Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə33/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Ekoloji təhlükəsizlik 
53 
-
Nəqliyyat sisteminin elektrikləşdirirlməsi, mexaniki və 
qeyri mexaniki. Mexaniki dedikdə əsas və işlək yollara 
iki tərəfli elektrik xətlərinin çəkilməsi, avtomobillərin 
bu sistemə görə təkmilləşdirilməsi, yeni yol hərəkəti 
qaydalarının yaradılması və s. 
-
Torpaqlarin münbitləşdirilməsi və yeganə oksigen 
istehsal 
edən 
yaşıllıqların salınması, suvarma 
sisteminin təşkili və bütün bunların, ümumi və dövlət 
tərəfindən qorunması. 
Təbii mühitin çirklənməsinin əsas növləri
Bəşəriyyət özünün yaşamasını təmin etməkdən ötrü qida, 
su, ev, mənzil və s. ilə təmin olunmalıdır. Bütün bunlar 
müxtəlif növ tullantıların yaranması və ətraf mühitə yayılması 
ilə əlaqədardır. Lazım olmayan, bəzən də təbiətə dəyən 
lüzumsuz ziyanın qarşısının alınması üçün mühitə olan belə 
təsir ciddi surətdə planlaşdırılmalıdır. Bu zaman insanın 
tələbatının təbiətin hesabına ödənilməsi, insan fəaliyyətindən 
aktiv surətdə qorunması ilə birlikdə aparılmalıdır. Bir qayda 
olaraq bu məqsədlər bir-birini istisna etmir, lakin bəzi hallarda 
kompromis qərarlar qəbul edilməlidir. Məsələn, əhalisi 1 
milyon insan olan tipik amerikan şəhərinin tullantılarının 
miqdarı olduqca təsirlidir (şəkil 4).


Ekoloji təhlükəsizlik 
54 
 
Şəkil 4. Şəhərin əsas giriş (su, qida, yanacaq) və çıxış 
(çirkab sular, bərk tullantılar, hava çirkləndiriciləri) 
axınları.
Hər gün şəhər kanalizasiyasına bir nəfər sakinə düşən 
suyun 80% -i daxil olur (0,6 t); 150 ton his, kül tozu və digər 
hava çirkləndiriciləri və 2000 ton bərk tullantılar daxil olur. 
Nəzəri olaraq şəhər şəraitində ətraf mühitin çirklənməsinin 
qarşısını almaq olar: təmiz suyu çirkab sulardan almaq və 
çirkab suların gilində kənd təsərrüfatı məhsullarını becərmək. 
Hətta nəfəs alma zamanı yaranan CO2 və H2O-nu bitki və 
yosunlar vasitəsilə karbohidrogenə və oksigenə çevirmək olar. 
Lakin termodinamika qanunlarına görə maddələrin belə təcrid 
edilmiş mövcudluğu uzun sürə bilməz. İnsanın istənilən 
fəaliyyəti Yerin bütün təbii ehtiyatlarına təsir edir. Sanki, belə 
fəaliyyət nəticəsində Yerin sərvətləri tükənməli idi. Lakin, 
yaddan çıxarmaq olmaz ki, Yer daimi olaraq enerji alır, bunun 
mənbəyi isə Günəşdir. Beləliklə, xoş niyyətli istəklərindən 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin