Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə73/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   69   70   71   72   73   74   75   76   ...   113

● Ayə 29-30:


﴿وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي﴾

Ailəmdən mənim üçün bir vəzir qərar verqardaşım Harunu.”



● Ayə 31-32:


﴿اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي﴾

Onunla arxamı möhkəmləndir, onu işimə şərik et.”



● Ayə 33-34:


﴿كَيْ نُسَبِّحَكَ كَثِيرًا وَنَذْكُرَكَ كَثِيرًا﴾

Beləcə, Səni çox pak anaq, çox zikr edək.”



Nöqtələr


“Vizr” sözündən olan “vəzir” sözü ağır yük mənasını bildirir. Başqa birinin də məsuliyyət yükünü öhdəsinə götürən şəxs “vəzir” adlanır. “Əzri” dedikdə “mənim arxam” mənası anlaşılır.

Təfsirlərdə deyilir ki, İslam Peyğəmbəri (s) bu ayələri dəfələrlə oxuyar və buyurardı: “Pərvərdigara! Mən də Musa kimi öz əhlimdən vəzir istəyirəm.”1

Həzrət Musa vəhyin qəbulu üçün çətinlik çəkmirdi. O yalnız peyğəmbərlik məsuliyyətinin və təbliğin ağırlığından vəzir istəyirdi.

Harun Musadan 3 yaş böyük idi. O, Musadan 3 il tez dünyasını dəyişdi.2 Bütün sonrakı peyğəmbərlər Harun nəslindəndir.

Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: ”Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.” “Mənzilət” hədisi adlanan bu hədis 100 dəfə sünnə, 70 dəfə şiə əhli tərəfindən nəql olunmuşdur.”

İnsanın xalqdan kömək istəməsi onun Allaha təvəkkülü ilə zidd deyil və şirk sayılmır. Quranda dəfələrlə qarşılıqlı yardım məsələsinə toxunulur. “Maidə” surəsinin 2-ci ayəsində buyurulur: “Xeyir işdə bir-birinizə yardım göstərin.” Həzrət İsa (ə) buyurdu: “Allaha doğru hərəkətdə yardımçım kimdir?”3 Başqa bir yerdə peyğəmbərə cavab olaraq Allah buyurdu: ”Allah və ardınca gələn möminlər sənə bəs edər.”4 Zül-Qərneyn də sədd tikərkən xalqdan yardım istədi.5 Hazırkı əhvalatda da həzrət Musa dinin təbliğində kömək üçün Allahdan layiqli insan istəyir.


Bildirişlər


1. Firon kimi zalım güclə təkbaşına mübarizə aparmaq mümkün deyil.

2. İş mühümləşdikcə vəzir seçimi də həssas məsələyə çevrilir. Musa üçün vəziri Allah təyin etməli idi.

3. İnsanın yardımçısı onun öz əhlindən olsa daha yaxşıdır. (Əlbəttə ki, yaxınlar arasında əgər ləyaqətli şəxs varsa.)

4. Rəhbərlik və müdriyyət bir şəxsdə cəmlənməlidir. Başqaları isə onunla həmkarlıq etməlidir.

5. Həmkarlıq irəliləyiş səbəbidir.

6. Zalım qüvvələrlə mübarizə fəzasında təsbih və zikr gerçək olur.

7. Hakimiyyət və qüdrət fəlsəfəsi cəmiyyətdə mənəviyyatın bərpasıdır.

8. Peyğəmbərlərin vəzifəsi şirk, şəkk-şübhə və xurafatların qarşısını almaqdır.

9. Böyük məsuliyyət çoxlu təsbih və zikr tələb edir.

10. Öncə Allahı istənilən eyb və nöqsandan pak bilək, sonra zikr və şükürlə məşğul olaq.

11. Yalnız ardıcıl zikr dəyərlidir. Təhlükə zamanı hamı Allahı yada salır.

● Ayə 35:


﴿إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا﴾

(Pərvərdigara,) həqiqətən, Sən bizim halımızdan daim agahsan görürsən.”



● Ayə 36:


﴿قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَى﴾

(Allah) buyurdu: ”Ey Musa! İstədiyin sənə verildi.”



● Ayə 37:


﴿وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَى﴾

Həqiqətən, Biz növbəti dəfə sənə minnət qoyduq (səni Öz nemətlərimizdən bəhrələndirdik.)”



Bildirişlər


1. Peyğəmbərlər özlərini daim Allahın hüzurunda görürlər və Onun məsləhətindən razıdırlar.

2. Allah hər şeydən xəbərdar olsa da, Ona dua etmək bəyənilmişdir.

3. Əgər istək düzgün, dua xalisanə (səmimi) olsa, onların qəbulu qətidir.

4. Allahın ətası hikmət və bəsirətə əsaslanır.

5. Bir şəxsə müəyyən iş tapşırdıqda onu tələb olunan vasitələrlə təmin edək.

6. İlahi nemətlər insanların ləyaqəti yox, Allahın mərhəməti əsasında nazil olur.

7. Allahın lütflərini heç vaxt yaddan çıxarmayaq.

● Ayə 38:


﴿إِذْ أَوْحَيْنَا إِلَى أُمِّكَ مَا يُوحَى﴾

(Nemətə çatdırdıq,) o zaman ki, anana lazım olanı vəhy etdik.”



● Ayə 39:


﴿أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّي وَعَدُوٌّ لَّهُ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّي وَلِتُصْنَعَ عَلَى عَيْنِي﴾

(Ona belə vəhy etdik:) Öz körpəni bir sandığa qoy, sonra onu dəryaya at. Qoy dərya onu sahilə çıxarsın. Mənim onun düşməni onu götürsün. (Ey Musa,) Mən Öz tərəfimdən sənin üçün məhəbbət yetirdim ki, (səni sevələr ) Mənim nəzərim altda ərsəyə çatasan.”



Nöqtələr


Ayədə vəhy deyərkən ilham, təlqin nəzərdə tutulur. Şübhəsiz ki, söhbət peyğəmbərlərə məxsus vəhydən getmir. Çünki risalət kişilərə məxsusdur.1

“Tabut” dedikdə sandıq, “yəmm” dedikdə dərya nəzərdə tutulur. “Yəmm” sözü Quranda səkkiz dəfə və hər dəfə həzrət Musanın əhvalatı ilə bağlı işlədilmişdir.

Bu gün sənət sözü yalnız istehsalla bağlı işlədilirsə, Quran insan tərbiyəsi ilə bağlı da uyğun sözdən istifadə edir.

Allah bir işin gerçəkləşməsini istəyən kimi, onun bütün müqəddimələri hazır olur. Musanın hifzi üçün onun anasına ilham edilir ki, övladını dəryaya atsın. Dəryaya əmr olunur ki, sandığı sahilə çıxarsın. İş bununla başa çatmır. Düşmənə sandığı götürmək təlqin olunur, həm də körpənin məhəbbəti onun qəlbinə salınır.

İmam Baqir (ə) buyurur: “Allah xalqın qəlbində Musaya elə bir məhəbbət yaratmışdı ki, onu görən dərhal sevirdi.2

Dünya bağlılıqlarında və dostluqlarından qurtuluş kamilliyə çatmaq rəmzidir. O cümlədən:

a) Özünə əsir olmamaq (İbrahim oda atılmasına razı oldu.);

b) Zövcəyə əsir olmamaq (İbrahim öz zövcəsini otsuz-susuz Məkkədə qoyub getdi.);

v) Övlada əsir olmamaq (Musanın anası öz körpəsini dəryaya atdı; İbrahim İsmaili qurban verməklə razılaşdı.);

q) Şəhvət əsiri olmamaq (Yusif Əzizi-Misrin zövcəsinin işrət təklifini rədd etdi.);

e) Yuxu əsiri olmamaq (Gecə yarı namazın savabını Allahdan başqa kimsə bilmir.);1


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin