SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə88/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   84   85   86   87   88   89   90   91   ...   260
5. Purva-mimansa məktəbi: Bu məktəb öz banisinin adı ilə adlandırılmışdır. Əslində veda nəğmələrinin şərh və tədqiqi üçün yaradılmışdır. Mimansa vedaların əbədi olmasına inanırdı. Bu e`tiqad söz və səslərin əbədi olması əsasında yaranmışdır. Hinduslar inanırdılar ki, səs hər bir yerdə və hər bir zamanda potensial olaraq mövcuddur və heç vaxt itmir. Buna görə də söz danışılan zaman səs yaradılmır, əksinə potensial haldan reallığa keçir. Sözlə mə`na arasında əzəldən sirli bir əlaqə olmuşdur və bu əbədiyyətə qədər davam edəcəkdir. Sözlərlə mə`nalar arasında olan əlaqədə insan tərəfindən tə`yin olunan qərarlar hakim deyildir. Onlar arasında həqiqi və fiziki bir əlaqə vardır. Bu baxımdan hindusların vəhy qismində qəbul etdikləri vedalar əbədi və həmişəlik bir kəlamdır.

Bu məktəb də vaysesiko məktəbi kimi ruhların çoxluğunu və karma qanununu qəbul edir. Yuxarıdakı prinsipə diqqət yetirməklə hər kimsənin vedanın ibadət ayinlərinə və vəzifələrinə əməl edərsə, onun nəğmələrini oxuyarsa, bu vəzifələrin yerinə yetirilməsi sayəsində həmin şəxsdə savaba, mükafata səbəb olan lətif qüvvənin yaranacağına onda mükafat, cəza, yaxşı əməllərin mükafatı da vedanın zatında gizlənmiş qanunlar əsasında formalaşacağına inanırlar. Buna əsasən də, həmin məktəbdə şər`i vəzifə və mükəlləfiyyətin yerinə yetirilməsi nicata, qurtuluşa çatmağın rəhni sayılır. Mimansa bu barədə belə deyir: - Şər`i vəzifə veda göstərişləri əsaslanan və insanı doğru yola yönəldəndir.”




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin