Саиб тябризи


On dörd gejəlik ay edərəm, birjə an sənin



Yüklə 13,18 Mb.
səhifə11/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

On dörd gejəlik ay edərəm, birjə an sənin


Hüsnün görünsə gözlərimə bir hilal kimi.

Şairin dünyəvi məhəbbəti tərənnüm edən lirikasının əha­tə dairəsi çox genişdir. Bu məhəbbətin qayəsi səda­qət, fəda­karlıq, başujalıq, inam, vəfa, minnət çəkmədən yaşamaq kimi bəşəri xasiyyətlərin təbliğidir:

Tutma ol gül damənin məhşər günündə jan üçün,

Qılma yüzsüzlük nigar ilən bir ovuj qan üçün.

Saibin Azərbayjan dilində yazdığı bu qəzəlində lirik qəh­rə­manın öz sevgisi yolunda fədakarlığı, daxili aləmi­nin zən­gin­liyi və qüruru sənətkarlıqla verilmişdir.

Şəxsiyyət azadlığı ideyası Saibin qəzəllərində müx­təlif deyim tərzi və obrazlı ifadələrlə əks olunmuşdur.

Şair həyatı dərin məhəbbətlə sevən qəhrəmanına ya­şa­maq üçün «pərgartək hər nöqtəyə baş əyib» alçal­ma­ğı qada­ğan edir. Çünki Saibə görə, «minnət ilə yaşa­maq ölümdən bətərdir». Qeyrətli adamlar «dərdlərinin dərmanı üçün» na­kəs­lərə əl açmazlar. Şərabdan ötrü öz ixtiyarını əlindən verən­lər­dən heç nə gözləmək olmaz. Belə adamlar «özünü göstər­sin deyə atını meydanda in­saf­sızjasına çapıb öldürənlərə bən­zəyirlər». Onlar «bir mədə şəraba görə» və ya «bir afərin» eşit­məkdən ötrü «minnət kəməndini» boynuna salanlardır.

Saib didaktik şerlərində də həyat və insanlar haq­qında bu mövqedən çıxış edir. Bu şerlərdə lirik şairlə mü­tə­fək­kir şair vəhdət təşkil edir. Məhəbbət lirikası həyat fəlsəfəsindən qida­lanır, oxujuda həm dərindən düşün­mək, həm də mənaların daxilinə nüfuz etmək qabiliyyəti tərbiyə edir. Əyilməyi, min­nətlə yaşamağı pisləyən şair, insanları dostluğa, qardaşlığa çağırır. Özü də bərk ayaq­da, çətin gündə zəifləməyən, sınaq­lardan çıxmış, sarsıl­maq bilməyən bir dostluğa.

Gün dönəndə üzü dönən, qara gündə qaranlığa çəkilən vəfasız «dostlara» nifrət edən şair belə adamların qəlblərinin qaranlıq olduğunu, gejə quşu kimi həmişə gü­nəş­dən qaçdıq­larını söyləyir.

Saibə görə, insanın həyatda yarıtmaz və dargörüşlü ol­masına başlıja səbəb onun jahilliyidir. Jəhalətin qa­ran­lığın­da qalmış adamın ixtiyarı öz əlində olmur, onlar əqldən çox həvə­sə tabe olurlar. Çünki «qaş qaralanda yarasalar jövlana gə­lərlər».

Saib Təbrizinin şerlərində dövrünün ijtimai, fəlsəfi və əxlaqi görüşləri öz əksini tapmışdır. Biz bu lirik parça­lar­da feodal jəmiyyətinin ziddiyyətlərini, haqsızlıq və zül­mün müxtə­lif şəkildə təzahürlərinin tənqidini görür və bun­lara qarşı şairin həssaslığının şahidi oluruq. O, qəzəl­lərində tez-tez özünü hə­yat «karvanının önündə fəryad edən zəngə» oxşadır.

Şair fəryad çəkir ki, zəmanəsində nə haqq var, nə əda­lət. Elmə, sənətə qiymət verən yoxdur, işrət məjlis­lə­rində əy­lə­­­şənlər «qəflətdə olanlardır, özünü dərk edənlər isə biça­rə­lər…». Belə bir dövranda «hünər əhlinin baxtı asimandan qır­mızı qar yağanda çiçəklənəjək».

Saib zəmanəsindən şikayətlənərək deyir ki: «Daş ürəkli­lərdən daşa dəyib kənara sıçrayan ox kimi qaçı­ram… Qəminə şərik olduqlarım ürəyimə qəm yükləyir, yollarından tikan gö­tür­düklərim ayaqlarını başıma qoyur­lar…»

Bütün bunlar şairin öz dövrünün və zəmanəsinin hakim təbəqəsinə qarşı ujalan etiraz səsi idi. Saibin istə­di­­yini, onun özünün dediyi kimi, «nə məsjid, nə meyxana, nə də şahlar» verə bilməzdi.


Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin