik mədəniyyəti" adlandırır. Siyasi mədəniyyətin bu tipini onlar Almaniya və İtaliyanın timsalında nəzərdən keçirirlər. Onların fikrincə, Almaniyanın siyasi mədəniyyətini aşağıdakı ünsürlər səciyyələndirir: 20-ci əsrdə iki dünya müharibəsinin səbəbkarı olmuş Almaniyada dərin kök salmış ifrat millətçilik və totalitarizm təkcə siyasi xarakter daşımır, həm də milli xarakter və sosial strukturun xüsusiyyətləri ilə əlaqədardır. Hazırda alman cəmiyyətində fərdlərin siyasi sistemə məxsusluğu hissində iki mühüm meyil seçilir: 1) siyasətə praqmatik baxış və siyasətə qarşı intensiv ikrah hissinin olmaması: insanlar hökumətin fəaliyyətinə və onun nəticələrinə maraq göstərirlər; 2) cəmiyyətdə hökumətə qarşı düşmənçilik və siyasi radikalizm səviyyəsi yüksək deyil, lakin siyasi sistemə məxsusluq hissi də güclü deyil.

İtaliyanın siyasi mədəniyyətinə gəldikdə, tədqiqatçılar aşağıdakı əlamətlərə xüsusi diqqət yetirirlər: siyasi fəaliyyətdə fraqmentçilik, təcridolunma, özgələşmə. Dinin dövlətin fəaliyyət sferalarından biri kimi qəbul edilməsi də burada siyasi mədəniyyətin xarakterinə güclü təsir göstərir. Q.Almond və S.Verba dünyanın qalan ölkələrini patriarxal siyasi mədəniyyətə xas olan qrupa aid edir. Həmin ölkələrin siyasi mədəniyyəti struktur differensiyasının zəif inkişaf etməsi, siyasi mənafelərin reallaşmasını təmin edən vasitələrin gizli xarakter daşıması, siyasi proseslərdə güc tətbiq edilməsi üsullarının üstünlük təşkil etməsi, fərdlərin siyasi sistemə məxsusluğu hissinin zəif inkişaf tapması və s. kimi cəhətlərlə diqqəti cəlb edir. Siyasi mədəniyyətin digər maraq doğuran təsnifatı Y.Vyatrın 1979-cu ildə çap olunmuş "Siyasi münasibətlərin sosiologiyası" kitabında təklif edilib. Bu təsnifatın əsasına tarixi inkişafın pillələrinə uyğun olaraq siyasi mədəniyyətdə baş verən dəyişikliklərin müqayisəli təhlili qoyulub. Buna görə də burada tarixin əvvəlki qatlarında siyasi sistemləri səciyyələndirən ayrı-ayrı ünsürlərin müasir siyasi sistemlərdə müşahidə edilən təzahürlərinə tutarlı cavab tapmaq çətindir. Bununla belə, Y.Vyatrın təsnifatı siyasi sistemlərin və siyasi mədəniyyətlərin tarixi təkamülünü şərh etmək baxımından diqqəti cəlb edir. Təklif olunan təsnifata görə, tarixən siyasi mədəniyyətin üç başlıca tipi mövcud olmuşdur: 1. Ənənəvi siyasi mədəniyyət; 2) silki demokratiya siyasi mədəniyyəti; 3) kütləvi siyasi mədəniyyət. Ənənəvi siyasi mədəniyyət aşağıdakı əlamətlərlə səciyyələnir: a) hakimiyyətin müqəddəsliyinin qəbul edilməsi; b) təbəələrin hüquqlarının və hakimiyyətin təbəələrə münasi bətdə səlahiyyətlərinin cəmiyyətin qoyduğu ənənəvi nor malarla niza - ma salınması prinsipinin qəbul edilməsi; c) siyasi sis temin və onun başlıca normalarının dəyişməzliyinin qəbul edilməsi. Ənənəvi si ya - si mədəniyyətin üç növ müxtəlifliyi fərqləndirilir:


1. Ənənəvi qəbilə siyasi mədəniyyəti. Bu siyasi mədəniyyətin fəaliyyət göstərdiyi siyasi sistemlərdə xalq toplantıları formasında idarəçilik, qəbilə başçısının səlahiyyətlərinin məhdudlaşdırılması, onun ağa kimi deyil, yüksək səlahiyyətli qəbilə üzvü kimi statusa malik olması başlıca cəhətlərdir.

2. Ənənəvi teokratik (dini) siyasi mədəniyyət. Siyasi mədəniyyətin bu növünə görə, hakimiyyət sahibi Allah və ya onun Yer üzərindəki elçisi hesab edilir. Onun hakimiyyətinin hüdudları Allahın iradəsinin dərəcəsi ilə müəyyən edilir. Y.Vyatrın fikrincə, teokratik siyasi mədəniyyət o xalqlara xasdır ki, onların dövlət sistemi peyğəmbərlər tərəfindən yaradılıb.

