Sevilməyi düşünmə, sevməyi öyrən



Yüklə 0,59 Mb.
səhifə44/58
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#32437
1   ...   40   41   42   43   44   45   46   47   ...   58
Gəldi yol oldum…

Güldü, gül oldum.
Aldı əllərinə
Qolundakı əl oldum.
Çox şükür, dünya.


Dola bildi içimə ən son,

ən qutsal dəliliklər...
Muştuğulumu ver, Tanrım,


muştuluğumu!
Sevdalandım mən,


Sevdalandım(31.s.8)...

Güney şairləri bu gün hər şeyin, hər kəsin öz yerində olmasını, dünyanın nizamının pozulmamasını şair təbiətindən doğan həssaslıqla arzulayırlar. “Yeri səhv düşənlərin” bəd əməllərinin nəticəsində başqalarının əzab-əziyyət çəkmələrini, əziyyət çəkənlərin əziyyət verənlərin qınaq hədəfinə çevrilmələrini, günahsız günahkarların sayının artmasının şahidi olmaq istəmir, “dayaz sularda çabalamağa özlərini məhkum etmiş və ya məhkum edilmiş zavallı naqqaların halına (Ərgin)” acıyırlar...

Onların modern şeir yaradıcılığında bəzən bədiilikdən uzaq, sadəcə düşüncəsinin, ağlının diqtə etdiyi fikirlərdən ibarət lakonik deyimlər, açığı, aforizm səviyyəsində, gücündə ifadə və fikirlər olur: “Tülkü satıldı, aslana döndü”, “Böyük dərddir, yarımçıqlar arasında bütünlük (Ərgin)”, “Böyük dərdlər böyüdür, Kiçik dərdlər çürüdür; Bu güllə çağında Lütf edirsən açırsan Gül!; Susss... Hürməyin itlər! Bura Azərbaycandır... Şeir çörək ağacı deyil, çörəkdir; Qartal Qəfəs arxasından baxır, Havada uçuşan Milçəklərə... ; Bir kişini Bağırsağı ilə asıblar! Deyirlər; Bir gecəlik Çörək Oğurlamışdı...; Barmaqlarını kəsdi-lər Öldü şair! Ürəyində qalmışdı Sözləri... (M.Əzizpur)”, “eşq, yəni qorxa-qorxa bir sığıncaq, amma isti və sıcaq...; bir muğamdan bir misra kimi sevirəm səni yaz, səhnəni sazlasınlar! hazırlaşdım səni təkrar oxumağa (Kiyan Xiyav)”, “sevişmədən öncə uyumaq qəddarlıq; bir gün bir balıq mənə dedi: Çillinin soykökü delfinlərə qayıdar; Bu qarışqa yuvasını gəzir, Öyləki atam azadlığı “Opozosyon” qəzetlərdə (Elvar Qulivənd)” kimi... Lakin bunların kiçik, “kibriti” söylənməsinin heç bir önəmi yoxdur, çünki bu kiçik, lakonik misralarda elə böyük mətləblər saxlı ki!.. Heç bu mətləblərin hansı formada ifadəsinə fikir belə vermirsən, məna səni tutur və əllərinin üzərinə götürərək şair və ya yazarın bu kibriti misralardan qurduğu ehsasatlı, əsrarəngiz bir düzənə-dünyaya aparır...

Onların əksər əsərlərində azad, xoşbəxt gələcəyə inam duyğuları şahə qalxır və bir nüans daim izlənir-milli ruha, soykökə bağlılıq, həm də ənənəviliklə modernist düşüncənin qovuşuğu... Huşəng Cəfərinin ustad Şəhriyarın “Səhəndiyyə” poeması üslubunda son illərdə yazdığı “Savalan” şeirini milli ruhun təntənəsi, ənənəvi yurda məhəbbət, Vətənə sevgi mövzusunun öxünəməxsus tərzdə təqdimatı saymaq olar. Üsyankar şair bu əsərdə elini, dilini, türklüyünü dananlara sərt və açıq cavab verir, tarixi həqiqətləri sillə kimi üzlərinə vurur, Azərbaycan türkünün milli kimlik kartı bir daha açılır, tarixi şəxsiyyətlərimizə, xalq qəhrəmanlarımıza, korifey sənətkarlarımıza-ədəbi simalarımıza ehtiram duyğusu yansıdı-lır... Və Huşəngin şeiriyyətindəki lirizm, metaforik ladlar, fikrin sadə və aydın türkcədə izharı, xalqın yaratdığı zəngin ədəbiyyatımız və mədəniyyətimizdən dolayı duyduğu iftixar, qürur hissləri də nəzərdən qaçmır. Onun “Savalan” və “Ağ atım” poemalarını yazmasını, əslində, unudulan bir tarixin, yaddaşlarda yaşayan inancların, minillər boyu formalaşan dünyagörüşünün bərpası üçün atılan mühüm addımlardan biri də saymaq olar:


 

Yazmışam Eyvaza gəlsin,
  Güc alax qoy dəlilərdən,
  Bac alag əcnəbilərdən
  O ki bilmir Nəbi kimdir
        Qoyun Azər elini məsqərə sansın,
        Bir ömürdür ki Fuzulini, Nəsimini danır, indi də dansın,
        Şəhriyar, sən ucalt başıvı, qoy ərşə dayansın.
        Qoy baxar kor tər içində cumuban ölsün utansın,
        O ki axsaxdı yubansın
        O ki türkün dilin əsgitməyə təsvirə salıbdır,
        O ki türkün balasın indi də işqalçı sanıbdır.
        O tüfalə bilirəm fikrini tağutdan alıbdı,
        O rejimdəndi qalıbdır.
        Yoxsa türkün balasından çıxıb əllameyi dövran
        Ona dünya baş əyir Fəlsəfədə
        Bircə nə İran?
        Qoy deyim Şəhryarımdan
        Nisgil o çərçiyə qalsın ki cəvahir nədi qanmır,
        Fikri aldatmadadır xalqı elin halinə yanmır,
        Ərimir, ölmür, utanmır...(32.s.11)


Huşəng bəyin fikirləri Nazim Hikmətin bu sətirlərini xatırlatdı: “Gerçək şair öz eşqi, öz mutluluğu və acılarıyla uğraşmaz. Gerçək şairin şeirlərində xalqının nəbzi vurmalıdır” Bir cəhət sevindiricidir ki, bu qədər dərdin, ağrı-acının, ictimai-siyasi məsələlərin, milli problemlərin həlli olunması, mövcud sıxıntılardan qurtulmaq üçün çözüm yolu bulun-ması uğrunda qətiyyətlə mübarizə aparan Güneyli şairlər körpələri, uşaqları da unutmur, onların sağlam ruhda böyüyüb formalaşması üçün də şeirlər yazır, bədii zövqlərinin qayğısına qalırlar. Onlardan birinin-Məlihə xanımın uşaqlar üçün qələmə aldığı şeirlərindən nümunə gətirməklə söylədiklərimizə söykək veririk:


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin