Sual və tapşırıqlar:
1.Gigiyena nədir? 2. Əməyin gigiyenasının əsasları
hansılardır? 3. İstehsalat sanitariyası nədir? 4.
İstehsalat binasında hansı məişət otaqları var?
§ 6. İSTEHSALAT ZƏDƏLƏNMƏLƏRİ VƏ PEŞƏ
XƏSTƏLİKLƏRİ
Hansı peşə ilə məşğul olmağından asılı olmayaraq insan
daim özünü mütləq şəkildə həm stress, həm də tutula biləcəyi
xəstəliklərdən
qorumalıdır.
Bütün
sahə
adamlarına
sağlamlıqları üçün diqqət lazım olsa da, bəzi sahələrin işçiləri
müəyyən risk qrupuna daxil edilir və onlar xüsusi diqqətə
ehtiyac duyurlar.
Baxmayaraq ki, istahsalatda başına gələn hər hansısa
xoşagəlməz hallardan və peşə xəstəliklərindən hər bir işçi
sığortalanır və belə hallar baş verərsə, birbaşa işəgötürənlər
cavandeh şəxs hesab olunurlar. Lakin maddi qarşılığı ödəmək
işçiyə hər zaman öz sağlamlığını geri qaytarmır. Buna görə də
müxtəlif peşə sahibləri özləri öz sağlamlıqlarının keşiyində
durmalıdırlar. Mütəxəssislər qeyd edirlər ki, müəyyən peşələr
üzrə əmək qabiliyyətinin itirilməsindən qorunmaq üçün xüsusi
qoruyucu vasitələrdən istifadə mütləqdir.
Ölkəmizdə peşə xəstəliklərinin siyahısı Nazirlər Kabinetinin
14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilib.
Əmək mühafizəsi
32
Müəyyən peşələrlə məşğul olan insanlar üçün stress də
qaçınılmazdır. 2005-ci ildən etibarən Ümumdünya Əmək
Təşkilatı stress amillərinin törətdiyi fəsadları peşə xəstəlikləri
sırasına daxil edib. Lakin hazırda Azərbaycanda peşəsi ilə
məşğul olan şəxslərin stress amilləri peşə xəstəlikləri kimi
qəbul edilmir. Günümüzdə isə peşə stresləri ilə üzləşmədiyimiz
bir sahə yoxdur.
Xərçəng yaradaraq ölümə səbəb olan fərqli faktorlar
dünyanın müxtəlif bölgələrində dəyişikliklər törədirlər. Ancaq
xərçəngin meydana gəlməsində qidalanma, sosial həyat, peşə
təsiri, iqlim və genetik faktorların rolunun olduğu da danılmaz
faktdır.
Son illərdə aparılan araşdırmalar nəticəsində ətrafımızda çox
sayda konservant maddələrin olduğu təsdiq edilib. Ekoloji
konservantların tipik nümunəsi isə sənaye konservantlarıdır.
Artıq insanlarda meydana gələn xərçəng kütlələrinin 5-10%-
i məhz peşə xəstəliyi siyahısına daxil edilir.
Beynəlxalq Xərçəngi Araşdırma Agentliyinin hesabatlarına
görə, bu günə qədər orqanizmdə xərçəng yaratdığı təsdiq
olunan ən az 30 maddə ya da faktor var. Bunlara misal kimi
nikel, xrom, asbest, benzin, ionlaşdırıcı radiasiya və s.
göstərmək olar. Bu maddələr arasında nikelin xərçəngə səbəb
olması barədə bilgələrə son illərdə aydınlıq gətirilib.
Günümüzdə bu təhlükəli maddələrlə hər gün iş başında qarşı-
qarşıya gələn insanlar vardır ki, onların bu səbəblərlə xərçəngə
yoluxması peşə xəstəliyi hesab olunur.
Peşənin bir neçə hallarda xərçəng əmələ gətirməsi
mövzusunda son illərdə maraq çəkən nüanslardan biri də həmin
peşə adamının yaxınlarında da xərçəng riskinin yüksək
olmasıdır. Son dövrlərdə asbest maddələrlə əlaqəli işlərdə
çalışanların ağciyər xərçəngi ehtimalının artımı və uşaqlıq
|