Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə4/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   112
BİRİNCİ BÖLMƏ
AVTOMOBİLLƏRİN İSTEHSAL TEXNOLOGİYASININ

ƏSASLARI
MÖVZU 1. İstehsal və texnoloji proseslər
Əvvəlcə texnologiya sozünə aydınlıq gətirək.

Texnologiya nədir?

Texnologiya - istehsal (sənaye) haqqında elmə deyilir.

Avtomobil sənayesi ən müasir və inkişaf etmiş texnologiya ilə səciyyələnir.



İstehsal prosesi.

Müəssisədə istehsal və ya təmir edilən (buraxılan) məhsulun hazırlanmasında iştirak edən istehsal işçilərinin və istehsal vasitələrinin bütün hərəkətlərinin - təsirlərinin məcmuuna istehsal prosesi deyilir.

İstehsal prosesi elə həhərəkətlərin (təsirlərin) cəminə deyilir ki, onun nəticəsində zavoda daxil olan xammal və ya yarımfabrikatlar hazır məhsula-məmulata çevrilir.

Məmulat - təyinatına uyğun gələn istehsal predmetinə deyilir.

İstehsal prosesinə aşağıdakılar daxildir.

- İstehsalın planlaşdırılması, təşkili və hazırlanması;

- Material və yarımfabrikatların alınması və saxlanması;

- Müştərək zavodlardan hissə, düyün, və aqreqatların alınması;

- Pəstahların alınması;

- Maşın hissələrinin hazırlanmasının bütün mərhələləri;

- Düyün və məmulatların yığılması;

- İstehsalın bütün mərhələlərində istehsal obyektlərinin nəql edilməsi;

- Texniki nəzarət və sınaq;

- Qablaşdırma, saxlanma və digər əməliyyatlar.

Avtomobil istehsalı zavodlarında istehsal prosesi avtomobilin hazırlanmasının bütün mərhələlərini əhatə edir. Ümumi halda avtomobilin istehsal mərhələlərinə: pəstahların hazırlanması və ya alınması,onların mexaniki və termiki emalı, düyün aqreqatların yığılması, avtomobilin ümumi yığılması, sinağı, rənglənməsi və s. aid edilir.

Avtomobil zavodlarinin sexləri işin xarakterindən asılı olaraq üç qrupa bölünür:

- pəstah hazırlayan;

- emal etmə;

- köməkçi sexlər.

Pəstah hazırlayan və emal edən sexlər əsas istehsal sexləri adlanır. Onlara daxildir: tökmə, dəmirçi, termiki, mexaniki emal, yığma və s. köməkçi sexlərə isə: model hazırlama, təmir-mexaniki,alət və s. aid edilir. Daha ətraflı ədəbiyyatda (1) verilir.

Köməkçi sexlər zavodun əsas məhsulunun hazırlanmasında bilavasitə iştirak etmir. Onlarin vəzifəsi zavodun əsas istehsal sexlərinin normal, keyfiyyətli və fasiləsiz işini təmin etməkdir.

Alət sexində zavoda lazım olan alət və tərtibatlar hazırlanır və təmir edilir. Baş mexaniki şöbənin vəzifəsi isə xüsusi dəzgah və avadanlığın hazırlanması, on-ların normal işləməsini, digər köməkçi təsərrüfatın tam fəaliyyətini təmin etməkdir.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin