SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


 ƏXLAQİ VƏ İCTİMAİ EHTİYACLAR NƏZƏRİYYƏSİ



Yüklə 3,53 Mb.
səhifə7/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   2   3   4   5   6   7   8   9   10   ...   260

3. ƏXLAQİ VƏ İCTİMAİ EHTİYACLAR NƏZƏRİYYƏSİ:


Bu nəzəriyyənin tərəfdarları inanırlar ki, insanın bir sıra əxlaqi, ruhi və ictimai ehtiyacları vardır; bu ehtiyaclar böyük, qüdrətli, əbədi bir varlığa e`tiqad bəslənilmədən tə’min olunmur. Bu daxili tələbat insanların qüvvət və qüdrət sahibı olan Allaha e`tiqad bəsləməsinin əsasını təşkil edir. Eynşteyn bu barədə deyir: - Hər kəs ideoloji hərəkətlərin nəticəsini görmək istəyirsə, yadda saxlamalıdır ki, insan övladının bütün təfəkkür və sə`yləri həyatda qarşılaşdığı ehtiyacları ödəmək və problemlərini həll etmək üçün olmuşdur. İki heyrətamiz qüvvə olan eşq və arzu bəşəriyyətin hərəkətverici qüvvəsi, mübarizə və ixtiraların əsas mühərriki olmuşdur. Bundan da önə keçib bəşər həyatı üçün müxtəlif məqsədlər qeyd etmək mümkündür, lakin onlar bu iki haldan kənar olmayacaqdır...” O sonra əlavə edərək deyir: - İnsanın ictimai xüsusiyyəti də dinlərin yaranma səbəblərindən biridir. Hər bir şəxs öz ata-anasının, qohum-əqrəbasının, rəhbərinin və böyük şəxsiyyətlərinin ölümünü görür; buna görə də hidayət olunmaq arzusu, sevmək, sevilmək, bir şəxsə arxalanıb ümid bəsləmək onda Allaha əqidə bəsləməyə şərait yaradır. Düşünür ki, həmin Allah bağışlayan və mehribandır, insanı və sair varlıqları qoruyur, kainatı nəzm və harmoniya əsasında idarə edir, məxluqata mükafat və cəza verir. O elə bir Allahdır ki, onları sevir, həyatı, qəbiləni və irqləri qoruyub saxlayır; onlara nail olmadıqları arzularda, qane olmadıqları istəklərdə təsəlli verir; elə bir Allahdır ki, ölülərin ruhlarını məhv olmaqdan saxlayır. Bütün bunlar, ictimai, yaxud əxlaqi sahədə Allaha əqidənin yaranmasına şərait yaradır.”

Bu nəzəriyyəni araşdırarkən iki məsələyə diqqət yetirmək lazımdır:

1. Burada din haqqında söylənən bütün faydalı tə`sirlər qəbul olunur. Şübhə yoxdur ki, dini e`tiqadlar insanın psixoloji və ictimai əzab-əziyyətlərinin azaldılmasında özünəməxsus rol ifa edir. Allaha e`tiqadlı olan bir kimsə təklikdən əzab çəkib ruhi narahatlıq keçirmir, iman və e’tiqadı sayəsində əmin-amanlıq, rahatlıq hiss edir. Amma tə’sirlə məqsədi bir-birinə qarışdırmaq olmaz. İnsan həmişə müəyyən bir işi xüsusi bir məqsədlə yerinə yetirə bilər, amma o işin digər bir müsbət və mənfi tə`siri də ola bilər və bu, ilkin məqsədə diqqət yetirmədən yaranar. Din haqda qəbul etdiyimiz tə’sirlər Allahı tanıma və ona e’tiqaddan sonra hasil olur. Amma Allaha e’tiqad bəsləməkdə məqsəd tamamilə başqa bir şeydir.

2. Eynşteyn eşq və arzunu insanın bütün həyati fəaliyyətlərinin yeganə hərəkətverici amili hesab edir və bu iki amildən kənarda olan digər məqsədləri qəbul etmir. Mə`lum məsələdir ki, o öz müddəasına dəlil gətirməmişdir. Deməli, onun sadəcə fərziyyə və iddia olaraq söylədiyi məsələdən yaranan nəticəni qəbul etmək olmaz.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin