Əmək mühafizəsi
37
- iş zonasının havasında zərərli qarışıqların qatılığının
buraxılabilən həddən artıq olması; əlverişsiz işıqlandırma, səs-
küy və titrəyişlər; qeyri normal meteroloji şərait;
- şəxsi gigiyena qaydalarının pozulması, ventilyasiya
sistemində qüsurların olması.
4) psixofizioloji səbəblər:
- yorğunluq, diqqətsizlik, yaddaşın
zəifləməsi, gözlənilmədən
keçirilən
fizioloji
hallar,
orqanizmdəki
qüsur
və
çatışmamazlıqlar və.s.
5) yanğın səbəbləri:
- yanğın təhlükəsizliyi qaydalarının pozulması; yanğından
təhlükəli materialların saxlanılması qaydalarının pozulması;
materialların öz-özünə alışması; texnoloji proseslərdə yanğın
təhlükəsizliyi rejiminin pozulması.
6) maddi səbəblər:
- təbii fəlakətlərin (məsələn, sel,zəlzələ, ildırım vurması,
körpünün uçması və .s) İstehsalatda baş verən bədbəxt
hadisələrin qarşısını almaq məqsədilə aşağıdakı
tədbirlərin
görülməsi və həyata keçirilməsi lazımdır:
- İşçilərin müvafiq qaydada təlimatlandırılması
- Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş
üsullarının öyrədilməsi.
- Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin
hasarlanmasının təşkili.
- İş yerlərində fırlanan hissələrin olması
ilə əlaqədar yerlərdə
mühafizə örtüklərinin və çəpərləmənin qoyulması
- Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat
vasitələrindən (plakatlardan, yazılardan) istifadə etmək.
- Fərdi mühafizə vasitələrindən və qoruyucu ləvazimatlardan
istifadə etmək.
- Avtomatik açma qurğularından,
siqnal sistemindən və
uzaqdan işarə vasitələrindən istifadə etmək.