3. Ənənəvi despotik siyasi mədəniyyət. Təbəələrin hökmdara münasibəti onun heç nə ilə məhdudlaşdırılmayan hakimiyyətinin mütləq mənada qəbul edilməsinə əsaslanır. Başqa sözlə, bu siyasi sistemdə hökmdar bütün təbəələrin başının ağası sayılır.

Ənənəvi siyasi mədəniyyətin göstərilən üç növ müxtəlifliyi müxtəlif kombinasiyalarda birləşərək konkret siyasi mədəniyyəti və siyasi sistemi formalaşdırır. Yəni, ənənəvi qəbilə mədəniyyətində teokratik və despotik siyasi mədəniyyət ünsürlərinə rast gəlinir və əksinə.

Tarixin inkişafının sonrakı pilləsində meydana gələn siyasi mədəniyyəti Y.Vyatr silki demokratiyanın siyasi mədəniyyəti adlandırır. Siyasi mədəniyyətin bu tipi onunla səciyyələnir ki, əhalinin hüquq və azadlıqları inkişaf tapmadığından, insanların böyük hissəsi siyasi sistemdə iştirakdan da təcrid olunmuşdu. Siyasi sistem əsas etibarilə azlığın siyasi iştirakçılığına təminat verirdi və bu azlığı da bir qayda olaraq imtiyazlı silklər təşkil edirdi. Silki demokratiya siyasi mədəniyyəti orta əsrlər dövrünə təsadüf edir və feodal münasibətləri dövrünün xronoloji pillələri onun ayrı-ayrı növ müxtəlifliklərində əksini tapır. Bu baxımdan, silki demokratiyanın iki əsas növ müxtəlifliyi göstərilir. Birincisi, antik Yunan şəhərlərində, Roma respublikasında və orta əsrlərin bəzi italyan şəhərlərində qərar tapmış patris siyasi mədəniyyəti. İkincisi, son orta əsrlərdə və yeni tarixin ilk dövrlərində özünü göstərən zadəgan siyasi mədəniyyəti. Antik dövrün və son orta əsrlərin siyasi sistemlərinin fəaliyyətində həlledici rol oynayan və onların spesifikliyini yaradan amillər bu iki siyasi mədəniyyət növlərinin birbirindən fərqinin əsasını təşkil edir. Antik dövrdə şəhər demokratiyasının xüsusiyyəti siyasi sistemdə əhalinin geniş təbəqələrinin iştirakçılığını həm nəzərdə tutur, həm də təmin edirdi ki, bu da müvafiq surətdə cəmiyyətin siyasi mədəniyyətinin xüsusi yönümünü və fərqləndirici əlamətlərini ortaya gətirmiş oldu. Antik dövrün siyasi sistemindən fərqli olaraq orta əsrlərin siyasi sistemləri imtiyazlı təbəqələrin idarəçiliyinə təminat verən təsisatlar, norma və dəyərlər yaradaraq siyasi mədəniyyətin yeni növünü meydana gətirdi. Siyasi mədəniyyətin bu növünün əsaslandığı norma və dəyərlər mahiyyət etibarilə silki demokratiya prinsiplərinin qərar tapıb inkişaf etməsinə səbəb olmuşdur.

Yeni dövrün siyasi mədəniyyətini Y.Vyatr kütləvi siyasi mədəniyyət adlandırır. Onun meydana gəlməsi siyasi sistemin fəaliyyət metod və prinsiplərində, habelə insanların siyasi sistemə, siyasi iştirakçılığa münasibətlərində baş verən əhəmiyyətli dəyişikliklərlə əlaqədardır. Əhalinin siyasi proseslərdə iştirakının genişlənməsi, bütün xalqın siyasi proseslərin subyektinə çevrilməsi hər bir fərdin siyasi mövqeyinin formalaşmasını, siyasi dəyərləri və normaları mənimsəməsini nəzərdə tutur ki, bu da nəticə etibarilə siyasi mədəniyyətə kütləvi xarakter verir.

Kütləvi siyasi mədəniyyət çərçivəsində demokratik və avtokratik siyasi mədəniyyət növləri seçilir. Siyasi mədəniyyətin demokratik növünü səciyyələndirən cəhətlər aşağıdakılardır: vətən - daşların yüksək siyasi iştirakçılığı, onların siyasi sistemə cəlb edil - məsi, insanların hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyət üzvləri nin hökumətin fəaliyyətinə nəzarət edə bilmək imkanlarının mövcudluğu, siyasi plüralizmin, azadfikirliliyin müdafiə edilməsi və s.

Kütləvi siyasi mədəniyyətin bu növü iki formada təzahür edir: 1) mühafizəkar-liberal və 2) liberal-demokratik siyasi mə dəniyyət.




Yüklə 164,33 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin