SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə104/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   100   101   102   103   104   105   106   107   ...   260
3. Rama-Krişna firqəsi; Rama-Krişna uzun illər Kali (mə`nası “əsas ana” olan hindus ilahəsi) mə’bədində dini xidmətlə məşğul olmuş Şiva məzhəbinin brahmanlarından olmuşdur. O, bu müddət ərzində çox böyük həvəs və vurğunluqla Şiva məzhəbində Kali üçün nəzərdə tutulan xüsusiyyət və sifətlər barəsində diqqətlə araşdırma aparmışdır. Daha sonra Hindistanda mövcud olan sair din və məktəblərin ideoloji əsaslarını, o cümlədən caynizm, buddizm və s. araşdırmış, bir müddət sonra İslamı və xristianlığı da tədqiq etmişdir. O, bu tədqiqatlar dövründə bütün dinlərin varlığın mənşəyi və baş mə`bud məsələsində ortaq xüsusiyyətə malik olduğunu görmüşdür. Rama-Krişna sonda çoxluqlarla eyni zamanda müəyyən mə`nada təkliyə inandı. Yə’ni o, müxtəlif dinlərin varlıq mənşəyi və əsas xaliq kimi tanıtdıqları bütün ad və titullar Kali ilahəsinin müxtəlif dinlərin ardıcıllarının xüsusi, fərqli forma verərək təqdim etdikləri Kali ilahəsinin çeşidli izahı olmasına inanmışdır. Buna görə də, bütün dinlər üslub və yollarının fərqli olmasına baxmayaraq, vahid bir prinsipdə eyni mövqeyə malikdirlər. Bu baxımdan Krişna nəinki bütün dinlərin əsasını qəbul etmiş, üstəlik bütlərə pərəstiş olunmasına, çoxallahlılığın qanuniləşdirilməsinə icazə vermişdir. O, bütün ayinləri görünən fərqlər, yaxud mümkün olan təzadları ilə birgə məqbul saymış və onların qəbul olunmasını öz ardıcıllarına tövsiyə etmişdir. Bununla belə Krişna Kaliyə çatmağın yeganə yolunun Şiva zahidliyi və ixlas olduğuna, buna görə də Şiva məzhəbinin tutduğu yol əsl yol, sair din və firqələrdəki seyri-süluk yollarının hamısının doğru yoldan kənar çıxma hesab edirdi.

Krişnanın həqiqəti tapmaq üçün təqdim etdiyi yol əqli, əqli tapıntıların tərk edilməsi, bütün maddi və dünyəvi buxovlardan xilas olmağa əsaslanır. İnsan bu vasitə ilə həqiqəti bütün maddi bağlılıqların və buxovların fövqündə özünün pak bir vicdanı ilə görə bilər.

Rama-Krişna tə’lim və e’tiqadları bir müddət sonra onun Svami Vivkanada adlı gənc şagird tərəfindən toplanmışdır. O, tezliklə bu e’tiqadın təbliğ olunması üçün sonralar Rama-Krişna adı ilə məşhurlaşan hərəkat yaratmışdır. Bu hərəkat Hindistan cəmiyyətində və Qərbdə çoxsaylı insanların, xüsusilə də Qərbin rəngarəng məktəblərindən, maddi həyatından ümidsiz və mə’yus olan cavanları bu firqəyə cəlb edə biləcək səviyyədə uğur qazana bilmişdi. Bu gün Krişna mə`bəd və dərnəklərinin Qərbdə, xüsusilə Amerikada sərgərdan gənclər tərəfindən rəğbətlə qarşılandığını və onların həmin mə’bədlərdə Krişna ayinlərini yerinə yetirdiklərinin şahidiyik.

* * * *


Hindistanda qərb mədəniyyəti ilə təmas və qarşılaşma nəticəsində yaranan firqələri nəzərə almasaq, Qərbin liberal və sekulyarist baxışları daha çox tələbə və ali məktəb təbəqələri arasında dinsizlik, ateist hərəkatlarının formalaşmasına səbəb oldu. Bu hərəkatlar öz sə’ylərini hinduizmin ideoloji əsasları ilə mübarizəyə yönəldir, onu xurafat və ata-babaların möhumatçı fikirləri adlandırmaqla hinduizmin kökünü kəsmək istəyirdilər. Amma hər halda, yuxarıda şərh olunan firqələr yeni Hindistanın, onun mədəniyyətinin formalaşmasında mühüm və məs`uliyyətli rol ifa edə, hinduizmin yanlış və qeyri-məntiqi inanclarında böyük dəyişikliklər edə bilmişlər. Belə ki, bugünkü Hindistan cəmiyyətində nə kasta sinfi quruluşu rəsmi olaraq tanınır, nə də azyaşlıların nigahı, dul qadınların yandırılması və s. kimi ayinlərə icazə verilir. İnkar etmək olmaz ki, izahı qeyd olunan müxtəlif mə’budların çoxsaylı büt və heykəllərə sitayişə Hindistanda hələ də rast gəlinir. Bütün bu kimi hallar ölkə əhalisinin müşrikliyə ciddi meylindən xəbər verir.

Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin