Müqəddİmə Bir neçə zəruri xatırlatma


Səcdeyi-səhvin vacib olduğu hallar



Yüklə 9,34 Mb.
səhifə32/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

Səcdeyi-səhvin vacib olduğu hallar


Məsələ 1099: Vacib ehtiyata əsasən, bir neçə halda namazdan sonra səcdeyi-səhv yerinə yetirilir. Həmin hallarla tanış olaq:

1. Yersiz söz; namaz qılan şəxs namazı bitirdiyini güman edərək səhvən bir söz deyir.

2. Yersiz salam; məsələn, dörd rəkətlik namazın ikinci rəkətində salam deyir.

3. Səcdə yaddan çıxdıqda;

4. Təşəhhüd yaddan çıxdıqda;

5. Ayağa qalxmaq əvəzinə səhvən oturduqda və ya oturmaq əvəzinə ayağa qalxdıqda;

6. İkinci rəkətdən sonra dördüncü və ya beşinci rəkət olması ilə bağlı şəkk yarandıqda vacibdir ki, namazı bitirib iki səcdeyi-səhv yerinə yetirsin. Əlavə artırma-əskiltmə olduqda səcdeyi-səhv yerinə yetirmək müstəhəbdir.

Səcdeyi-səhvin hökmləri


Məsələ 1100: Səhv deyilmiş sözü yenidən düzgün təkrarladıqda səcdeyi-səhv lazım deyil.

Məsələ 1101: Əgər namazda bir neçə söz və ya bir neçə cümlə deməklə namaz qılan halından xaric olarsa, bütün bunlara görə iki səcdeyi-səhv yerinə yetirmək kifayatdir.

Məsələ 1102: Əgər səhvən “Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” deyərsə, səcdeyi-səhv vacib yox, müstəhəb olur. Amma əgər o biri iki salamdan bir qədər deyərsə, vacib ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin. Əgər hər üç salamı salam verilməyən yerdə səhvən deyərsə, bütün bunlara görə iki səcdeyi-səhv bəs edir.

Məsələ 1103: Əgər vacib səcdeyi-səhvi namazın salamından sonra bilərəkdən yerinə yetirməzsə, günaha yol verib və tez bir zamanda onu yerinə yetirməlidir. Amma namazı batil deyil.

Məsələ 1104: Əgər səcdeyi-səhvi zəruri edən bir iş görüb-görmədiyinə şəkk edərsə, heç nə vacib olmur. Əgər iki və ya dörd səcdeyi-səhv yerinə yetirməli olduğuna şübhə edərsə, iki səcdeyi-səhv etməsi bəsdir.

Səcdeyi-səhvin qaydası


Məsələ 1105: Səcdeyi-səhv aşağıdakı qaydada yerinə yetirilir: Namazdan sonra dərhal səcdeyi-səhv niyyət olunur və sonra səcdəyə gedərək deyilir: “Bismillahi və billahi əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” sonra başını səcdədən qaldırıb oturur və yenidən səcdəyə gedib həmin zikri deyir. İkinci səcdədən başını qaldırıb təşəhhüd və salam söyləyir. Ehtiyat budur ki, təşəhhüdün vacib miqdarı və son salamla kifayatlənsin.

Məsələ 1106: Səcdeyi-səhv üzü qibləyə, dəstəmaz və təharətli halda yerinə yetirilməlidir. Alın səcdənin düzgün sayıldığı şeyə qoyulmalıdır.

Yaddan çıxmış səcdə və təşəhhüdün qəzası


Məsələ 1107: Əgər bir şəxs namazın bir neçə səcdəsini unudarsa namazdan sonra onların qəzasını yerinə yetirməlidir. (Əlbəttə ki, bir rəkətin iki səcdəsini yaddan çıxarmaq namazı batil edir.) Təşəhhüd yaddan çıxdıqda namazdan sonra dərhal onun qəzasını yerinə yetirmək lazımdır. Yaddan çıxmış səcdə və təşəhhüdün qəzasından əlavə onların hər biri üçün vacib ehtiyata əsasən, iki səcdeyi-səhv yerinə yetirilir. (Öncə deyildiyi kimi, səcdeyi-səhvin təşəhhüdü yaddan çıxmış təşəhhüd üçün bəs edir.)

Məsələ 1108: Yaddan çıxmış səcdə və təşəhhüdün qəzasını yerinə yetirərkən namazın təharət, qiblə və başqa şərtləri ödənməlidir. Bu qəzalar namazdan dərhal sonra yerinə yetirilir.

Məsələ 1109: Əgər bir səcdə və təşəhhüd yaddan çıxmışsa, vacib ehtiyat budur ki, hansını əvvəl unudubsa onun da qəzasını birinci yerinə yetirsin. Əgər hansı birini öncə unutduğunu bilməsə, ehtiyat budur ki, əvvəlcə bir səcdə və bir təşəhhüdün qəzasını, sonra bir təşəhhüd və bir səcdənin qəzasını yerinə yetirsin.

Məsələ 1110: Əgər namazdan sonra onun formasını pozan və ya onu batil edən bir iş görərsə (məsələn, qiblədən çıxarsa) səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra vacib ehtiyata əsasən, namazını təzələməlidir. Əgər səcdeyi-səhvə səbəb olan bir iş görərsə, səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra, ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1111: Əgər şəkk yaranarsa ki, səcdə və ya təşəhhüd unudulub, yoxsa yox, onların qəzasını yerinə yetirmək vacib deyil. Əgər birini unutduğuna əmindirsə və hansı birini unutduğunu bilmirsə, hər ikisinin qəzasını yerinə yetirməlidir. İstənilən birinin qəzasını əvvəlcə yerinə yetirə bilər.

Məsələ 1112: Əgər səcdə və ya təşəhhüdün qəzasından əlavə səcdeyi-səhv yerinə yetirməlidirsə, namazdan sonra əvvəlcə səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirməli, sonra səcdeyi-səhv etməlidir.

Məsələ 1113: Əgər şəkk yaransa ki, yaddan çıxmış səcdə və ya təşəhhüdün qəzasını namazdan dərhal sonra yerinə yetirib yoxsa yox, nə qədər ki, namazın vaxtı qurtarmayıb səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirsin. Əgər vaxt keçərsə, vacib ehtiyat budur ki, onun qəzasını yerinə yetirsin. Bu halda namazı düzgündür.

Məsələ 1114: Səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirmək üçün namazdan sonra niyyət edilir, sonra həmin səcdə və ya təşəhhüd “Allahu əkbər” və başqa bir şey deyilmədən yerinə yetirilir. Sonradan ehtiyata əsasən səcdeyi-səhv də edilir.

Namazın hissə və şərtlərinin dəyişməsi


Məsələ 1115: Əgər bir şəxs bilərəkdən namazın vacib hissə və şərtlərini artırıb-əskildərsə, namazı batildir. Məsələni bilmədiyindən rüknlərdə dəyişiklik edərsə namaz batil olur. Dəyişiklik rükndən olmazsa namaz düzgündür. Bir şərtlə ki, həmin şəxs məsələni öyrənmək imkanına malik olmasın. (“Cahili-qasir”)

Məsələ 1116: Əgər bilmədən namazın hər hansı hissə və ya şərti artırılıb-əskildilərsə, bu dəyişiklik rükndə baş verdikdə namaz batildir. Əgər dəyişilən rükn deyilsə, namaz düzgündür. Dəstəmaz və qüsl kimi şərtlər yerinə yetirilməzsə namaz batildir və bunun bilərəkdən, ya səhvən baş verməsinin fərqi yoxdur.

Məsələ 1117: Əgər namazın salamından öncə xatırlayarsa ki, namazın sonunda bir rəkət və ya daha artıq qılmayıb, onu yerinə yetirməlidir. Bu halda namazı düzgündür. Əgər namazın salamından sonra xatırlayarsa, bilərəkdən və ya səhvən namazı pozan bir iş görərsə (məsələn, qiblədən çıxarsa) namazı batildir. Namazı batil edən bir iş görməzsə, dərhal yaddan çıxmış rəkəti yerinə yetirir və namazı düzgündür. Vacib ehtiyat budur ki, yersiz salama görə səcdeyi-səhv də etsin.

Məsələ 1118: Əgər namazı vaxtından öncə və ya arxası qibləyə qıldığını bilərsə, onu təzələməlidir. Əgər namazın vaxtı keçərsə onun qəzasını yerinə yetirməlidir. Amma bilmədən namazı sağ və ya sol tərəfə dayanaraq qılarsa namaz batil deyil.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin