Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə32/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Ekoloji təhlükəsizlik 
51 
1. Havanın temperarurunun insan orqanizminə 
hansı təsiri ola bilər? 2. Temperauru nə ilə ölçürlər? 
3. İş yerinin temperaturu neçə dərəcə olmalıdır? 4. 
İtən istiliyin miqdarı nəyə deyilir? 
§ 9. EKOLOJİ PROBLEMLƏR. 
Ekoloji problemlər
-müxtəlif ekoloji amillər nəticəsində 
təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində 
yaranan problemlərdir. 
Bəşər (texnika) inkişaf etdikcə oksigen ehtiyyatı 
azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu 
proses 
20-ci 
əsrdə çox sürətlənmişdir. Milyonlarla 
avtomobillərdən çıxan tüstülər, qazanxanalar, zavodların 
tüstüsü, kondisionerlər və s. Texnika dünyamizi addım-
addım məhvə doğru aparır. Düzdür, oksigen ehtiyyatını, 
okeanlarda buxarlanan su tarazlasa da, yaşıllıqlarda 
fotosintez prosesi getsə də, bu tarazlıq keçən əsrlərdə 
qalmışdir. 
Dizel daxiliyanma mühərrikini ixtira edərkən gələcək 
ekoloji pozğunluğun bünövrəsini qoymuşdur. Mexaniki 
enerjini elektrikdən, günəşdən, küləkdən, sudan və s. 
alınması üçün ixtiralar vacibdir. Amma iri sənaye maqnatlari 
çətin ki, bu ixtiralarin həyata keçməsinə və ya istehsalına 
imkan versin. 
Ekoloji halın dözülməz hala gəlməsi ozon qatının məhvi 
və oksigen qazının çox-çox azalması zəncirvari olaraq digər 
fəsadlar törədəcək. Günəşin zərərli şüalari, hava çatişmazlığı, 


Ekoloji təhlükəsizlik 
52 
kəskin iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması və 
bunlardan doğan mənfurluqlar. İnsan ömrünün qısalması, 
səhhətlərin pozulmasi, doğuşların qeyri-normallığı , yaşama 
və işləmənin çətinləşməsi. Yaxin 150-200-ilə gözlənilən bu 
hadisələr, həmçinin qiyamət əlamətlərini də xatırladir. 
İnsanlarin sayı artmaqla texnika və texniki tələbatlar artmağa 
doğru gedir. 
İri şəhərlərdə sənaye və məişət tullantılarının uzun illər 
yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji 
vəziyyətin yaranmasına səbəb olmuşdur. İri yaşayış 
məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət 
tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi 
narahatlıq doğurur. Bakı, Sumqayıt və Gəncə şəhərlərin 
kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları 
yaranmışdır ki, bu da ətraf mühiti çirkləndirməklə bərabər, 
həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən 
xəstəlik mənbələrinə çevrilmişlər. Ekoloji baxımdan davamlı 
inkişaf prinsiplərinə müvafiq olaraq tullantıların idarə 
olunması üçün 
aşağıdakı 
strateji 
tədbirlərin 
həyata 
keçirilməsi zəruridir: 
-
Təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün 
yeni poliqonların yaradılması; 
-
Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və 
təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən 
istifadə olunması; 
-
Tullantılardan bioqazın alınması üçün müvafiq 
üsulların tətbiq edilməsi; 
-
Enerji alınması, eləcə də kompost alınması məqsədilə 
tullatılardan səmərəli istifadə və s. 
-
Ekoloji pozğunluğun aradan qaldırılmasi yolu 
-
Sənaye istehsalinda oksigenə tələbati təkmilləşdirmək, 
və digər zərərsiz tələbati həyata keçirmək. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin