Əmək mühafizəsi
36
peşə xəstəliyi olarsa, xəstəliyin səbəbinin iş yer olduğu mütləq
göstərilməlidir.
Xəstəlik nəticəsində şəxslər əmək qabiliyyətini qismən itirə
bilərlər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən,
xəstə 3, 6 ay və ya 1 il müddətində əməkhaqqı olduğu kimi
saxlanılmaqla
peşəsindən
uzaqlaşdırılır.
Uzaqlaşdırılan
müddətdə həmin şəxsin müalicə və profilaktika işləri aparılır.
MüalicəSİ yaxşı effect verən xəstə uzaqlaşdırılma müddəti başa
çatdıqdan sonra əvvəlki vəzifəsinə geri qaytarılır. Əks halda isə
xəstənin əmək qabiliyyətini itirmə dərəcəsi müəyyən edilərək
ona uyğun sosial yardım müəyyən edilir.
İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas
səbəblərini aşağıdakı altı qruppa ayırmaq olar:
1)
texniki səbəblər:
- texnoloji proseslərin qeyri mükəmməlliyi;
- maşın və mexanizmlərin, avadanlığın, təchizat və alətlərin
konstruktiv nöqsanları;
- çəpərlərin, qoruyucu qurğuların siqnal və bloklama
vasitələrinin qeyri-mükəmməlliliyi, nasazlığı;
- ağır və təhlükəli işlərin lazımi qədər mexanikləşdirilməməsi;
-
material
və
konstruksiyaların qüsurları, maşınlarda
gözlənilmədən alınan qüsurlar və s.
2) təşkilati səbəblər:
- istehsalat işlərinin düzgün təşkil edilməməsi;
- əmək intizamı qaydalarının pozulması;
- işçilərə əmək mühifizəsi qaydalarının və öyrətmələrinin
düzgün aparılmaması;
- avadanlıq və alətlərin istismar qaydalaranın pozulması;
- işçilərin fərdi mühafizə vasitələri ilə kifayət qədər təmin
edilməməsi; iş yerinin təşkilində nöqsanlar və.s.
3) sanitar gigiyenik səbəblər:
Əmək mühafizəsi
37
- iş zonasının havasında zərərli qarışıqların qatılığının
buraxılabilən həddən artıq olması; əlverişsiz işıqlandırma, səs-
küy və titrəyişlər; qeyri normal meteroloji şərait;
- şəxsi gigiyena qaydalarının pozulması, ventilyasiya
sistemində qüsurların olması.
4) psixofizioloji səbəblər:
- yorğunluq, diqqətsizlik, yaddaşın zəifləməsi, gözlənilmədən
keçirilən
fizioloji
hallar,
orqanizmdəki
qüsur
və
çatışmamazlıqlar və.s.
5) yanğın səbəbləri:
- yanğın təhlükəsizliyi qaydalarının pozulması; yanğından
təhlükəli materialların saxlanılması qaydalarının pozulması;
materialların öz-özünə alışması; texnoloji proseslərdə yanğın
təhlükəsizliyi rejiminin pozulması.
6) maddi səbəblər:
- təbii fəlakətlərin (məsələn, sel,zəlzələ, ildırım vurması,
körpünün uçması və .s) İstehsalatda baş verən bədbəxt
hadisələrin qarşısını almaq məqsədilə aşağıdakı tədbirlərin
görülməsi və həyata keçirilməsi lazımdır:
- İşçilərin müvafiq qaydada təlimatlandırılması
- Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş
üsullarının öyrədilməsi.
- Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin
hasarlanmasının təşkili.
- İş yerlərində fırlanan hissələrin olması ilə əlaqədar yerlərdə
mühafizə örtüklərinin və çəpərləmənin qoyulması
- Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat
vasitələrindən (plakatlardan, yazılardan) istifadə etmək.
- Fərdi mühafizə vasitələrindən və qoruyucu ləvazimatlardan
istifadə etmək.
- Avtomatik açma qurğularından, siqnal sistemindən və
uzaqdan işarə vasitələrindən istifadə etmək.
|