Əmək mühafizəsi 33
dövründəki qan xərçəngi xəstəliyinə tutulanlarının atalarının
peşəsi ilə əlaqəsi müşahidə olunur.
Avropa standartlarına uyğun olaraq əslində sürücülər hər
300 km-dən bir dəyişməlidir. Bizdə buna əməl olunmur.
Bakıdan sükan arxasında bir nəfər oturur və düz Tiflisə qədər
avtobusu sürür”. Sektor olaraq avtomobil, kimya, ağır sənaye
və virus xəstəlikləri sektorlarında peşə xəstəliklərinə daha tez-
tez rast gəlinir. Bununla yanaşı, demək olar ki, bütün xidmət
sahələrində peşə xəstəlikləri mövcuddur. Müəyyən bir yaşa
(35-55 yaş) çatan işçilər işsizlik qorxusundan da stress
keçirirlər ki, bu da onların tez xəstəliyə tutulmasına səbəb olur.
İş həyatında və ümumiyyətlə ağır işlərdə kişilərin sayının çox
olması səbəbiylə peşə xəstəlikləri kişilərdə daha çox görülür.
İşəgötürənlər işçilərin peşə xəstəliklərindən qorunması üçün
hansı tədbirləri görməlidirlər?
Təbii ki, işəgötürənlər işçilərini peşə xəstəliklərindən
qorumaq üçün bəzi tədbirlər görməlidirlər. İş yerinin
sağlamlığa zərərli olması iş yerinin havasına yayılan
maddələrdən (məsələn, duman, toz, buxar, qaz və s.) və fiziki
şərtlərdən asılıdır. Hətta bəzən zərərli maddələr birbaşa əllə
təmasda olur. İş yerində bu təhlükələri aradan qaldırmaq və ya
minimuma endirməklə iş mühitini zərərsizləşdirmək və
təhlükəni müəyyən qədər uzaqlaşdırmaq olar.
Bu məqsədlə işəgötürənin tətbiq etməli olduğu üsullar
aşağıdakılardır:
-
İstifadə olunan zərərli maddənin dəyişdirilməsi:
İstifadə olunan zərərli maddə zərərsiz və ya daha az zərərli
maddələrlə əvəz edilə bilər.
-
Qapalı iş metodu:
Zərərli maddəni dəyişdirmək mümkün olmadığı hallarda
təhlükəli əməliyyatlar tamamilə qapalı mühitdə aparılaraq
zərərsizləşdirilə bilər.