Qarabağ: folklor da bir tariXDİR


ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM, SÜPÜRGƏGÜLÜM



Yüklə 3,83 Mb.
səhifə157/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   153   154   155   156   157   158   159   160   ...   228
ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM, SÜPÜRGƏGÜLÜM
Elə bil bir keçi oluf, həmmeşə ya iki balası olurmuş, ya üş balası olurmuş. Bu dəfə keçinin üş balası olur. Balalarını qoyur bəridə. Deyir ki, balalarım, mən gedirəm dənə, məməmdə süt gətirejəm, buynuzumda ot gətirejəm, ağzımda da sizə ot gətire­jəm. Bunların da birinin adı Şəngülüm olur, birinin adı Məngü­lüm, birinin də adı Süpürgəgülüm. Canavar da bunu bilir­miş. Keçi ge­dən­nən sora canavar gəlir qapını kəsir ki, Şəngülüm, Məngülüm, açın qapını, mən gəlim. Buynuzumda ot gətimişəm, ağzımda su, məməmdə süd gətimişəm. Bular qapını açanda canavar ikisini yeyir, biri qaçır gizdənir, o kiçiyi. Keçi gəlir qışqırır, Şəngülüm, Məngülüm, Süpürgəgülüm, açın qapını, mən gəlim. Məməmdə süd gətimişəm, ağzımda su gətimişəm, buynu­zum­da ot gətimişəm sizə. Görür səs-sorax yoxdu. Nəysə, daldan-dala qapını açır, balaca balasıdı. Deyir, bəs canavar gəldi o balaları yedi, mən qaldım, qaşdım gizdəndim. Keçi durur gedir, buynuzdarın itilədir. Gedir canavarın yanına. Deyir, mənim balalarımı niyə yemisən? Deyir, yaxşı eləmişəm. Canavar isdiyir keçini yeyə, cuma. Keçi buynu­zunnan vırır canavarın qarnını yırtır, öldürür. Deyir, “vay qarnım, vay qarnım”. Deyir, Şəngülümü, Məngülümü yemeyeydın, “vay qarnım” demeyeydın.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin